Xalq artisti Röya Ayxanın yeni fotosessiyası müzakirələrə səbəb olub.
Yenixeber.org: Müğənni stilist Ruxa ilə çalışaraq fərqli bir obraz yaradıb. Röya həmin fotosessiyadan bir şəkli İnstaqram izləyiciləri ilə bölüşüb.
Müğənninin etno tərzində olan fotolardakı görünüşü Xalq artisti Aygün Kazımovanın illər əvvəl olan görünüşünə bənzədilib. Belə ki, sosial şəbəkədə paylaşılan fotolar Kazımovanın 18 il əvvəl çəkdirdiyi şəkillərlə müqayisə edilib.
Onların tərzinin, saç düzümü, bikini və aksessuarlarının çox oxşadığı vurğulanıb.