Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Stalini “kütbeyin” adlandıran XKS sədri Sırtsov–çuğul onu satıb, Stalin işdən çıxarıb... 7 il sonra güllələdib

 


 Yenixeber.org: Hələ 17-18 yaşlarında olarkən o, fəal bir gənc kimi tanınıb, Vladimir İliç Leninin gizli tapşırıqlarını icra edib, inqilabi hərəkatda, bolşeviklər arasında çevikliyi ilə fərqlənib, elə həmin illərdən də İosif Stalinlə yaxından tanışlığı olub.

Təsadüfi deyil ki, Sergey Sırtsov Lenindən və Rıkovdan sonra Rusiya Xalq Komissarları Sovetinin üçüncü sədri vəzifəsinə təyinat alıb. Bu təyinat Stalin üçün arzuolunmaz sayılıb. Mövcud dövrdə partiyadaxili qruplaşmalar arasında yeni münaqişələrin yaranmaması üçün Stalin onun təyinatına müdaxilə etməkdən çəkinib.

Maraqlıdır, nəyə görə yüksək iş məhsuldarlığı olan, partiyanın ən sədaqətli üzvü sayılan, oktyabr inqilabı zamanı ölümündən belə qorxmayan Sırtsov Stalin üçün arzuolunmaz şəxs sayılıb?

Sergey Sırtsov 1893-cü ildə Ukraynada, indiki Dnepropetrovsk vilayətinin Slavqorod qəsəbəsində anadan olub. Rostovda kommersiya məktəbini bitirdikdən sonra, 1912-ci ildə Peterburqda Politexnik institutuna daxil olub. Pterburqdakı siyasi mühit onun həyatını heç özü də düşünmədiyi fərqli bir istiqamətə aparıb. Sırtsov bolşeviklərə qoşularaq Nevski rayonunda inqilabi hərəkatın öncüllərindən birinə çevrilib. Siyasi fəaliyyətinə görə o, iki dəfə həbs olunub. Amma qısamüddətli həbslərdən sonra Sırtsov öz yolundan dönməyib.

syrtsov.jpg (63 KB)

Oktyabr inqilabının fəal iştirakçılarından biri olan Sırtsov inqilabdan sonra Leninin göstərişi ilə Rostova göndərilib. Rostovda əksinqilabçılarla qarşı mübarizədən qalib çıxaraq bölgə üzrə yerli partiya komitəsini yaradıb.

Vətəndaş müharibəsi illərində də Sergey Sırtsov diqqət mərkəzində olub, 12-ci ordunun hərbi komissarı kimi üzərinə düşən vəzifələri, mərkəzdən gələn tapşırıqları lazımınca yerinə yetirib.

1920-ci ildə yenə də Leninin təşəbbüsü və təklifi ilə Sırtsov Odessaya göndərilib, Odessa quberniyası üzrə partiya komitəsinin katibi vəzifəsinə təyinat alıb. Bir il ərzində siyasi baxımdan həssas bölgə sayılan Odessada da Sırtsovun gərgin əməyi nəticəsində vəziyyət stabilləşib.

syrcov_gruppovoe.jpg (47 KB)

1922-ci ildən Sergey Sırtsov fəaliyyətini Moskvada, Mərkəzi Komitədə davam etdirib. O, təbliğat şöbəsinə rəhbərlik etməklə yanaşı “Kommunist inqilabı” jurnalının baş redaktoru da olub.

Mərkəzi Komitədə işlədiyi illərdə Sırtsovla Stalinin arasında fikir ayrılıqları yaranıb. Xüsusilə ölkənin iqtisadi vəziyyəti ilə bağlı keçirilən müşavirələrdə Sırtsov bu sahədəki vəziyyətin acınacalı olmasını rəhbərliyin düzgün qərarlar çıxarmaması ilə bağlayıb. Tənqidi qəbul etməyi bacarmayan Stalin Sırtsovu Mərkəzi Komitədən uzaqlaşdırmaq üçün məqam gözləyib. Təbii ki, 1920-ci illərdə Stalin sonralar olduğu kimi sərt qərarlar çıxarmaq imkanında olmayıb. Hələ mövqelərini tam möhkəmlədə bilməyən Stalin kadr məsələlərinə ehtiyatla yanaşıb. Digər bir tərəfdən Trotski komandasının fəallığı da onu qorxudub.
Nəhayət, 1926-cı ildə Sibir diyar Partiya Komitəsində vəziyyətin ürəkaçan olmadığını bəhanə gətirən Srtalin, bu işin öhdəsində Sırtsovun gələcəyini bildirərək onu Sibirə birinci katib göndərib.

Surtsov.jpg (44 KB)

Sırtsovun Sibir “sürgün”ü 3 il davam edib. 1929-ci ilin may plenumunda onun Rusiya Xalq Komissarları Sovetinə sədr təyin edilməsi müzakirəyə çıxarılıb və səs çoxluğu ilə müzakirə Sırtsovun sədr təyinatı ilə nəticələnib.

Sergey Sırtsov nə tənqid olunmaqdan, nə də tənqid etməkdən çəkinməyib. O, dəfələrlə rəsmi və qeyri-rəsmi tədbirlərdə fikirlərini əsaslandıraraq Stalin yürütdüyü siyasəti tənqid edib.

1930-cu ildə Rusiyada tikinti sahəsində, fabrik və zavodlarda təchizat ağır vəziyyətə düşəndə Sırtsov rəhbəri olduğu Xalq Komissarları Sovetini iclasını çağırıb, iclasda ölkə rəhbərliyini sərt tənqid edib, Stalinin, Molotovun, Mikoyanın, Kaqanoviçin, Voroşilovun ünvana yarıtmaz ifadəsini işlətməkdən çəkinməyib.

Həmin müşavirədən sonra Sırtsov məxfi olaraq 5 nəfərlik siyasi qrup yaradıb. Qrup mütəmadi olaraq bir yerə toplaşaraq ölkə rəhbərliyinə qarşı mübarizinin yollarını müzakirə ediblər.

Növbəti dəfə qrup 1930-cu ilin noyabrın 3-də Sırtsovun kabinetinə yığışıb. Bu toplantıda qrup üzvlərindən biri, Sırtsovun çox etibar etdiyi, Mərkəzi Komitənin üzvü Reznikov iştirak etməyib.

Qrup müzakirələr aparan zaman Sırtsova Mərkəzi Komitədən zəng gəlib, onu təcili olaraq siyasi büronun iclasına dəvət ediblər.

860c9cc98e8f36f052265b3f90cc4d6b.jpg (99 KB)

Sırtsov iclas keçirilən zala daxil olanda Stalin soruşub:

- Niyə gecikirsiniz?

- Yoldaş Stalin, mən iclas keçirirdim, buna görə ləngidim.

- Nəyi müzakirə edirdiniz?

- Kənd rayonlarının traktorlarla təmin olunmasını müzakirə edirdik.

- Amma mənə başqa məlumat veriblər axı.

- Hansı məlumatı?

- Məlumat veriblər ki, mənim kütbeyin olmağımı müzakirə edirsiniz.

Sırtsov bu ifadədən sonra susub. Anlayıb ki, iki gün əvvəl beş nəfərlik qrupda işlətdiyi “Stalin kütbeyindir, o, ölkəni məhvə aparacaq” dediyi ifadələr Stalinə olduğu kimi çatdırılıb. Stalin fikirlərini davam etdirib:

- İstəyirsiniz mən sizə digər müzakirə etdiyiniz mövzuları da sadalyım. Yox, bunu mən etməyəcəm. Bu haqda sizin “silahdaş”ınız danışsa yaxşı olar.

Bu məqamda Stalin göstəriş verib ki, Reznikovu çağırsınlar. Reznikov qonşu otaqdan iclas zalına keçib və bütün bildiklərini böyük “həvəs”lə danışmağa başlayıb.

Həmin gün Sergey Sırtsov Rusiya Xalq Komissarları Soveti sədri vəzifəsindən azad edilib. Amma Stalin onu hələ ki, həbs etdirməyib.

Həmin hadisədən sonra Sırtsov 1937-ci ilə qədər zavod və sənaye müəssislərində kiçik vəzifələrdə çalışıb.

1937-ci ildə isə onun adı repressiya siyahısına ilk yazılanlardan olub.

Sergey Sırtsovun məhkəməsi cəmi 15 dəqiqə çəkib. Bəlkə də məhkəmə daha da az çəkə bilərdi. Amma ona qarşı irəli sürülən ittihamlar o qədər çox olub ki, hakim elə həmin 15 dəqiqənin hamısını ona qarşı qaldırılan ittihmaları səsləndirməyə sərf edib.

Məhkəmə 44 yaşlı Sergey Sırtsovu ən ağır cəzaya, güllənməyə məhkum edib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam