Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sahil Babayev Hidayət Abdullayevin yeznəsini himayə edir... -QANUNLARI POZARAQ...

Sahil Babayev Hidayət Abdullayevin yeznəsini himayə edir...
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin yaxın adamlarının vəzifəyə təyinatı yuxarı dairələrdə müsbət qarşılanmayıb. Xüsusilə nazirliyin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşı İsmayıl İsrafilovun ƏƏSMN-nin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edilməsi narazılıq yaradıb.
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir.

Xəbərdə daha sonra bildirilir: "Buna baxmayaraq, nazir Sahil Babayev İ.İsrafilovu vəzifəsində saxlayıb. Bu isə dövlət qulluğu ilə bağlı qanunvericiliyə ziddir. Çünki nazirlikdə tikinti məsələləri bilavasitə Aparat rəhbərinin nəzarətindədir. Bu baxımdan qeyd olunan sahədə şəffaflığın olması ciddi şübhələr doğurmaya bilməz.

Qeyd edək ki, Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə yaradılıb".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam