Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Könül Xasıyeva:“Vəziyyətim yaxşı deyil”

Könül Xasıyeva:  “Vəziyyətim yaxşı deyil”
"Ayaqlarımda dizə qədər keyləşmə, ağırlıq var. Amma hələlik yalnız oğlumun müalicələri ilə məşğulam. Mən ömrümü yaşamışam, onun gələcəyi qabaqdadır".
Yenixeber.org: Bunu Xalq artisti Könül Xasıyeva səhhəti barədə danışarkən deyib.

"Dünən Bakıya gəlmişəm. Oğlum Kazımın müalicələri bitib, onu yenidən müayinə etdirirəm. Həkimin cavabından asılı olaraq müalicələrini davam etdirəcəyəm. Mənim vəziyyətim yaxşı deyil, ayaqlarım sözə baxmır. Amma indi özümü kənara qoymuşam. Əsas oğlumdur. İndiki vəziyyətdə özüm üçün heç nə edə bilmərəm. Maddi imkanım çatmır".

Xanəndə sabah yenidən Şəkiyə qayıdacağını bildirib.

"Ötən həftə anamı itirdim. Hüzünlüyəm, evdən çıxmıram. Birisi gün cümə axşamıdır. Buna görə Şəkidə olmalıyam. Sənət yoldaşlarımdan, dostlardan, tanışlardan incimirəm, karantindir, hamının başı özünə qarışıb. Evdən çıxa bilmirlər, heç kimdən heç nə ummuram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam