Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir -Kılıç

 

Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi humanizm prinsipləri Qafqaz üçün birlik və bərabərlik mirasıdır. Müasir Azərbaycan dövləti bu mirası əzmlə qoruyur. Ötən əsrin əvvəllərində Qafqazda baş verənlər bütün region ölkələrinin rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən düzgün dəyərləndirməlidir. Belə olarsa, uzunmüddətli sülh və kompleks inkişaf yollarını tapmaq da asanlaşar.

Yenixeber.org: Bu fikirləri Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəhbəri Alev Kılıç söyləyib. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən kənarda qalıb. İşğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməlidir.

AVİM rəhbəri fikirlərini davam etdirərək deyib: “Qafqaz bölgəsində sülh və əmin-amanlıq təkcə bu bölgə və Anadolu üçün yox, bütövlükdə Avrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qonşu dövlətlərlə hörmət və ehtirama əsaslanan münasibətlər qurmaq bütün tərəflər üçün vacib şərtdir. İki ölkə arasında münasibətlərin pozulması bu və ya digər formada başqa dövlətlərin münasibətlərinə də mənfi təsir göstərir. Odur ki, heç bir hakimiyyət öz xalqı üçün faciə və fəsadlara yol açan risklərə getməməlidir. Bir sözlə, tarixdə baş verənlər ibrət dərsidir. Əgər Ermənistan tərəfi bu məqamları düzgün dərk edə bilsə, o zaman Qafqazda proseslər tamamilə başqa səmtdə inkişaf edəcək”.(azərtac)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam