HƏFTƏBECƏR
Yenixeber.org:
Lütlənmiş şəkilləri ilə yenə gündəmə gələn Nigar Camal haqqında qələmi qırılıb, gözünə girmiş jurnalist, “Qara yarıqlı libası ilə diqqət çəkən Nigar cəsarətli pozaları ilə göz oxşayır” yazıb. N.Camal özü isə belə deyib: “Əlbəttə, qadınlar ağıllıdırlar. Siz nə vaxtsa kişinin gözəl ayaqlarına görə ağlını itirən qadın görmüsünüz?”
P.S. Nigar xanım, özün ağıldan danışırsan, amma çox ağılsız fikirlər səsləndirirsən. Kişilərin ayağından yox, zadından, nədi o andırın adı, hə, hə pulundan ötrü ağlını itirən şou əhli xanımların sayını çoxdan itirmişik. Sən də kişidə yapışmağa ayaqdan başqa bir şey tapmırsan elə bil...
***
Yanvarın 20-də Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində, Xocalı qatili “Kobra” ləqəbli Mixail Avakyana büst qoyulmasına, Azərbaycan əhalisində, dost saydığımız, dar gündə xalqını acından ölməyə qoymadığımız Gürcüstan hökumətinə qarşı, haqlı olaraq, etirazlar səngimir. Hamını bir sual düşündürür: Gürcüstana necə cavab verək?
P.S. Necə yəni necə cavab verək? Çox sadə. SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini qaldırsın, ucuz verdiyi qaza da elə qiymət qoysun ki, Gürcüstan hökuməti özü erməni kilsəsinə verilən qazı kəssin. Bundan sonra, Cavaxetiya ermənilərinin, ermənipərəst gürcülərin qazı alınacaq və cəllad Mixail Avakyanın büstünü elə özləri darmadağın edəcəklər. Burada çətin heç nə yoxdur. Kiminsə kölgəsində yatan elə bilər öz kölgəsidir. Gürcüstan da Azərbaycan neftinin , qazının hesabına əməlli başlı qaz vurub, qazan doldurur. Deyəsən, qazı boşaltmağın vaxtı çatıb.
***
Ötən həftə bir çox qəzet və saytlar böyük hay-küylə Kəmaləddin Hüeydərovun Londondakı mülklərinin siyahısını “sensasiya”, “şok fakt” kimi təqdim etdilər.
P.S. Əzizlərim, hörmətli həmkarlarım, burada nə sensasiya var, nə də şok fakt. Sensasiya və şok fakt onda olardı ki, belə bir başlıq oxuyardıq:”Sən demə, Kəmaləddin Heydərovun heç bir mülkü yox imiş” .
***
Müğənni dəstəsindən sayılan Afət Fərman qızı adlı bir xanım iddia edir ki, Nəsiminin “Sığmazam” qəzəlini hind musiqisi üzərində ifa etməsini, guya yuxuda ondan şairin özü istəyib. Buna isə psixoloq Azad İsazadə belə reaksiya verib: “Afət Fərmanqızı müayinə edilsə, pis olmaz. Amma xanım özü müraciət etməlidir ki, biz onu müayinə edək”
P.S. Azad bəy, ay pir olmuşun nəvəsi, sən nə qoyub, nə axtarırsan? A kişi, səsi, sənəti olmayıb bədəni ilə qabağa gedən və min hoqqalardan çıxan şou əhlinin, demək olar hamısı bu ağıldadır dəə... Bunların hansı birini müayinə edəcəksən? Necə deyərlər, “Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli.”
***
Qəzetlərin birindəki yazıda sual edilir ki, milyardları oğurlayan sabiq məmurlar- Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov, təzəlikcə isə Arif Alışanov niyə həbs olunmur və niyə sərbəst gəzirlər?
P.S Mən bu sualı yazan həmkarımın sadəlövhlüyünə təəccüb edirəm. Cavabını, dərindən bir ah çəkərək deyirəm: A köpək oğlunun pulu! Qardaş, pul, təkcə var-dövlət, bahalı maşınlar, villalar, eyş-işrət deyil, həm də azadlıqdır, toxunulmazlıqdır, gülləkeçməz “bronjlet”dir, suda batmağa qoymayan hava dolusu rezin gödəkçədir, odadavamlı materialdır, canım sənə desin, dili-ağzı bağlayan sehrdir, cadudur, insanı gözəgörünməz edən möcüzədir. Ona görə də, pulun sayəsində gözəgörünməyəni necə həbs etmək olar axı?
***
Xəbər verilir ki, baş nazirin müavini və “Qaçqınkom”un sabiq sədri Əli Həsənov işdən gedərkən xidməti maşın olan bahalı “BMW” markalı avtomobili özü ilə aparıb.
P.S. Bu, olmadı dəə, Əli müəllim. Vəzifədə olarkən, vəziyyətə uyğun olaraq yaxşı yaşamısan dəə... Necə deyərlər yedi var, apardı yoxdu axı...
***
Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev ötən həftə bu qurumun yaranmasının 27 illiyi ilə əlaqədar keçirilən tədbirdəki çıxışında deyib: “Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək”.
P.S. Çox gözəl, çox əla! Səfər müəllim, tamahını idarə edə bilənlər isə, yəqin öz işində qalıb, “xımır-xımır” yeməyində davam edə bilərlər, eləmi?
***
İsgəndər Həmidov Sevinc Osmanqızı ilə aralarında yaranan qalmaqaldan danışarkən mətbuata belə deyib; “Onun 71 yaşlı kişiyə belə suallar verərək, rişxəndlə gülməsi, açığı mənə çox pis təsir etdi”.
P.S. Bu yerdə bir lətifə yada düşür. Deyirlər, bir azərbaycanlı 41-45-in müharibəsində, düşdüyü əsirlik həyatından danışaraq deyib: “Almanlar bizi hər gün döyür, təhqir edir, hər cür alçaldıcı hərəkətlərə yol verirdilər. Bunların hamısına birtəhər dözürdük. Amma bir gün belə döyülmələrdən və işgəncələrdən sonra bizim qabağımıza çörəyi itə atılan kimi atdılar. Bax, bu mənim yaman xətrimə dəydi.” İndi İsgəndər Həmidov özünün boş-boş danışıqları ilə, “yeni yaradılan xalq hərəkatı hakimiyyətə gəlmək üçün deyil” -kimi sərsəmləməsi ilə, vaxtilə canlı yayımda efirə corabsız çıxaraq jurnalistlərə dediyi “tüpürüm sizə də, yazdıqlarınıza da” sözləri ilə və “Heydər Əliyevi cibimə qoyaram” kimi sarsaqlaması ilə özünü xalq arasında biabır etməsi, bambılı vəziyyətinə salması vecinə deyil, amma Sevinc xanımın rişxəndlə gülməsi ona çox pis təsir edib. Allah səni güldürsün, ay İsgəndər bəy, əməlli başlı güldürdün bizi.
***
Məlumatlara görə, vaxtilə saxladığı qoçu dəstəsiylə müxalifətin mitinqini dağıtmaqda hünər göstərib, ad çıxaran, sonradan xidmətində durduğu hakimiyyətin qəzəbinə gələn və hazırda həbsdə olan sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev həbsxanada ölüm aclığına başlayıb.
P.S. Bu yerdə Səməd Vurğunun məşhur misrası yada düşür:
“Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən, bu gün can verir.”
Deyəsən , “Quska”, 44 günlük aclıq aksiyasından sonra gəbərən erməni siyasi məhbus Miqer Yexazariyandan nümunə götürmək istəyir.”
***
Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması rəsmən təsdiq olundu.
P.S. Maraqlıdır, müsəlmana donuz əti haramdırsa, bəs bu donuz qripi müsəlmanı necə tutub? O da maraqlıdır ki, bu donuz qripi oruc tutub, namaz qılan müsəlmanı tutsa, onda bu, harama batmış sayılırmı və ya onun orucu, namazı qəbul olunur, yoxsa yox?
***
ATV-də yayımlanan “5 gəlin” verlişinin aparıcısı, “şpaqat” ləqəbli Mətanət Əlverdiyeva, bir iştirakçının ona sıfır qiymət veməsinə qəzəblənərək deyib: “Sən kimsən ki, mənə “sıfır” deyəsən. Bir hələ mənim yaşıma çat, etdiklərimi et, sonra “sıfır” deyərsən mənə.”
P.S. Görəsən, düz söz niyə acı olur axı? Ay balam, sıfıra elə sıfır deyərlər dəə... Mətanət xanım, hansı qabiliyyətinlə, hansı bacarığınla öyünə bilərsən? Əlbəttə, həmin iştirakçı, sənin etdiklərini, yəni alt paltarı görünməklə, milyonların qarşısında şpaqat aça bilmir, Binəqədidə yanan binada ölənlərin faciəsinə etinasız yanaşaraq, “külək kimi ötüb keçdi” deyə bilməz, sənin kimi ağzına gələni danışmaqla, gənclərin mənəviyyatını poza bilməz və s. Elə haqlı olaraq o iştirakçı sənə layiq olduğun “sıfır” qiymətini verib və bu gündən sonra nə qədər yaşasan da, bu ağılla ondan yuxarı qiymətə layiq olmayacaqsan. Bunu nə qədər tez dərk eləsən, bəlkə “+0” qiymət ala bildin. O da bəlkə haa...
***
TV-lərin birində qonaq olan idmançı oğlanın, digər iştirakçı- Aygün adlı gənc qızı qucağına alması, sosial şəbəkələrdə etiraz doğurub. Qucaqdan düşəndən sonra idmançının “yeriniz necə idi, rahat idimi?” sualına gənc qız hədsiz bir sevinclə belə cavab verib: “Qıpqırmızı oldum, amma, xoşuma gəldi”.
P.S. Rəhmətliyin qızı, elə bil qucaq-zad görməyib ki... Zalımın qızı, qucağa çıxmağın efirə qalmışdı? Bunun üçün başqa yer tapmırdın? A kişilər, efiri hərəmxanaya, saunaya, otelə, nəişəxanaya döndəriblər e, mən ölüm. Öz aramızdı, hərəmxananın da, saunanın da, otelin də, nəişəxananın da bir sahibi olur. Amma bu efirlərin niyə sahibi yoxdur, bax, onu bilmirəm. Görəsən, öz ailəsi, uşaqları ilə belə qucağa aldı verlişlərinə baxmaq, bu efirlərə cavabdeh olanların da xoşlarına gəlirmi?
***
Haradansa Dağıstanın əməkdar artisti adını zəbt etmiş, amma hələ bircə mahnısı belə tanınmayan müğənni Bəsti Bəkirova, bir çox müğənnilərə qulaq asmadığını bildirərkən, Rəqsanə barədə verilmiş suala cavab olaraq deyib: “Mən Rəqsanəyə qətiyyən qulaq asa bilmirəm, xətrimə dəyirsiniz?”
P.S. Bəs onda, illərdir Rəqsanəni görüb-eşidən bizlər başımıza haranın daşını tökək? Belə çıxır ki, Rəqsanə və rəqsanəkimilər neçə illərdir bizim xətrimizə dəyirlər, eləmi? Sən öləsən, buna bax ee, burdan bura belə şeyi bilməmişik, amma Dağıstandan gəlib bizə ağıl öyrədənlər bunu yaxşı bilirmiş...
ELÇİN
elcinmemmedli
58@gmail.com