Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Paşinyan danışıqlarla bağlı mövqeyinə sadiq qalacaqmı?

 

Hesab edirəm ki, bundan sonra Paşinyansayağı çıxışlar, bəyanatlara artıq son qoyulacaq.

Yenixeber.org: Bu sözləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O bildirib ki, Paşinyan artıq reallığa əsaslanmalı olduqlarını dərk edib:

“Hesab edirəm ki, qısaca da olsa, ayaqüstü görüş Ermənistanın baş nazirinin reallığı dərk etməsinə zəmin yaratdı. Pozitiv mənada bu münaqişənin həllinə, danışıqların əvvəlki formatda davam etdirilməsinə təsir edəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsipləri daxilində həll olunmalıdır. Çünki bu məsələnin həlli beynəlxalq hüquq çərçivəsində reallığa əsaslanır”.

V.Rəhimzadə qeyd edib ki, Paşinyanın bu görüşdən sonrakı fikrinə nə qədər sadiq qalacağını zaman göstərəcək:

“Çünki bəzi məqamlarda erməni verdiyi sözü tutmur. Paşinyanın bir gün bir fikri səsləndirib, səhəri gün onu təkzib etmə hallarına da rast gəlmişik. Amma hər halda Paşinyan reallığı dərk etməlidir. Və işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bunu beynəlxalq hüquq, beynəlxalq təşkilatların qətnamələri, bütövlükdə dünya ictimaiyyəti deyir”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam