Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Telekanallar üzərində dövlət nəzarəti tətbiq edilsin

 

 

 Telekanallar üzərində dövlət nəzarətinin (senzuranın yox) tətbiq edilməsinə ciddi ehtiyac vardır

Yenixeber.org: Vətəndaşın əsl vətənpərvər, vətənsevər, vətən, dövlət, millət mənafeyini hər şedən üstün tutan, özünə "vətən mənə nə verib?" sualı əvəzinə, "mən vətənə nə vermişəm?" sualını verən şəxsiyyət kimi yetişməsində ideoloji təlim-tərbiyənin, ideoloji təbliğatın əvəzedilməz rolu vardır. 1 iyul 2020-ci ildə "N" saylı hərbi hissənin əsgərləri ilə görüşdə Prezident İlham Əliyev bu məsələyə toxunaraq hərbi hissələrdə ideoloji təbliğatın güçləndirlməsinin, əsgərlərin vətənpərvərlik, milli ruhda tərbiyə edilməsinin, vətənimizin tarixinin dərindən öyrənilməsinin vacibliyini bir daha vurğulamış və bu məsələlərə xüsusi diqqət yetirlməsinin vacibliyini qeyd etmişdir. Məlumdur ki, ideoloji təbliğatın məkanı genişdir: ailədən başlayaraq, uşaq bağçalarını, orta, orta ixtisas, ali məktəbləri, KİV-ni, xüsusilə də, televiziya kanallarını, filimləri əhatə edir. İdeoloji təbliğatda onların hər birinin özünəməxsus yeri vardır. Ancaq bunların sırasında televiziya kanalları, filimlər əhəmiyyətli rol oynayırlar. Azərbaycan telekanallarına, xüsusilə də, özəl kanallara baxanda bunun tam əksini görürük. Azərbaycan telekanalları aşağı meyarlı, bir sıra hallrda əttökən, senzuradan kənar ifadələrlə dolu, mənasız, mənəviyyatdan daha çox mənəviyyatsızlıq aşılayan verilişlərlə doludur. Bu kanallara baxanlar yəqin fərqindədirlər ki, onların verilişlərində həmişə təxminən insan barmaqlarının sayı qədər olan eyni insanlar iştirak edirlər və onların müzakirə mövzuları da təxminən eynidir. Kimsə bu kanallarda nə vaxtsa vətənpərvərlik ruhunda verilişin şahidi olubmu? Özəl telekanalların sahibləri deyə bilərlər ki, bu telekanal bizimdir və onun siyasətini də özümüz müəyyən etməliyik. Amma, cənablar, doğrudur, telekanal sizindir, ancaq unutmayın ki, efir məkanı sizin deyil! Siz bu məkana, hər bir ailəyə izinsiz daxil olursunuz. Ona görə də, telekanalızınızın efir siyasətini müəyyən edərkən məsuliyətli olun! Görünür telekanallr üzərində dövlət nəzarətinin (senzuranın yox) tətbiq edilməsinə ciddi ehtiyac vardır.

İnsanların, xüsusilə də gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edilməsində filimlər müstəsna rol oynayır. Belə filimlərin çəkilməsi, nümayiş etdirilməsi indiki, torpaqlarımızın işğal altında olduğu bir zamanda, xüsusilə vacibdir. Amma bizdə nə baş verir? Torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında olduğu dövrdə bir dənə də olsun əsl vətənpərvərlik, qəhrəmanlıq ruhu aşılayan film çəkilibmi Azərbaycanda? Yaxşı, belə filimləri çəkməyə nəsə mane olursa (?!), telekanallarda bayağı, zorakılıq təbliğ edən, mənəviyyatsız qərb filimləri əvəzinə, heç olmasa türklərin vətənpərvərlik ruhunda çəkdikləri filimləri nümayiş etdirmək, bu sahədə olan qadağanı aradan qaldırmaq olmazmı?

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam