Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İnsanlıq Bayramı Kutlaması

 Ucalıq yaradan şəhidlərimiz

                 

Xeberinfo.com:  İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. İnsanilikdən qıraqda nə varsa, antibəşəridir. Minillərdir ki, bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanilikdən danışır, insaniliyi öyür. Ancaq insanilik əsasında yaşamaq getdikcə daha da çətinləşir.

Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insaniliyə qarşıdır. İnsana, insaniliyə xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq insan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın! 
İnsansız dünya tükənmiş dünyadır! Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır! Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var. İnam Atanın (Asif Atanın) Mütləqə İnam dünyabaxışının başlıca sözü, harayı, mövzusu İnsandır. 
İnsansız heç bir tərəqqi yoxdur. Bu səbəbdən də tərəqqinin ölçüsü İnsanilikdir. Bu gedişlə dünya gündən-günə daha çox antiinsaniliyə yuvarlanacaq.
Antiinsani dünyanın insan, bəşərsevərlik çağırışları
çox zaman sözdən o yana getmir. Çünki siyasiləşmiş dünyada insaniliyin qaydasına uyğun yaşamaq hünər istəyir. Bicliyin, əyriliyin, vicdansızlığın, umacağın, minnətçiliyin ölçü sayıldığı dünya təbii olaraq asanlığa meyil edir. Mütləqə İnam Ruhaniyyatının baş mövzusu İnsandır. İnsansız dünya yoxdur. İnsansız tərəqqi yoxdur! İnsansız təbiət yoxdur!

İnam Ata – Mütləqə İnam dünyabaxışını yaratmış Kamil İnsandır. Ata İnsaniliyin rəmzi, bənzərsiz harayçısıdır. İnsan haraylı, İnsan bayraqlı İnsanilik Bayramı müqəddəslik carı çəkir, Atayurdumuzu, Şərqimizi, Dünyamızı İnama çağırır. İnsanilik Bayramı bəşərin Mütləqilik səviyyəsində Müqəddəsliyinin izharıdır. İnsanilik Bayramı – bəşərin Bayram ənənəsinin göy səviyyəsidir.

Bu yerdə İnam Atanın (Asif Atanın) “İnsanilik Mərasimi üstə Mütləqlə Təmas”ını sunuram:
“Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan.
Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan.
Özünün Özündən Yüksək Mənasını özündə daşıyan.
Gerçəklikdən yüksək olan!
Cəmiyyətdən yüksək olan!
Şəraitdən Yüksək olan!
Mühitdən Yüksək olan!
Mütləqə can atan!
Mütləqləşməyə Qadir olan!
Mütləq İnam daşıyan!
Mütləq İdrak daşıyan!
Mütləq Mənəviyyat daşıyan!
Mütləq İradə daşıyan! –
İnsan!
Sənə çatmalıyam!”

 

İnsanilik Bayramı kutlu olsun!

İşıqlı Atalı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam