Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib -Parisdə

 

Fransanın paytaxtı Parisdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yenixeber.org: Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Nizami Gəncəvinin zəngin yaradıcılığı, onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumat verib, əsərlərində dövrünün ən qabaqcıl ideyalardan olan qadın hüquqları, bərabərlik, ədalət, sülh, insanpərvərliyi təbliğ etdiyini qonaqların diqqətinə çatdırıb.

İqtisadiyyat elmləri doktoru, professor, “Fransada müsəlmanlar” elektron qəzetinin nəşr direktoru Jan-Mişel Brun, “İşıq əsri”nin filosoflarından olan Jan-Jak Russo, Didro, Volter və digərlərininin 18- ci əsrdə Fransada yaydıqları bərabərlik, həmrəylik, ədalət kimi dəyərlərin 12-ci əsrdə yaşayıb yaratmış Nizamı Gəncəvinin əsərlərində artıq geniş surətdə təbliğ olunduğunu bildirib və bu dəyərlərinin Qafqaz və Orta Asiya regionundan gəldəyini vurğulayıb.

Fransalı professor Kərim İfrak çıxışında Nizami Gəncəvinin əsərlərinin Fransada daha yaxından öyrənilməsinin əhəmiyyətinə toxunub. Tədbirdə Bakıda böyüyüb başa çatmış, hazırda Fransada yaşayan tatar nəsilli azərbaycanlı opera ustası Timur Abdikeyevin ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin əsərlərinə bəstələdiyi “Sevgili canan”, Tofiq Quliyevin “Sənə qalmaz” əsərləri səsləndirilib.

Azərbaycan bəstəkarlarının əsərlərini pianoda Səidə Zülfüqarova, fleytada Ağarahim Quliyev, balabanda Səddam Novruzbəyov ifa ediblər. Tədbirdə səsləndirilən əsərlər arasında Fərhad Bədəlbəylinin “Dəniz”, Fikrət Əmirovun “Layla”, “Bulaq başında” əsərləri də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam