Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə son günlər həmkarı Elnur Hüseynovla fotosessiyası ilə müzakirələrə səbəb olub.

Yenixeber.org: "Dəniz ver" adlı mahnını duet şəklində ifa edən sənətçilər səmimi fotoları ilə gündəmə gəliblər. Sosial şəbəkədə Elnurla İlqarənin sevgili olduğu iddia edilib.

Məsələyə münasibət bildirən İlqarə sevgili olduqları xəbərini yalanlayıb:

"Dəiz ver" adlı mahnımıza göstərmiş olduğunuz diqqətə görə bütün media nümayəndələrinə və xoş rəylərinizlə bizi ruhlandırdığınız üçün siz hörmətli izləyicilərimizə dərin təşəkkürümüzü bildirmək istəyirəm. O ki qaldı Elnurla mənim aramda sevgi münasibəti olması haqda deyilənlərə... Biz sadəcə, dostuq. Hələ ki...".