“ASİYA ƏJDAHASI” ABŞ-a MEYDAN OXUYUR:"Koronavirusdan sonrakı dövrdə savaşa hazır olmalıyıq" -ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 30 may 2020-ci il
Koronavirus həyatımıza təsir edərkən, yüz milyonlarla insan evlərinə qapadılarkən, iqtisadiyyat da durduruldu. Gözləmə rejiminə keçirildi. Virusun vurduğu, demək olar ki, hər bir ölkə üzərinə gələn böyük iqtisadi dalğanı necə dəf edəcəyini düşünür.
Yenixeber.org: Bu, heç kim üçün asan olan bir dövr deyil. Dünya tormozladı, indi isə qaza basır. Ancaq əvvəlki sürəti yaxalamaq mümkün olacaqmı? Olmayacaqsa, sürəti hara qədər artırmaq mümkün olacaq? Kimsə bilmir. Böyük qurumların hesabatları isə heç ürəkaçan deyil.
Amma o da var ki, həyat axmağa başladı. Gələn bütün məlumatlar isə ABŞ-la Çinin heç cür ortaq yol tapa bilmədiyini göstərir. 5 qitəyə təsir edən bu böyük savaşın geridönməz bir yola girdiyi də ortadadır. Görəsən, ən çox qorxulan şey olacaqmı, əllər silaha gedəcəkmi? İndidən buna cavab vermək çətindir. Ancaq anlaşma olmazsa, dünya yoluna belə davam edə bilməz. Bu da ortadadır.
Neft qiymətlərinin düşməsini nəzərə alan böyük güclərin öz neft depolarını ağzına qədər doldurması da bir həqiqətdir. Bunun yalnız qiymətlərin düşməsilə bağlı olub-olmadığı isə məlum deyil.
Savaşın daha da qızışacağının siqnalı Çindən gəldi. Çin dövlət başçısı Şi Cinpinq “Koronavirus sonrası dövrdə savaşa hazır olmalıyıq” dedi. Dünyanın zirvəsində olan bir şəxs bunu elə-belə söyləməz. Bu, hadisələrin inkişafının gəldiyi yeri anlatmaq baxımından son dərəcə önəmlidir. Çin ordusunun büdcəsinə ilk mərhələdə 170 milyard dollar, ardınca da əlavə olaraq 400 milyard dollar ayrılması haqqında qərar çıxdı. Aylardır hər cür ağır açıqlamalara, təhdidlərə rəğmən, səssiz qalan Pekin administrasiyası da savaşacaqlarını açıqladı. Gəlinən son nöqtə budur.
Dünən də yazdığım kimi, 30 apreldə ABŞ Xarici işlər naziri Mayk Pompeonun atasının öldürülməsi Pekinin necə bir addım atacağını göstərirdi. Çin savaşacaqdı. Çünki ABŞ onun üçün kölə olan bir Çin istəyir. Pekin də buna razı ola bilməz. Orta yol tapılmadı. Əgər yaxın günlərdə də tapılmazsa, dünyanı yaxşı günlər gözləmir. Bu, dəqiqdir.
30 apreldə Ueyn Pompeonun öldürülməsi Pekinin atdığı ən böyük addımdır. Atasının ölümündən etibarən ABŞ Xarici işlər naziri Mayk Pompeonun Çinə qarşı nə qədər aqressiv olduğunu gördük. Atası xəstəxanada əməliyyat masasında ölmüşdü. Vücudundan çıxan zəhər nəzərə alınarsa, Ueyn Pompeonun ürəyinin bu əməliyyata dözə bilməyəcəyi qəti idi.Çinin bu əməliyyatı yanvar ayında keçirməyi planlaşdırması da MKİ-yə yaxın qaynaqlar tərəfindən bir hesabat halında hazırlandı. Çin, koronavirusla birlikdə, Pompeonu qəhr edən addım atmağı planlaşdırmışdı. Bu plana görə, açıq şəkildə bir silahlı atışmanın ortasında qalan Ueyn Pompeo həyatını itirəcəkdi. MKİ-nin hesabatlarına görə, hadisələr belə inkişaf etməli idi. Ancaq daxildə gedən diskussiyalardan sonra Çin bu metodun çox səs çıxaracağını nəzərə alaraq ondan vaz keçdi. Yalnız “Dərin Amerika”ya ən ağır mesaj verilməsinin yetərli olacağına qərar verdilər və addım atdılar.
MKİ, Ueyn Pompeonun ölümü ilə bağlı olaraq, xəstəxana işçiləri də daxil, 17 nəfərlik siyahı hazırladı. Bu şəxslər vasitəsilə qətlin necə həyata keçirildiyi ortaya çıxarılacaq. Bu, eynilə ölüm xəbərinin gizlədildiyi kimi, əsla ictimaiyyətə açıqlanmayacaq. Ancaq “Dərin Amerika” qətlin xronoloji ardıcıllıqla necə həyata keçirildiyini öyrənib qarşılığını verəcək. Niyyət də budur. Əslində, Du Veyin öldürülməsilə Çinə qarşı ilk sanksiyalar tətbiq olunmağa başladı. Yəni, iki böyük güc artıq silahlarını əllərinə almışdır.
Koronavirus infeksiyası Çinə və ona yaxın ölkələrə də ağır zərbə vurdu. İnfeksiyanın ən çox ziyan vurduğu 73 ölkədən 51-nin “Bir kəmər, bir yol” layihəsində yer alan ölkələr olması təsadüfi deyildir. AB-nin ən önəmli ölkələri Almaniya, Fransa və İspaniya isə, əslində, Çinlə önəmli, həm də ucu açıq anlaşmalar imzaladı. AB də Çinlə anlaşmalar əldə etməyə başlamışdı. İndi infeksiyanın yayılmasından sonra AB “Dərin Amerika”nın təzyiqilə Çinlə əldə etdiyi anlaşmaları ləğv etdiyni Pekinə bildirdi. İngiltərə isə hələ də Çinlə anlaşmalarını pozmayıb. Fransa və İtaliya Çinlə birgə yürüməyə davam edir. Ancaq Pomeonun atasının açıq şəkildə ortadan qaldırılması, Çinin müharibə elan etməsi ilə birlikdə, hər şey yenidən müzakirə ediləcək. Çünki Çinlə “Bir kəmər, bir yol” layihəsinə davam etmək haqqında qərar verən hər bir ölkə Vaşinqtonun hədəfi olacaq. Nə “Dərin Amerika”, nə də Avropa ölkələri Çinin ABŞ-a savaş elan edə biləcəyinə inanmırdı. Ancaq Çin son çarə olaraq savaşı qəbul etdi.
İndi nə olacaq? Yəqin ki, Çini küncə sıxışdıracaq terror təşkilatlarına çox önəmli vəzifələr veriləcək. İddialara görə,“Dərin Amerika” Çini daxildən zəiflətmək, Pekini sarsıtmaq üçün terrora keçid verəcək. İlk hədəf Pekin olacaq.
Qeyd edək ki, Çinin hərbi anlamda müharibə elan etməsilə onun Avropa ölkələrilə keçirdiyi gizli toplantıların əlaqəsi vardır. Çin bu qərarı təkbaşına verməyib. Bu səbəblə, “Dərin Amerika” üzərinə çox ciddi risk almış durumdadır. Bu gün ABŞ iqtisadiyyatına nəzarət, bu və ya başqa şəkildə, Londondan həyata keçirilir. 10 həftədə 41 milyon adamın işsiz qaldığı ABŞ-da alınan tədbirlərin bu tənəzzülün qarşısını ala bilmədiyini gördük. Çünki patron Londondur. ABŞ-ın bazara 2,5 trilyon dollar göndərməsinə rəğmən, iqtisadiyyat çökdü və 41 milyon işsiz qaldı. Araşdırmalar göstərir ki, hər bir amerikalının işsiz qalması 4 nəfərə mənfi təsir edir. Bu hesab 41 milyon nəfərin işsiz qalmasının ABŞ əhalisinin yarısına təsir etdiyini ortaya qoyur. Bu, çox böyük bir təhlükədir.
ABŞ-da düşünürdülər ki, iqtisadiyyatın çökməsi Çinlə toqquşmaları azaldacaq. “Dərin Amerika”nın bu ehtimalı sıradan çıxarması da artıq qətiləşdi. Çünki “Dərin Amerika” heç geri addım atmadı.
Daima səssizcə bir ortaq nöqtə tapılacağını gözləyən Çin də 30 apreldə “şüşəni qırdı”. ABŞ-ın dərinliklərinə yaxşı bələd olanlar, “Bundan sonra əsla hər hansı bir ABŞ-Çin ortaqlığı görməyəcəyik” deyir. Şərhlər belədir. Artıq Çinin də geri addım atmayaraq, “Savaş olacaqsa, olsun” deməsi bütün hesabları alt-üst etdi. İplər onsuz da gərgin idi, indi sanki qopdular…
Daha öncə dəfələrlə yazdım ki, belə qlobal səviyyəli bölüşmələr savaşsız olmaz. Koronavirus pandemiyası bunun silahsız modeli idi. Ancaq görünən odur ki, iki böyük güc də masaya gəlmir. Əllər tətikdə. Dünya bu qədər iqtisadi sıxıntılarla məşğulikən, digər tərəfdən də silahlı seçimin ortaya çıxması hər kəsi uçuruma doğru apara bilər.
ABŞ Honkonq məsələsini qaşıdığı üçün daxildə başı qaralarla dərdə girib. Hərbçilər küçələrə çıxdı. Şiddət getdikcə artır. Heç bir yerdə hüzur yoxdur. Bu durumun davam etdirilməsi mümkün deyil. Masa qurulmasa, nə olacağını kimsə təxmin edə bilməz. Bəllidir ki, dünya iki böyüyə dar gəlir. Heç bir ölkə bu mübarizədən kənarda qala bilməz. Təhlükə böyüyür. Həm də təxmin ediləndən daha böyük sürətlə…
Tərcümə: Strateq.az