Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Stalinin məşuqəsini zorlamaq istəyən nazirin aqibəti –Yaqodanı vəzifədən götürüb, sonra isə güllələyiblər

Adətən İosif Stalin əlamətdar günlərlə bağlı keçirilən tədbirlərin qeyri-rəsmi hissəsində Kreml məmurlarına sərbəstlik verib. Bu cür ziyafətlərdə dövlət rəsmiləri lətifə söyləməkdən, rəqs etməkdən, hətta arabir Stalinlə zarafatlaşmaqdan çəkinməyiblər. İçkinin təsirindən sonra yüksəkçinlilərin iç üzünü görmək üçün, Stalin özü qəsdən belə şərait yaradıb və qeyd edək ki, alkoqol çoxlarını Stalinə daha yaxından tanıtdırıb.

Yenixeber.org: 1936-cı ildə Kremldə keçirilən tədbirlərin birində də maraqlı hadisələr yaşanıb. Bayram ziyafətinə dövlət məmurları, yüksək vəzifəli hərbçilərlə yanaşı, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri də dəvət olunublar. Təbii ki, bu siyahıda həmişə olduğu kimi Stalinin məşuqəsi, xalq artisti, tanınmış aktrisa Vera Davıdova da olub.

Əvvəlki saylarımızda Stalinlə Vera Davıdovanın yaxın münasibətlərindən bəhs edən yazı təqdim etmişdik və qeyd etmişdik ki, Kreml məmurları bu münasibətdən xəbərdar olsalar da, onlardan bəziləri aktrisaya eşq elan etməkdən çəkinməyiblər, Sergey Kirovun, marşal Tuxaçevskinin Vera Davıdovaya olan sevgiləri isə daha ağır nəticələnib, qısqanc Stalin kimliyindən asılı olmayaraq sevimli aktrisasına görə ən ağır cəzaları tətbiq edib.

Aktrisanın güdazına gedən növbəti hədəf isə “NKVD” başçısı Henrix Yaqoda olub. Düzdür, rəsmi ittihamlarda bununla bağlı heç nə göstərilməyib, Yaqoda dövlətə xəyanətdə ittiham olunub, amma sözsüz ki, güllələnməyə məhkum olunanda, məhkəmə Stalinin “sevgi şərəfini” də nəzərə alıb.

Məhz, 1936-cı ildə keçirilən həmin tədbirdə Yaqoda Stalinin gözləri qarşısında aktrisaya hədsiz yaxınlıq nümayiş etdirib, onu bir neçə dəfə rəqsə dəvət edib, içkili vəziyyətdə olan komissar (nazir) sanki Stalinə acıq verirmiş kimi, Vera Davıdovaya süfrə arxasında xüsusi xidmət göstərib. Bu münasibət ziyafətdə iştirak edənlərin diqqətindən yayınmayıb. Georgi Malenkov fürsət tapan kimi aktrisaya yaxınlaşaraq ona xəbərdarlıq edib:

- Vera Aleksandrovna, siz bizim “narkom”la ehtiyatlı davranın. Onun qadınları ram etmək üçün xüsusi üsulları var. Bu eybəcər Yaqoda xoşu gəldiyi qadınları dərmanla təslim edir. Məndən sizə xəbərdarlıq, bunu nəzərə alın.

Həmin ziyafətdə Yaqoda aktrisanı xüsusi bir ekskursiyaya dəvət edib. Vera Davıdova hansı ekskursiyadan söhbət getdiyini soruşanda sərxoş Yaqoda bir cümlə ilə cavab verib:

- Bu sizin üçün sürpriz olacaq, əmin ola bilərsiniz.

Bu tədbirdən bir neçə gün sonra aktrisa teatrda məşqdən çıxdıqdan sonra avtomobilinə əyləşəndə, maşının içərisində üzü bağlı bir şəxs onu qucaqlamağa cəhd edib. Vera Davıdova sükan arxasına keçən sürücüyə səslənib:

- Milisə sürün, maşında bandit var!

- Vera Aleksandrovna, siz könüllü olaraq bizim idarəyə getmək istəyirsiniz.

Üzü bağlı olan şəxs Yaqoda olub. Komissar zarafatlarını davam etdirib:

- Bu mənim birinci sürprizimdir. İndi gedək ikinci sürprizi sizə göstərim. Mən sizə ekskursiya vəd etmişdim axı...

Aktrisa imtina etmək istəsə də, qorxunc Yaqodanın əlindən qurtara bilməyib və sonralar həmin hadisəni xatirələrində balə yada salıb:

“O, çox dəhşətli və qorxunc bir insan idi. Bu adamdan hər şey gözləmək olardı. Əlbəttə, onun bu “zarafat”larından Stalin xəbər tutsaydı, nələrin baş verəcəyini mən yaxşı bilirdim. Həmin gün mən məcbur qalıb onunla getdim. Təxminən 40 dəqiqəyə qədər maşınla yol getdik. Nəhayət, yaşayış olmayan böyük bir ərazidə hündür hasarları olan bir tikiliyə yaxınlaşdıq. Darvazalar dərhal açıldı, hərbi formada olan bir neçə şəxs qaçaraq onu qarşıladılar. Sonra biz içəri keçdik. Bura qadın həbsxanası idi. Yaqoda 3-cü kameranı açmağı əmr etdi. İçəridə təxminən 60-70 məhbus qadın var idi. O, kişiyə oxşayan nəzarətçi qadından kamerada neçə nəfərin saxlandığını soruşdu. Nəzarətçidən qabaq məhbuslardan biri cavab verdi:

- Vətəndaş rəis, 60 nəfərik. Göstəriş versəniz hamımız soyunub sizin qulluğunuzda dayana bilərik. Amma siz məni bəyənməzsiniz, mənim “srok”um keçib.

Bu cavab Yaqodanı qəzəbləndirdi və gözünün işarəsi ilə nəzarətçiyə mənim anlaya bilmədiym göstəriş verdi. Bir neçə qadın nəzarətçi kameraya daxil oldular və rezin dəyənəklə məhbusları döyməyə başladılar. Bir neçə dəqiqədən sonra Yaqoda onları dayandırdı, üzünü cavab verən məhbus qadına tutdu:

- İndi siz soyunub mənə göstərmək istədiyiniz qulluğu bir-birinizə edin.

Bax, bu olduqca dəhşətli mənzərə idi. Qadınlar soyunub bir-birlərinə darışdılar, vəhşi ehtiraslı hisslərini nümayiş etdirməyə başladılar. Nəzarətçi arabir dəmir parçası ilə onların çılpaq bədənlərinə elə zərbələr endirirdi ki, kameranın düşəməsi qırmızı qanla boyanırdı. Yaqoda isə bütün bunlara baxıb qəhqəhə ilə gülürdü. Mən artıq özümü saxlaya bilmirdim. Bunu hiss edən Yaqoda cibindən dərman çıxarıb mənə uzatdı:

- Bu əsəbləri sakitləşdirmək üçündür. Gərgin iş günlərində mən də bu dərmandan istifadə edirəm. Həkim məsləhət görüb.
Mən Malenkovun xəbərdarlığını xatırladım. Amma əgər dərmanı götürməsəydim, o, başqa yollara əl atacaqdı. Götürdüm və su xahiş etdim. Nəzarətçi su gətirməyə gedəndə onu kameranın qapısının qarşısında gözlədim. O qayıdana qədər fürsət tapıb həmin dərmanı çantamda olan ürək dərmanı ilə əvəz edə bildim. Suyu gətirdikdən sonra isə, Yaqodanın gözləri qarşısında öz dərmanımı qəbul etdim.

Sonra həbsxananın qadın rəisinin kabinetində bizə süfrə açdılar. Yaqoda o qədər içdi ki, özündə deyildi. Mənim maşınım teatrın qarşısında qalmışdı. Biz onun xidməti avtomobili ilə gəlmişdik. Yaqoda sürücüsünə əmr verdi ki, bizi onun bağ evinə aparsın. Bağ evinə çatanda hər şey hazır idi. Zəngin süfrə, böyük yataq, qızdırılmış hamam. İçəri girən kimi o, mənə hamama girməyi əmr etdi və özü süfrə arxasına keçib içməyə başladı. Kremlin massajçısı kimi tanınan Nataşa da bağda idi. O da soyunub mənimlə hamama girdi, bədənimi sığallamağa başladı:

- Yaqoda bu gecə cənnətə düşəcək. Sən onun sözündən çıxma. Belə vaxtlarda o, çox qəddar olur.

Mən artıq anlayırdım ki, heç nə edə bilməyəcəyəm, müqavimət göstərməyim mənasızdır. Yaqoda arada səndələyə-səndələyə hamama girdi:

- Qadınların öpüşməyindən zövq alıram. Siz məni bu zövqdən yəqin ki, məhrum etməyəcəksiniz.

Nataşa bu sözə bənd imiş kimi, məni yalamağa başladı. Mən onun əlindən çıxıb yataq otağına qaçdım. Qurulanıb geyinənə qədər o biri otaqdan Yaqodanın xorultusunun səsi eşidilirdi. Böyük zalda telefon var idi. Mən Vlasikə (Stalinin mühafizə xidmətinin rəisi) zəng vurdum. Alcaq səslə, qorxa-qorxa harada olmağımı söylədim.

Təxminən yarım saata qədər otağın güncünə sıxılıb gözlədim. Vlasik gəldi. Biz birbaşa Stalinin bağ evinə yollandıq. Kimsə artıq ona bizim qadın həbsxanasında olduğumuzu söyləmişdi. İçəri keçəndə soruşdu:

- O verdiyi dərmanı içdin?

- Xeyr

- Bu yaramazın artıq sonu çatıb.

Sonra Stalin mənə yaxınlaşdı, heç vaxt biruzə vermədiyi sevgi və mərhəmətlə məni köksünə sıxdı...”
Bu hadisələr ərəfəsində Yaqoda “NKVD”-dən uzaqlaşdırılaraq SSRİ rabitə komissarı vəzifəsinə təyin edilib. Bir ildən sonra isə o, həbs olunaraq məhkəmənin hökmü ilə ən ağır cəzaya, güllənməyə məhkum olunub.

Beləliklə də Stalin ona xəyanət edən daha bir məmurdan qurtulub. Qarşıda isə aktrisanı digər məmurların sevgi etirafları gözləyib. Bu haqda növbəti saylarımızda...(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam