Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək - RƏSMİ

 

Yaxın gələcəkdə Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.
 Yenixeber.org: Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, bu təşəbbüs çərçivəsində kifayət qədər geniş mövzunu əhatə etmək planlaşdırılır:

"Əlbəttə ki, "Böyük qayıdış" ilk növbədə Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir, lakin gələcək film layihələri sırf hərbi mövzularla məhdudlaşdırılmaya da bilər. Çünki Qarabağın uzun illər erməni işğalından sonra geri qayıtması həm mədəniyyətimizin, ruhumuzun qaytarılması, həm də sadə insan talelərindən bəhs etmək fürsətidir".

"Böyük qayıdış" layihəsi çərçivəsində on əsər seçiləcək. Onun sözlərinə görə, müsabiqə yerli film sənayesinin istehsalına yeni bir yanaşmanı tələb edir:

"Ölkədəki mövcud film istehsalı sistemi arxaikdir və prinsipcə yeni bir yanaşmaya ehtiyac duyduğu üçün müasir layihə seçimi sisteminin tətbiqi də daxil olmaqla bir sıra islahatlar üzərində işləyirik".

Şöbə rəhbəri Trend-ə bildirib ki, bu sistem çərçivəsində prodüser bir ssenari deyil, müəyyən bir yaradıcı kompozisiya, konspekt, büdcə planı və s. ilə bitmiş bir film layihəsi təqdim edəcəkdir.

R. Həsənov əlavə edib ki, dövlətin dəstə ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlama və reallaşdırma mərhələsindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam