Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bumeranq effektli informasiya siyasəti-PROBLEM

 

 

 Aldığı informasiyaların yaşadığı reallığa uyğun gəlməməsi insanlarda ümidsizlik yaradır

Yenixeber.org: İnsanın həqiqətsevər-reallığı düzgün qiymətləndirməyi, pisi yaxşıdan ayırmağı bacaran, ədalətli və nəhayət vətəpərvər bir şəxsiyyət kimi yetişməsində reallığı düzgün əks etdirən informasiyalar əsasında həyata keçirilən ideoloji təbliğatın misilsiz rolu vardır. Reallığı düzgün əks etdirməyən, bilərəkdən və ya bilməyərəkdən, hər hansı bir məqsədə çatmaq üçün qəsdən yayılan yanlış informasiyalar insanları çaşdırır. Aldığı informasiyaların yaşadığı reallığa uyğun gəlməməsi insanlarda ümidsizlik yaradır, onları çaşdırır, məqsədinə çatmaq üçün düzgün yolun seçilməsinə mane olur və ən pisi-onları doğru yoldan sapındırır, məqsədinə nail olmaq üçün yanlış mübarizə yolunu seçməyə sövq edir.

Müasir dövrdə obyektiv, reallığa uyğun informasiyaların insanlara çatdırılmasının, onlara əsaslanaraq ideoloji təbliğatın reallığa uyğun şəkildə qurulmasının çoxsaylı yolları, vasitələri vardır. Onların sırasında KİV, xüsusilə də İnternet, radio və televiziyalar önəmli rol oynayır. Hər bir ölkədə, xüsusilə də, totalitarizmdən demokratiyaya keçid yolu seçmiş Azərbaycan kimi ölkələrdə, dövlətin, KİV-dən istifadə edərək, ideoloji təbliğatı məqsədyönlü şəkildə xalqının və dövlətinin mənafeyini şəxsi mənafeyindən üstün tutan, real vəziyyətdən irəli gələn çətinliklərə səbrlə dözən və bu çətinliklərin aradan qaldırılması üçün səyini əsigəməyən əsl vətəndaşın yetişdirilməsinə yönəltmək imkanı vardır. Son illər həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda sosial-iqtisadi-siyasi sahələrdə, o cümlədən ölkədə azad, demokratik cəmiyyətin qurulması, insan haqlarının qorunması sahələrində, önəmli irəliləyişlərin olmasına baxmayaraq, onların hər birində çatışmazlıqların, öz həllini gözləyən problemlərin olduğu hər kəsə məlumdur və heç kəs bunu inkar etmir. Sadəcə nə çatışmır? Hesab edirik ki, dövlət səviyyəsində həyata keçirilən ideoloji təbliğatın reallığa uyğunluğu çatışmır! Məgər məlum deyil ki, heç bir şey birdən-birə yetişmir? Məgər toxum təkamül yolu ilə yetişib möhtəşəm ağaca çevrilmir? Və ya rüşeym birdən-birə insan olurmu? Hər bir problemin, onun dərinlik dərəcəsindən asılı olaraq, həll edilməsinin zamana eytiyacı olduğunu kimsə inkar edə bilərmi? Mövcud problemləri, onları doğuran səbəbləri, həlli üçün həyata keçirilən tədbirləri, ona mane olan səbəbləri, bu səbəblərin aradan qaldırılmasının zamana ehtiyacının olduğunu, bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirləri obyektiv şəkildə vətəndaşların nəzərinə çatdırmaq olmazmı? Reallığa uyğun olmayan, şişirdilmiş informasiyaların əks təsir göstərdiyi niyə nəzərə alınmır? Nə üçün müxtəlif KİV-nin daimi, "sabit qonağı" olan, reallığa uyğun olmayan fikirlərinə görə xalqın etimat etmədiyi bəzi azsaylı, "hərşeyşünüs" iqtidar "ideoloqları" bunu nəzərə almırlar? Onlar niyə nəzərdən qaçırırlar ki, biz artıq informasiyalaşmış cəmiyyətdə yaşayırıq və hər bir vətəndaş müxtəlif kommunikasiya vasitələri ilə reallıqda nə baş verdiyi haqda kifayət qədər xəbərdardırlar?

Təəbiidir ki, ölkənin hər bir vətəndaşı mövcud problemlərin tez aradan qaldırılmasını, inkişafımıza mane olan qohumbazlıq, yerlibazlıq, korrupsiya, rüşvətxorluq, qanunlara zidd hərəkətlərin tezliklə yox edilməsini, yoxsulluğun, işsizliyin minimuma endirilməsi üçün daha ciddi tədbirlərin həyata keçirilməsini istəyir, gözləir və hesab edir ki, zaman gecikir. Ancaq Həzrət Əli (Ə) demişkən: "Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar..." Azərbaycan xalqı həqiqətsevər, dözümlü xalqdır. Əgər xalqa əsaslandırılmış şəkildə çatdırılsa ki, ayrı-ayrlıqda hər bir problemi doğuran əsl səbəblər hansılardır və onların aradan qaldırılması üçün hansı tədbirlər görülür və gələcəkdə görüləcəkdir, xalq səbr edər. Ancaq nəzərə almaq lazımdır ki, səbrin də bir həddi vardır!

Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam