Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavirus üçün dərmanlar: ÜST nə təklif edir?

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Həmrəylik” adlı antikoronavirus dərmanlarının qlobal sınaqını elan etdi. Alimlər sınaq üçün mövcud olan onlarla dərmanı təklif etdilər, lakin ÜST ən perspektivli dörd müalicəyə diqqət yetirməyə qərar verdi.

Yenixeber.org: Bu barədə məlumat hazırlamışıq:

                                   Görünməmiş tədqiqat

Yeni dərmanlar hazırlamaq üçün vaxt itirməməkdən ötrü tədqiqatçılar və ictimai səhiyyə orqanları, digər xəstəliklərin müalicəsi üçün artıq təsdiqlənmiş və təhlükəsiz hesab edilən maddələri yoxlamaq qərarına gəldilər.

Təsdiqlənməmiş dərmanlar da sınaqdan keçirilir. Hansı ki, onlar bu əsrdə heyvanlarda aşkar edilən iki ölümcül sindromun (SARS – şiddətli kəskin tənəffüs sindromu, MERS – Orta Şərq tənəffüs sindromu) müalicəsi zamanı sınaqdan keçirilib.

Pandemiya fonunda etibarlı toplanan elmi məlumatlar tez bir zamanda nüfuzlu “Science” jurnalında dərc olunub. Tədqiqat metodu onlarla ölkədə minlərlə xəstəni əhatə edəcəkdir.

Koronavirusa yoluxanların15 faizində COVID-19 xəstəliyi ciddi simptoma malikdir. Bununla birlikdə, SARS-CoV-2-ni məhv edə bilən dərman tibb işçiləri və yoluxma riski yüksək olan insanlar (yaşlılar və xroniki xəstəlikləri olan insanlar) üçün də istifadə edilə bilər.

Koronavirus peyvəndini nə vaxt gözləyək?

Dərman tapmağın əhəmiyyəti reanimasiyadakı kritik xəstəxana yataqlarında müalicə müddətinin qısaldılması baxımından da əhəmiyyətlidir. Bildiyiniz kimi bütün ölkələrdə ağır COVID-19 olan xəstələr üçün zəruri olan mexaniki havalandırma cihazlarının çatışmazlığı var.

Ümumdünya Səhiyyə Təşkilatı ən perspektivli müalicə üsulları üçün dörd seçim etdi: eksperimental virusa qarşı dərman Remdesivir; malyariya qarşı dərman – Xloroxin və Hydroxychloroquine; anti-HİV dərmanlarının Lopinavir və Ritonavir qarışığı; İnterferon-beta.

Eyni zamanda, Çində anti-HİV dərmanlarının koronavirus xəstələri üzərində araşdırmasının uğursuz olduğu deyilir, lakin ÜST araşdırmanın düz olduğundan əmindir.

Qlobal Həmrəylik Tədqiqatı qızıl standart kimi tanınan texnikadan gözübağlı istifadə etmir, çünki təcrübədə iştirak edən xəstə dərman qəbul etməyinin fərqində olacaqdır.

ÜST-ün əməkdaşı Ana Maria Enao Restrepo qeyd edib ki, dərmanlar xəstələrin müalicəsi üçün kifayət qədərdir.(konkret)

Babək Göyüş


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam