Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Azərbaycan Parisdə 13-cü -"Dad Planeti" tədbirinə ev sahibliyi edib

 

 

Azərbaycan Fransanın paytaxtı Paris şəhərində Təsərrüfat Məsləhətçiləri Assosiasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkətinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 13-cü "Dad Planeti"nə ev sahibliyi edib.

Yenixeber.org:  Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən "Dad Planeti" tədbirində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin əməkdaşı Beatris Fresenon, Təsərrüfat Məsləhətçiləri Assosiasiyasının prezidenti Dieter Beisteiner və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev kənd təsərrüfatı və milli qastranomiyanın hər bir xalqın mədəniyyətini təcəssüm etdirdiyini xüsusi vurğulayıb. O bildirib ki, kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasında ən başlıca yer tutan sektorlardandır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov kulinariyanın milli irsimizin və milli bütövlüyümüzün ayrılmaz hissəsi, sülh və həmrəylik mesajı ötürməyin ən səmərəli vasitələrindən biri olduğunu vurğulayıb. Nazir Azərbaycan kulinariyasının keyfiyyətinə görə ən varlı ölkələrdən biri, qastranomiya müxtəlifliyi axtaranların üz tutduqları əsas istiqamətlərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Dad Planeti"nin bu 13-cü ili Azərbaycanın təşəbbüsü ilə ölkələrin təsərrüfat ənənələrinin şaxələndirilməsi mövzusuna həsr edilib. Artıq 13-cü ildir təşkil edilən "Dad Planeti" kulinariya məhsullarını təbliğ etməklə ölkələr arasında qeyri-formal mübadilə platforması yaradır. "Dad Planeti"nin 13-cü ili 15 ölkənin kulinariya və yerli məhsulları təqdim edilib. Tədbirdə ölkəmizlə yanaşı Avstriya, Almaniya, Finlandiya, Bolqarıstan, Hollandiya, Malta, İsveçrə, İrlandiya, Estoniya, Litva, Sloveniya, Macarıstan, Kanada, ABŞ iştirak ediblər. (Report)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam