Pandemiya Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətsizliyini ortaya qoydu
Yenixeber.org: Bu gündən ölkədə elan edilmiş xüsusi karantin rejimi xeyli yumşaldılıb, qadağaların bir hissəsi aradan qaldırılıb. Amma bundan sonra vətəndaşların yeni qaydalarla yaşayacaqlarına şübhələr qalmaqdadır. Müşahidəçilərə görə, artıq hər şey əvvəlki kimi olmayacaq. Heç şübhəsiz, onu zaman göstərəcək. Amma pandemiyanın bir xeyri oldu ki, Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindəki reallıqlar ortaya çıxdı. Burada, xüsusilə əhalinin sosial müdafiəsi, təhsil, statistika sahələrində ortaya çıxan görkləri sadalamaq mümkündür.
Sahil Babayev dövlət başçısına verdiyi yanlış məlumatlara görə işsizlərin sayını azaltmaqla məşğuldur
Dövlət tərəfindən işsiz şəxslərə sosail dəstək proqramlarının tətbiqi zamanı məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz vətəndaşların qeydiyyata alınması sahəsində fəaliyyəti düzgün qurulmayıb. Belə ki, əvvəlcə guya Azərbaycanda cəmi 10 min nəfərin işsiz kimi qeydiyyatdan keçdiyi elan olundu, daha sonra bu kateqoriyadan olanların 100 min olduğunu, daha sonra 200 min olduğunu elan etdilər. Nəzərdə tutulan 190 manat yardımın həmin 200 min vətəndaşıa şamil olunması barədə açıqlamalar verdilər. Amma sonradan məlum oldu ki, bu qərəm 3 dəfə çoxdur. Dövlət başçısının birbaşa müdaxiləsi ilə 600 min nəfərə bu yardımın ayrılması plnalaşdırıldı. Bu zaman da Sahil Babayevin göstərişi ilə rəhbərlik etdiyi Nazirlik müxtəlif yollarla həmin yardımın ehtiyacı olan ailələrə çatmaması üçün xüsusi, saxta və süni əngəllər yaratmağa başladı.İşsizlərin sayının 600 minə çatması onların indiyə qədər dövlət başçısına yalan məlumat verdiklərini ortaya çıxarırdı. Ona görə də məlum nazilrik və tabeliyindəki qurumlar bu rəqəmin müxtəlif yollarla aşağı salınması üçün cəhdlərə baş vurdular.
Azərbaycanda işsizlərin, aztəminatlı və həssas təbəqələrin dəqiq müəyyənləşdirilməməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları ilə yanaşı, günahkarlardan birinin də Dövlət Statsitika Komitəsi olduğu mütləq qeyd edilməlidir.
Ona görə ki, bu komitə öz işi məşğul olsaydı və işini düzgün qursaydı hazırda dövlətin əlində əhalinin haqqında tam və dəqiq məlumatlar olmalıydı.
Ən azı ona görə ki, ötən ilin oktyabrında Azərbaycan əhalisinin növbəti siyahıyaalınması həyata keçirilib. Yəni həmin Komitəinin elan etdiyi sorğu və anket sənədləri düzgün tərtib edilsəydi, daha dəqiqi həqiqətən siyahıyalınma həyata keçirilsəydi, əhalinin bütün təbəqləri haqqında dəqiq məlumat əldə edilə və işsizlərin gerçək sayı da müəyyənləşə bilərdi.
Baş tutmayan siyahıyaalınmaya görə Tahir Budaqov istefa verməlidir
Hamıya məlumdur ki, həmin siyahıyaalınma əslində baş tutmamışdı. İki həftə ərzində aparılan siyahıyaalınma zamanı ümumi müşahidələrdən məlum olub ki, əhalinin cəmi 5 faizi belə prosedura uyğun olaraq siyahıya alınmayıb.
Halbuki müstəqil Azərbaycan tarixində sayca 3-cü olan bu siyahıyaalma zamanı BMT-nin tövsiyələrinə əsasən, Azərbaycanda ilk dəfə siyahıyaalınma prosesində həm mənzil fondu, həm də əhalinin sayının siyahıya alınması nəzərdə tutulmuş, sorğu vərəqəsində 46, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdı. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə dair ətraflı məlumatların əldə olunmasını nəzərdə tuturdu. Sorğu vərəqəsi isə siyahıya alınan hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik mənsubiyyəti, ailə vəziyyəti ilə yanaşı, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaqdı. DSK elan etmişdi ki, ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması haqqında sənədlər 2019-cu ilin sonunadək DSK Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi başa çatmalıydı. Həmin proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvarından etibarən həmin məlumatların DSK-da xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməli idi. Qurumun məlumatına görə, artıq siyahıyalmanın nəticələri məlum olub. Amma…
Qeyd edildiyi kimi, əslində bu proses saxta və yarımçıq olduğu üçün elektron informasiya sisteminə daxil edilsə belə, əhali haqqında tam və təfərrüatlı məlumat vermək səviyyəsində olmadı. Nəticə isə göz qabağındadır: hələ də ölkədə əsl işsiz vətəndaşların sayı dəqiq müəyyənləşdirilməyib.
Halbuki bu siyahıyalınma üçün dövlət büdcəsində xeyli vəsait xərclənib, Komitənin sədri Tahir Budaqov şəxsən məlumat vermişdi ki, siyahıyalınma üçün cəlb edilən şəxslərə əməkhaqı müəyyənləşdirimiş, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat, onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödənilib. Ümumiyyətlə, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfər olub. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılar olub. Bu şəxslərə ümumilikdə 21 353 740 manat xidmət haqqı ödənilib.
Bu rəqəm təkcə siyahıyalınma cəlb edilənlərin əməkhaqqı üçün ayrılan vəsait deyilidi. Ümumi olaraq siyahıaylnmaya dövlət büdcəsindən xeyli vəsaiti xərclənsə də, mütəşəkkil və düzgün siyahıyalınma keçirilməməsi ucbatından hazırda ölkədə əhalinin dəqiq məlumat formalaşmayıb. Son nəticədə bu yarıtmaz fəaliyyət dövlətdən dəstək ala bilməyən minlərlə vətəndaşın hökumətdən, dövlət başçısından narazı olmasına gətirib çıxarıb.
Ona görə də Tahir Budaqov bu yartmaz fəaliyyətinə görə yaranmış vəziyyətə cavabdeh olan şəxs olduğuna, dövlət vəsaitini havayı yerə göyə sovurduğuna görə istefa verməli idi. Bunu bacarmırsa, onun layiq olmadığı halda oturduğu vəzifədən kənarlaşdırılması vaxtı yetışməyibmi? Bu sual pandemiya dövründə fəaliyyətinin yarıtmazlığı ortaya çıxan digər vəzifəli şəxslərə də aiddir…(aztoday)
Orxan Məmmədli