Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Heydər Əliyev Mərkəzi ziyarət olunub -Nərimanov rayonunda

 

Heydər Əliyev Mərkəzi ziyarət olunub -

 

Yenixeber.org: 14 iyul 2017-ci il tarixdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Hikmət Məmmədov, rayon rəhbərliyi, ictimaiyyəti və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına məlumat vermişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

İlk öncə ziyarətçilər 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.

“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi barədə məlumat verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Qeyd edək ki, üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

 

Heydər Əliyev Mərkəzi ziyarət olunub -Heydər Əliyev Mərkəzi ziyarət olunub -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam