Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

XAN ŞUŞINSKINİN - SONUNCU TƏLƏBƏSİ

 

  Uşaqlıqda hər birimizin qəlbində müxtəlif arzular, istəklər olur. Və biz yaşa dolduqca, dünyagörüşümüz artdıqca bu arzular, bu istəklər ağlığımızın süzgəcindən keçir, durulur, bullurlaşır. Olur tərtəmiz bulaq suyu. Onun da qəlbində dəniz kimi dalğalanan, coşan, bir az da kövrək, bir az da həzin duyğulardan ibarət bir dünya yaranmışdı. Bu dünyanın adı MUSİQİ idi. Bu dünyayla yol yoldaşı olub onunla yaşamaq, onunla insanların ruhunu qidalandırmaq başqa bir aləmdir.

  O, bu dünyanın içində idi. Radioda, televizorda səslənən hər bir musiqi yaxın sirdaş kimi ona doğma və əziz görünürdü. Tək qalanda mahnılar üçün darıxardı. Bu vaxt çəkilərdi öz dünyasına, dodaqaltı zümzümə edərdi, eşitdiyi, öyrəndiyi mahnıları. Ətdafındakıların çoxunun xəbəri yox idi onun daxili dünyasından. Bu dünyada kövrək, zərif musiqi böyüyürdü, ortaya çıxmaq üçün. Sakit, az danışan, bir az xəyalpərvər, bir az da çəlimsiz uşaq kimi tanıyırdılar onu. Bir müddət gizli yaşadı, kövrək, tumurcuq arzularını. Sonra... sonra isə hiss etdi ki, musiqisiz yaşaya bilməz. Bax, beləcə onun daxili dünyası açıldı.

  Şəmkir rayonundakı Zəyəm- Cırdaxan kənd orta məktəbindəki özfəaliyyət dərnəyinə yazıldı. İlk çıxışı müəllimləri, şagird dostları qarşısında və daha sonra rayonun ən böyük mədəniyyət evində kənd zəhmətkeşləri qarşısında oldu. Nahaq demirlər ki, müğənninin ən yaxşı mükafatı tamaşaçı alqışıdır. O, bu mükafatı vaxtından əvvəl aldı.  Gənc xanəndənin mükafatı bəzən qədərindən də çox olurdu. Belə çıxışlarda oxuduğu mahnıların hərarətlə, alqışlarla qarşılanması onun özünə, səsinə olan inanımını birə beş artırırdı.

  Məktəb özfəaliyyət dərnəyinə Fərrux Məlikov rəhbərlik edirdi. O, Oqtaydakı istedadı görüb ona daha çox diqqət yetirməyə baçladı. Artıq 9- cu sinifdə ona imkan verdi ki, konsertlərdə özü- özünü tarda müşayət eləsin. 1968- ci ildə Oqtay iki nəfər dostu ilə Bakıya- Uşaqların Respublika Mahnı müsabiqəsinə gəlir. Və müsabiqədə Əlibaba Məmmədovun “Bayatı qacar” təsnifini oxuyur. Birinci bəndin sonunda Əfrəssiyab Bədəlbəyli onu saxlayır və deyir:- Oğlum, tarının kökü aşağıdır, get köklə gəl. Bu zaman zalda oturanlardan biri tarını ona verir. O, yenidən səhnəyə qayıdır, amma həyacandan təsnifi axıra kimi oxuya bilmir. Belə bir möhtəbər yarışmadakı uğursuzluğu onu ruhdan salmır. Orta məktəbi bitirdikdən sonra Sumqayıta gəlir və tikintidə fəhlə işləyir. Və S. Vurğun adına Kimiyaçıların mədəniyyət sarayında Ramiz Qarayevin ansambılında məşqlərə gedir. Onun bir müğənni kimi formalaşıb püxtələşməsində Ramiz bəyin böyük xidmətləri olur. 

   Oqtay Hacıyev 1970- ci ildə hərbi xidmətə çağrılır. İki il Saratov şəhərində hərbi xidmətdə olur. Atası Fərrux müəllimin ona bağışladığı tarı hərbi hissəyə göndərir. Oqtay buna çox sevinir. Boş vaxtlarında sevimli tarını sinəsinə basıb əsgər dostları qarşısında, şəhər məktəblərində Azərbaycan xalq mahnılarını və muğamlarını ifa edir. Dinləyicilərinin başqa millətlərdən olmasına baxmayaraq, onun ifaları hər dəfə anlaşıqlı qarşılanır.

   Əsgəri xidmətini başa vuran Oqtay qabaqkı iş yerinə- Sumqayıt tikinti idarəsinə qayıdır. 1973- cü ildə Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsinə daxil olur. Zamanının əlçatmaz  musiqiçiləri olan Cabbahın, Bülbülün, Seyidin yadigarı olan Xan Şuşinskidən muğam dərsi alır.  Bu dəfə tale onun üzünə gülür. Xan Şuşinski onun müəllimi olur.Təhsil illərində Oqtay muğamların, mahnı və təsniflərin ifa üsullarını dərindən mənimsəyir. 1977- ci ildə musiqi məktəbləri arasında keçirilən müsabiqədə iştirak edir. Münsiflər onun ifasını birinci yerə layiq görürlər. Amma sonra ona deyirlər ki,yalnışlıq olub, sən ikinci yeri tutmusan. Və dönə- dönə də tapşırırlar ki, kimsəyə şikayət etməsin. Bu gənc ifaçının qəlbinə dəyir, ona qarşı olan haqsızlığı, ədalətsizliyi uzun müddət unuda bilmir. Ancaq buna baxmayaraq ruhdan düşmür, daha səylə çalışmağa başlayır. Bu yerdə mübarizlik, fədakarlıq insanın qolundan tutub, onu büdrəməyə, yıxılmağa qoymur.

  Dövlət imtahanında Oqtay Hacıyev müsabiqədə oxuduğu “Rast”dəstkahını oxuyur və haqlı olaraq 5 qiymət alır. Musiqi təhsilini uğurla başa çatdıran gənc ifaçı Xalq artisti Nəriman Əzimovun tövsiyyəsi ilə Azərbaycan televiziyası və radiyosu xoruna solist kimimi qəbul olunur. Onun müğənnı ustalığı, səsindəki məlahət ifa etdiyi mahnıları hər zaman təravətli saxlayır. Dinləyicilərin qəlbinə tez yol tapır. Yüksək səs diapozuna malik olan müğənninin öz səsi, öz nəfəsi var. Müğənninin repertuarında “Bir cüt sona”, “Sevgilim”, “Üç telli durna”,  “ Ceyran bala” və sair xalq mahnıları geniş yer tutur.

  Mahnı bəstəkarın gərgin zəhmətilə ərsəyə gəlir, müğənni ifasıyla geniş xalq kütləsinə çatdırılır. Bağban böyük zəhmət bahasına yetişdirdiyi meyvənin yaxşı olmasına çalışdığı kimi müğənni də yaxşı,ürəklərə yatan mahnılar ifa etməyə çalışır. Könül oxşamayan mahnını nə yazmağa, nə də ifa edib dinləyiciləri, tamaşaçıları narazı salmağa ehtiyac yoxdur. Oqtay məhz bu yolla gedir. Bayağı, ürək oxşamayan, yadda qalmayan mahnı ifa etmir. O, müğənniliklə yanaşı ürəyinə yatan, əsil poeziya nümunəsi olan şeirlərə musiqi də bəstələyir. Faciəli şəkildə çox erkən həyatdan gedən Famil İsmayıl haqqında “Qobustan”jurnalında maraqlı bir yazı oxuyan Oqtay Hacıyev belə deyir:- 1975-ci ildə “Qobusdan” jurnalında Famil İsmayıl haqqında maraqlı bir yazı oxudum. Jurnalda onun şəkili də verilmişdi. Boylu- buxunlu, yaraşıqlı oğlan idi. Yazı məndə böyük maraq oyatdı və mən 1976- cı ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsinə- Familin ata evinə getdim. Anası məni səmimi və mehirbancasına qarşıladı. Gəlişimin məqsədini dedim. Familin evdə olan 22 şeirinin üzünü köçürdüm. Bakıya qayıdandan sonra onun bir sıra şeirlərinə və eyni zamanda”Neyçün bəs” şeirinə “Şur”ladında musiqi yazdım. Və mahnını isti- isti Xalq artisti Arif Babayevə təqdim etdim. O,1979- cu ildə ilk dəfə mahnını Arif Babayev Aztv-nin efirində oxudu. Artıq bu mahnı 40 ildir ki, müğənnilərin repertuarlarından düşmür.

  Bu mahnısı ilə Oqtay onun bəstəkar istedadına şübhə edənlərə sübut elədi ki, o bəstəkardır,özü də istedadlı, bacarıqlı.

  Oqtay Hacıyevin 1980-ci ildə şair Rasim Kərimlinin “Şəmkirim”, Aşıq Şəmşirin sözlərinə yazılmış mahnılarını ilk dəfə Respublikanın əməkdar artisti Mais Salmanov televiziya ilə ifa edib. Müğənni bunlarla kifayətlənməyib, daima öz üzərində çalışıb. Onu da deyim ki, o İlk mahnısını 1969- cu ildə Mir Mehti Seyitzadənin “Həyat eşqi” şeirinə yazıb. Sonralar təhsil illərində yazdığı mahnıları çəkinə- çəkinə məktəbin drektoru Vasif Adıgözəlova göstərir. Vasif müəllim onun hər bir mahsında bir yenilik, sərişdəlik görür. Və ona bəstəkarlıq təhsili almağı məsləhət görür, hətta onun üçün müəllim ayracağına da söz verir. Lakin o bu təklifi qəbul etmir. Sonralar bunun dərin peşmançalığını çəkir. İndiyə kimi Oqtay Hacıyev 150- dən çox mahnı bəstələyib. Onun mahnılarını tanınmış müğənnilər ifa edirlər. Son illər onun AzTV- də ifa olunan mahnıları bunlardı: “Yenu Azərbaycan”, “Azərbaycan bayrağı”, “Novruz bayramı”, “Azərbaycan”, “Qarabağdadır”, “Ali Baş Komandanımız”, Leyla Əliyevanın sözlərinə yazdığı “Günəşə qovuşmaq istərəm” və s.

  Oqtay Hacıyevin xor kollektivi ilə 50- dən çox xalq və bədtəkar mahnısı lentə alınıb qorunur. Sevindirici haldır ki, lentə alınan mahnılar arasında onun “Neçün bəs ” (sözləri Famil İsmayılın), “Göndər xəyalını” (sözləri Məshəti Gəncəvinin), “Səndən ayrı düşəndən” (sözləri Rasim Kərimlinin) olan mahnıları da var.

  Yazımın əvvəlində qeyd etdim ki, Oqtay Hacıyev muğamın böyüklüyünü,incəliklərini ustad xanəndə Xan Şuşunskidən öyrənmişdir. Böyük sənətkarlarda olan əzəməti, həzinliyi, kövrəkliyi Xan Şuşinski tələbəsinin avazına hopdurmuş, sehirli ahənk, nadir səs nümunəsi yaratmışdır. Xanəndənin ifasını dinləyəndə tamaşaçılar muğamdakı mübarizliyi, həzinliyi, lirik əhval- ruhiyyəni, döyüş nidalarını hiss edib duyurlar. Oqtay “Mənsuriyyə”oxuyanda şanki uca dağ başından vahiməli dərəyə tökülən şəlalənin səsini, igidlərin döyüş meydanında düşmənin üstünə çəkdiyi qılıncın şaqqıltısını eşidirsən. “Müxalif”inə diqqət yetirəndə döyüşçülərin qəzəbli nərəsi səni də döyüşə səsləyir. “Segah”ını dinləyəndə sevən aşiqlərin şirin nəğmələrini, “Bayatı İsfahan”ında dərd çəkən gözəllərin qəlb çırpıntılarını dinləyirsən.

  Oqtay Hacıyev illərdi ki, hərbi hissələrdə igid əskərlərimiz qarşısında muğamlarımızı, xalq və bəstəkar mahnılarını ifa etməklə minlərlə tamaşaçının qəlbində özünə qarşı böyük sevgi yaratmışdır. O, onlarla xeriyə konsertlərində öz ifası ilə yadda qalmışdır.

  Həyatda bəxti gətirməyən nə qədər insan var. Onlar xidmət etdikləri dövlətdən nəsə ummaqda haqlıdırlar. Çünki bəzən istedadsızın, bacarıqsızın biri elə bir mərtəbəyə qalxır ki, insanlarda etiraz hissi doğrur. İstedadlı, bacarıqlı qalır qıraqda, istedadsız qalxır at belinə. Oqtay Hacıyevdə bəxti gətirməyənlərdəndir. Mahir muğam ifaçısı, 150- dən çox mahnının müəllifi olan, Azərbaycan Televiziya və Radio verilişlərinin qızıl fondunda ifaları qorunan Oqtayın heç bir fəxri adı yoxdur. Bu Oqtay sevərlərdə ancaq etiraz yaradır.

  Keçən il kiminsə yadına düşdü ki, bəs 50 il Azərbaycan tamaşacısına xoş ovqat bəx eləyən Oqtayın da yaradıcılıq gecəsini keçirmək lazımdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, AZtv-nin rəhbərliyi ilə birlikdə Beynəlxalq Muğam Mərkəzində onun yaradıcılıq gecəsini keçirdilər. Gecədə Oqtayın onlarla mahnısı sənət yoldaşlarının ifasında səsləndi. Gecənin səbəbkarının ifası isə tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılandı.

  Mən bu yazımla az da olsa dəyərli oxuculara bir xanəndə- bəstəkar haqqında məlumat verdim. Necə verdiyimi də oxucular bilər.

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam