Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Musiqili Teatrda Qara Qarayevin 100 illik yubileyi münasibətilə tamaşa səhnələşdirilib

 

 

 Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub

 

Yenixeber.org: Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərində ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib.

Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

Tamaşada bu dəfə Nurcahan rolunu əməkdar artist Nərgiz Kərimova ifa edib. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını əvvəllər xalq artisti Şükufə Yusupova canlandırıb.

Tamaşada digər rolları əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa ediblər. Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Ölməz bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan və çox uğurlu keçən bu tamaşada Bakıda yerləşən diplomatik korpusun nümayəndələri, elm və incəsənət xadimləri, həmçinin Rusiya, Polşa və Gürcüstandan gələn qonaqalar iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam