Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Tbilisidə "Muzeylər Günü" qeyd olunub

 

Mayın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Gunü ilə əlaqədar tədbir keçirilib

Yenixeber.org: "Ceyran" rəqs qrupunun üzvləri, milli geyimdə oğlan və qızlarımız milli rəqs və mahnılarımızı təqdim ediblər.

Tədbirlər çərçivəsində muzeyə gələnlərə əyləncəli proqram, aşıq və caz musiqisinin sintezi, müxtəlif idman yarışları təqdim olunub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva "Report"a bildirib ki, əsas məqsəd Azərbaycan mədəniyyətini, adət-ənənələrimizi təbliğ etmək, beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Beynəlxalq Muzeylər Günü ilk dəfə 1997-ci ildən Almaniyada keçirilir. Azərbaycan Mədəniyyəti Muzeyi İCOM-un üzvü olaraq bu ənənəyə qoşulub və 2013-cü ildən bu cür tədbirlər keçirir. Artıq Gürcüstanın bölgələrindən də bizim muzeyə gəlir və tədbirlərimizdə iştirak edirlər. Bugünkü tədbirdə paytaxt Tbilisi ilə yanaşı Marneuli rayonundan da Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri qoşulublar.

 "Açıq qapı" və "Muzey gecəsi" adlı tədbirlər çərçivəsində muzeyə gələnlər Azərbaycan mədəniyyəti, incəsənət nümunələri ilə tanış olurlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam