Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin növbəti təlimi keçirilib///Nərimanov rayonunda - FOTOLAR

 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///

 

 

 

Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin növbəti təlimi keçirili

 

 

 

Yenixeber.org: 15 fevral 2018-ci il tarixdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mənim tarixim, mənim mədəniyyətim” layihəsinin növbəti təlimi keçirilib.

15 fevral 2018-ci il tarixdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mənim tarixim, mənim mədəniyyətim” layihəsinin növbəti təlimi keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, layihə rəhbəri Röya Rzayeva, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər yeniyetmə və gənc iştirak etmişlər.

Tədbirdə layihə rəhbəri Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, adət-ənənələri aşılamaq, mədəniyyət siyasəti anlayışını təhlil etmək və Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək, Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə baş verən hadisələri, əldə olan müvəffəqiyyətləri, mövcud olan problemləri və onları necə aradan qaldırmağı öyrənmək, hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın və onun Azərbaycanda, müasir dövrdə nə dərəcədə inkişaf etdiyini öyrənmək, qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək, dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod və üsullarının öyrənməkdir. R.Rzayeva qeyd etdi ki, mədəniyyət – insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov gəncləri salamladı, layihə rəhbəri Röya Rzayevaya işlərində uğurlar arzuladı və qeyd etdi ki, bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradı- cısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmə- dən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. R.Nəcəfov qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Sonra təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Sonda gənclər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim tarixim, mənim mədəniyyətim” adlı layihədə iştirak etdiyinə görə sertifikatlarla təltif olunmuşlar.

 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///
 "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  növbəti təlimi keçirilib///

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam