Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İSESKO-nun baş direktoru : Buna böyük ehtiyac var

İSESKO-nun baş direktoru : Buna böyük ehtiyac var

"Bakı prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir. İnsan bəşəriyyəti üçün təhlükəsiz həyat təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq”.

Yenixeber.org: Bu sözləri İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri "Bakı prosesi- insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Baş direktor vurğulayıb ki, mədəni böhranlardan çıxış yollarını tapmaq lazımdır: "Biz sülhün, qardaşlığın carçıları olmalı, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik".

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur: “Müxtəlifliyin qəbul edilməsi üçün insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var”.

Forumda çıxış dən YUNESKO-nun keçmiş baş direktoru İrina Bokova bildirib ki, çağırışlar bərabərsizlik, sülh, miqrasiyaya düçar olmuş insanlarla bağlıdır və hələ də bu problemlər qalmaqdadır. “Bu forum qeyd etdiyim məsələləri qlobal gündəliyə daxil edərək, müzakirə olunaraq həll yollarını tapmağa gətirib çıxarır. Müxtəlif mədəniyyətlər haqqında savadsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına mövcud problemlərin həll olunması yolu ilə nail olmaq olar".

Bakı prosesinin 10 il əvvəl başladığını deyən YUNESKO baş direktorunun müavini Qu Xing bu tədbirin təşkilinə görə Azərbaycan hökümətinə təşəkkür etdi: “Bu gün dünyada yeni parçalanmanı, ədavəti, zorakı eksterimizmi müşahidə edirik. Bir tərəfdən yeni texnologiyalar insanları bağlayır, digər tərəfdən yeni problemlər yaradir. 2030-cu ilə təyin olunmuş məsələlərin öhdəsindən gəlməyə çalışmalıyıq. İnsan hüquqları, qarşılıqlı hörmət əsas götürülərək ictimai rəy formalaşdırılmalıdır”.a


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam