Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çində - koronavirusa qarşı 3 peyvəndin sınaqlarına başlanılır

Çin hökuməti ölkədə hazırlanmış üç fərqli koronavirus peyvəndinin klinik sınaqlarının başlanmasına icazə verib.
Yenixeber.org: Bu barədə Çinin Elm və Texnika nazirliyi açıqlama verib: “Hazırda klinik sınaqlar üçün üç fərqli peyvənd artıq təsdiqlənib”.
Qeyd olunub ki, bunların arasında adenoviral vektora əsaslanan peyvəndin sınaqlarının birinci mərhələsi başa çatıb. Bildirilib ki, bu, dünyada 2-ci etap sınaqları başladılan ilk peyvəndir.
Aprelin 12-də isə Çin Elmlər Akedemiyasının Uhan Virusologiya İnstitutunun hazırladığı inaktiv peyvənd sınaqlarının başlanmasına Çinin Dövlət Qida və Dərman Administrasiyası tərəfindən icazə verilib. Həmçinin digər bir inaktiv peyvənd istehsalçısı sayılan Pekin şirkəti “Sinovac Research & Development Co” sınaqlar üçün razılıq əldə edib. Bununla Çində koronavirusa qarşı hazırlanmış 3 fərqli peyvəndin sınaqları bir il ərzində 3 mərhələdə həyata keçiriləcək.
Dünyaca məhşur çinli epidemioloq Çjun Nanşan qeyd edib ki, sınaqlarda iştirak etmiş könüllülər bir ildən iki ilə qədər müddətdə müşahidə olunacaq, lakin effektivlik müşahidə olunduğu təqdirdə bu müddət qısaldıla bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam