Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavirus peyvəndi - insanlar üzərində təcrübə aparan ABŞ şirkəti:"İlkin nəticələr ümidvericidir"

 

ABŞ-da yerləşən Moderna adlı biotexnologiya şirkəti koronavirusla mübarizə aparmaq üçün təcrübə etdikləri peyvəndin insanların immunitetinə ciddi təsir göstərdiyini bildirib.

 Yenixeber.org: Moderna peyvənd təcrübələrində iştirak etmiş səkkiz nəfərdə virusu yararsız hala gətirən antitellərin tapıldığını bildirib.

Şirkət təcrübələrdə iştirak edənlərin immun sistemlərinin göstərdiyi reaksiyanın virusa yoluxub sağalanlarla oxşar xüsusiyyətlər kəsb etdiyini bildirib.

Peyvəndin infeksiyaya qarşı qoruyub-qorumadığının ortaya çıxması üçün daha geniş təcrübələrin aparılması iyul ayına planlaşdırılır.

Covid-19-a qarşı peyvənd tapılması cəhdləri sürətləndirilib. Dünya üzrə təxminən 80-ə yaxın qrup bu virusa qarşı peyvənd hazırlamağa çalışır.

Moderna 'mRNA-1273' adıyla insanlar üzərində peyvənd sınaqlarına başalayan ilk şirkətdir.

Peyvənd koronavirusun genetik kodunun kiçik bir parçasıdır, təcrübə zamanı şəxslərə həmin bu hissəcik yeridilir.

Bu peyvənd Covid-19 simptomlarına səbəb olmur, infeksiyanı yoluxdurma imkanlarına sahib deyil, o yalnız immun sisteminin fəaliyyətə başlamasına səbəb olur.

ABŞ-ın Beynəlxalq Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun həyata keçirdiyi sınaqlar peyvəndin insan bədənində koronavirusu təsirsiz vəziyyətə gətirən antitellər yaratmasında iştirak etdiyini göstərib.

Ancaq aparılmış 45 testdən 8-də bu antitellərin yarandığı müşahidə olunub.

Test yoxlamalarından keçən bəzilərinə az, digərlərinə orta, başqa bir qrupa isə yüksək miqdarda peyvənd vurulub. Ən yüksək miqdarda peyvənd vurulanlarda digərlərinə nisbətən daha çox əlavə təsirlər müşahidə olunub.

Moderna ən aşağı miqdarda peyvənd olunanlarda da Covid-19-dan sağalmış pasiyentlərdəki ilə eyni səviyyədə antitellərin müşahidə olunduğunu bildirib.

Araşdırmada peyvəndin güvənli olub-olmadığını anlamaq üçün birinci mərhələdəki təcrübə kateqoriyasında peyvəndin ikinci mərhələdə təsirli olub-olmamasına baxılır.

Peyvəndin insanları virusa qarşı qoruyub-qorumadığını aydınlaşdırmaq üçün daha ətraflı təcrübələrin aparılacağı bildirilir. Ancaq siçanlar üzərində aparılan təcrübə peyvəndin ağciyərlərdə bu virusun yenidən yaranmasına mane olduğunu müəyyənləşdirməyə kömək edib.

                                           "İyul ayında sınaqlara başlanacaq"

Modernanın baş tibbi rəsmisi cənab Tal Zaks "hələ tez olmasına rəğmən birinci mərhələdə mRNA-1273 peyvəndinin immunitetdə təbii yolla ötürülən infeksiyanın miqyasına təsir etdiyini" bildirib.

Cənab Zaks "Bu məlumatlar mRNA-1273-ün Covid-19 xəstəliyinin qarşısını alması istiqamətində inancımızı təsdiqləyir. Əsas təcrübələrdə doza miqdarı ilə bağlı təcrübələr aparmağa təkan verdiyini" deyib.

Moderna iyul ayında geniş miqyaslı təcrübələrin aparılacağını və peyvəndin beynəlxalq istifadəyə verilməsinin mümkünlüyünün araşdırmalarına başladıqlarını bəyan edib.

 Moderna Inc-dən cənab Stephen Hoge da peyvəndin nə vaxt istifadəsinə başlanacağı ilə bağlı bunları deyib:

"Məqsədimiz gələn ilin əvvəlində geniş istifadəyə verilə biləcək peyvəndi yaratmaqdır. Ancaq biz və peyvənd üzərində təcrübə aparan digərləri məlumatlar əldə etməyə başlayır və bu məlumatlar peyvəndin xeyirli və güvənli olduğunu sübut edərsə, peyvəndin yüksək risk qrupunda olanlara daha tez vurula biləcəyi mümkündür. Buna "xüsusi vəziyyətlərdə istifadə icazəsi" deyilir. Buna isə səlahiyyətli qurumlar, xüsusilə Amerika Qida və Dərman Administrasiyası qərar verəcək".

                                                           Oxford peyvəndi

Oxford Universitetinin hazırladığı peyvənd də insanlar üzərində sınaqdan keçirilir, lakin hələlik bu sınaqlardan bir nəticə alınmayıb.

Ancaq peyvəndin meymunlar üzərindəki sınaqlarının nəticələri barədə narahatlıqlar da ifadə olunub.

Sınaqlardan sonra peyvənd edilmiş heyvanlarda aşağı səviyyədə simptomlar müşahidə olunub və ağciyər iltihabına rast gəlinməyib. Ancaq onlar virusdan tamamilə qoruna bilməyiblər. Peyvənd olunmuş heyvanlarda tapılan simptomlar olmayan heyvanlardakı simptomlarla eyni səviyyədə olub.

Edinburg Universitetindən professor Eleanor Riley "Oxşar nəticələr insanlarda da müşahidə olunarsa, bu peyvənd xəstəliyə qarşı qismən müdafiə edir deməkdir və daha geniş kütlələrə yoluxma effektini azaldacaq təsiri yaratmır deməkdir" deyib.

Ancaq insanlarda yoxlama aparılmadıqca, peyvəndin necə bir təsirə malik olacağını təxmin etmək mümkünsüzdür.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam