Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlyas Əfəndiyevin 100 yaşı “Qarabağnamə” ilə qeyd olundu

 

Dövlət Gənc Tamaşaçılar Teatrında böyük Azərbaycan dramaturqu və yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətilə “Qarabağnamə” tamaşasının nümayişi olub. Tamaşa Qafqaz Universitetinin tələbələrinin ifasında təqdim edilib.



"Xeberinfo.com":  Məlumata görə, tamaşaya İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında quruluş verilib.

İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin çoxunun süjeti Qarabağın həyatından, onun tarixi keçmişindən, müasir insanlarının həyatından götürülüb.



Pyesdə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin yaranması mövzusuna toxunulur.



XVIII əsrin sonu-XIX əsrin əvvəlində Qarabağ hökmdarı olmuş İbrahim xan müharibələr və feodal pərakəndəlik nəticəsində iqtisadi cəhətdən zəifləmiş xanlığı birləşdirmək və onu İranın ekspansiyasından müdafiə etmək üçün müdrik, fədakar və faciəli bir qərar qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut edir: təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır və hər bir hökmdarın taleyi onun sahib olduğu ölkənin ixtiyarındadır. Qarabağın müstəqilliyini gələcək nəsillərə saxlamaq üçün İbrahim xan İran hökmdarı Fətəli şahın məsələni sülalə nikahı ilə tənzimləmək təklifi ilə razılaşır və öz qızı Ağabəyim ağanı ona ərə verir. Qarabağ vəziri Saday bəyi sevən Ağabəyim ağa başa düşür ki, öz seçimində sərbəst deyil və xoşbəxtliyini Vətəninə, onun gələcəyinə qurban verməlidir. O, atasının hökmünə və vətən eşqinə boyun əyir.



İncəsənət zaman və məkan, janr, fikir və məntiqdə sərhəd tanımır. Hazırda anadan olmasının 100 illiyi qeyd edilən görkəmli yazıçı-dramaturqun zəngin bədii irsi buna bariz nümunədir. Onun yaratdığı əsərlər bu gün də aktualdır.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam