Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Mən qədər cəbhə bölgəsində çıxış edən ikinci bir xanəndə yoxdur...”

 
Xalq artisti Könül Xasıyeva bir neçə ay sonra baş tutması planlaşdırılan konsertinə hazırlaşır. Bu haqda K.Xasıyeva özü məlumat verib:
Yenixeber.org: “Dünən televiziyada çıxışımız oldu. Allah ölüm-itim qismət elməsə, may ayında isə solo-konsert verməyi planlaşdırıram. “Yaşamağa varmı güman” adlı konsertimdən sonra belə qərara gəldim ki, daha bir konsert verim. O vaxta qədər səhhətim yaxşı olsa, başqa bir problem çıxmasa, bu baş tutacaq”.
Xalq artisti fəaliyyəti dövründə cəbhə bölgəsində ən çox konsert verən muğam ifaçılarından biri olduğunu və sadəcə bunu ictimaiyyətə təqdim etmədiyini deyib:
“Cəbhə bölgəsində çox konsertlərim olub. Heç mən qədər cəbhə bölgəsində çıxış edən ikinci bir xanəndə yoxdur. Sadəcə olaraq efir və solo-konsertlərimizi işıqlandırsaq da, cəbhədəki çıxışlarımızı ictimaiyyətə təqdim etmirik. Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki insan öz borcunu kiməsə reklam etməz. Bu bizim hamımızın borcudur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam