Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin bağlanış mərasimi keçirilib.///Nərimanov rayonunda - FOTOLAR

"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///

 

Nərimanov rayonunda "Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin

bağlanış mərasimi keçirilib.

 

Yenixeber.org: 21 fevral 2018-ci il tarixdə Məktəb-Lisey Kompleksində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mənim tarixim, mənim mədəniyyətim” layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, layihə rəhbəri Röya Rzayeva, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər yeniyetmə və gənc iştirak etmişlər.

Tədbirdə layihə rəhbəri Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, adət-ənənələri aşılamaq, mədəniyyət siyasəti anlayışını təhlil etmək və Azərbaycanda mədəniyyət siyasətinin istiqamətlərini öyrənmək, Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyətimizdə baş verən hadisələri, əldə olan müvəffəqiyyətləri, mövcud olan problemləri və onları necə aradan qaldırmağı öyrənmək, hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın və onun Azərbaycanda, müasir dövrdə nə dərəcədə inkişaf etdiyini öyrənmək, qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların müsbət cəhətlərini milli mədəniyyətimizi qoruyub saxlamaq şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək, dövlət siyasətində mədəni və mənəvi irsin qorunması vəzifəsinin metod və üsullarının öyrənməkdir. R.Rzayeva qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov gəncləri salamladı, layihə rəhbəri Röya Rzayevanı layihənin uğurla sona çatması münasibəti ilə təbrik etdi, ona işlərində uğurlar arzuladı və qeyd etdi ki, mədəniyyətin tədqiqi çox qədim fəlsəfi ənənələrə malik olmaqla bir sıra elm sahələri - arxeologiya, etnoqrafiya, psixologiya, tarix, sosiologiya üzrə tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin XX əsrdə busahənin ayrıca bir elm olmaqla, nəzəri obyekt kimi formalaşması mədəniyyət haqqında elmin təşəkkülünə təkan verdi ki, burada da ABŞ alimi Lesli Uaytın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Hazırda kulturologiyanın təşəkkülü və formalaşması mərhələsi mədəniyyət nəzəriyyəsinə üç movqedən yanaşmasını müəyyən edir. V.Ömərov vurğuladı ki, mədəniyyət – insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir. Planetimizdə mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir; buna, bəzən, inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti olduğunu dərk edir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir. R.Nəcəfov qeyd etdi ki, hər bir konkret birlik (sivilizasiya, dövlət, xalq və s.), bir çox əsrlər boyu fərdin, bütün həyatı boyu onu izləyən və nəsildən nəslə ötürülən öz şəxsi mədəniyyətini yaradır. Nəticədə çox mədəniyyətlər meydana çıxır.

Sosioloqlar qarşısında insan mədəniyyətində nə isə ümumiliyin, elmi dildə desək, mədəni universalilərin olub-olmadığını öyrənmək problemi yaranır. Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının etibarlı göstəricisidir. Mədəni irsin qorunması və inkişaf etdirilməsi, ümumilikdə cəmiyyətin inkişafının və iqtisadiyyatla əlaqəli olan sahələrdən əlavə digər sahələrdə daha yüksək nailiyyətlər əldə etmək cəhtlərinin ayrılmaz bir hissəsidir. Mədəni irs anlayışına bir sıra xarici ölkəərdə dörd mövqe dpxil edilir – tarix və memarlıq abidələri, muzeylər, kitabxanalar və arxivlər. Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələri onun mədəni irsini tarixindən xəbər verir. Sonra təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Sonda gənclər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim tarixim, mənim mədəniyyətim” adlı layihədə iştirak etdiyinə görə sertifikatlarla təltif olunmuşlar.

"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///

"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///
"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///
"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///
"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///
"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///
"Mənim tarixim, mənim mədəniyyətim" layihəsinin  bağlanış mərasimi keçirilib.///


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam