Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İSESKO-nun növbədənkənar ....(FOTO)

Mayın 9-da Səudiyyə Ərəbistanının Məkkə regionunda İSESKO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirilib.

Yenixeber.org:  Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.

İclas zamanı Səudiyyə Ərəbistanı Krallığı tərəfindən namizədliyi irəli sürülmüş Dr. Salim bin Məhəmməd Əl-Malik (Dr. Salim bin Mohammed Al-Malik) İSESKO-nun yeni baş direktoru vəzifəsinə seçildi.

Sessiyada ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şahin Abdullayev, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə və Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova yer almışdır.

Sessiyada çıxış edən Vaqif Əliyev İSESKO-Azərbaycan münasibətlərindən daşınaraq Əbdüləziz Osman Əl-Tüveycrinin təşkilatın fəaliyyətinə, xüsusilə də Azərbaycanla məhsuldar münasibətlərin formalaşmasına olan töhfəsini vurğuladı və eyni zamanda yeni baş direktora gələcək fəaliyyətində uğurlar arzuladı.

Qeyd edək ki, Azərbaycan 2015-2018-ci illərdə İSESKO Baş Konfransının sədri olmuş, hazırda isə təşkilatda məruzəçi ölkə statusunu daşımaqdadır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam