Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

"Şuşanı alan qəhrəmanlarımızı xalqımız niyə tanımamalıdır?" -ETİRAZ

 

"Yaxşı ki,1957-ci ildə “Uzaq sahillərdə” filmini çəkdik. 70 ildir ki, biz o filmə baxırıq. Şəhidlərimizin hər birinin qəhrəmanlığı ayrı bir hekayədir. Niyə onlardan bəhs edən filmlərimiz çəkilmir? İndiyə qədər bu mövzuda 10 film, 100 sənədli film çəkilməli idi. Şuşanı alan qəhrəmanlarımızı xalqımız niyə tanımamalıdır? Şuşanın işğalı zamanı 600-ə yaxın övladlarımız şəhid oldu. Onlardan biri də mənim oğlum idi. Niyə bunları xalq tanımamalıdır? Niyə öz qəhrəmanlarımızı tanımayaq? Dünya şokdadır ki, Azərbaycan 44 gündə belə bir tarixi qələbə qazandı. Bu qələbəmizi niyə təqdim etmirik?"
Yenixeber.org: Bu sözləri Xalq artisti Əli Nur bildirib:

“II Qarabağ müharibəsində döyüşən qəhrəmanlar haqqında film çəkmək lazımdır. Mübariz İbrahimov dünyada alternativi olmayan cəsur əsgərdir. Gör onun haqqında hər hansı film çəkilibmi? Mədəniyyət nümayəndələrimiz nə işlə məşğuldur? Ancaq ev alıb-satmaqla? Bir ölkə dünyada mədəniyyəti ilə tanınır. Mədəniyyətin başında isə o ölkənin kinosu dayanır.

İnd bizdə İlyas Əfəndiyev, Mirzə Fətəli Axundzadə yoxdur, hanı bəs müasir dövrün yazıçıları? Füruz Mustafanın bu mövzuda 10 pyesi var. Niyə onlar tamaşaya qoyulmur? Azərbaycan xalqının başına gətirilənlər haqda indiyə qədər filmlər çəkilməli idi. 27 teatrlarımız var ki, onlar bu mövzuda tamaşalar nümayiş etdirməli idi. Kimdir günahklar?".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam