Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

"Karantin rejimlərinin ləğvi virusu yenidən alovlandıra bilər"-ÜST-dən açıqlama

 

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun uzun müddət "bizimlə olacağını" bildirərək, "onunla mübarizədə rahatlaşmamaq" xəbərdarlığını edib.

Yenixeber.org: Qurumun sədri Tedros Adhanom Ghebreyesus Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerikada Covid-19 yoluxmaları ilə bağlı tendensiyaların artdığını deyib.

O bildirib ki, karantin rejimlərini ləğv etmək infeksiyanın yenidən başlamasına səbəb ola bilər.

Cənab Tedros ÜST-ün pandemiya ilə mübarizə tərzini də müdafiə edib.

O, BMT-nin dünyanı Covid-19-la bağlı "yetəri qədər erkən" xəbərdar etdiyinə inandığını söyləyib.

"Geriyə baxanda düşünürəm ki, təcili vəziyyəti vaxtında elan etdik və dünyanın cavab verməyə vaxtı çatdı", - cənab Tedros Cenevrədə gündəlik brifinqdə bildirib.

ÜST Covid-19-u yanvarın 30-da "beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti" elan edib və martın 11-də xəstəliyi pandemiya adlandırıb.

Bir sıra hökumətlər qurumun fəaliyyətini təqdir etsə də, cənab Tedros xüsusən də ABŞ-ın bir sıra siyasətçiləri tərəfindən böhranla əlaqədar istefa çağırışları ilə üzləşib.

İstefası ilə bağlı çağırışlar barədə soruşulduqda, o, insanları qurtarmaq üçün "gecə-gündüz" çalışacağını söyləyib.

ABŞ-ın Johns Hopkins Universitetinə görə, dünyada Covid-19-a yoluxma sayı 2,6 milyon, yoluxma nəticəsində ölüm sayı isə 181 mindən çoxdur.

                                                ÜST nə deyib?

Cənab Tedros "Qərbi Avropada pandemiyanın sabitləşməsi və ya azalmaya doğru istiqamətlənməsi müşahidə olunsa da, bir çox ölkələr üçün xəstəliyin yeni başladığını" söyləyib.

"Erkən pandemiyadan təsirlənmiş bəzi (ölkələrdə) indi yoluxmalarda yenidən canlanma başlayıb", - cənab Tedros əlavə edib.

"Səhv etmək olmaz. Yolumuz uzundur. Bu virus uzun müddət bizimlə olacaq".

Daha sonra qurum rəhbəri "bir çox ölkələrdə evdə qalma əmrləri və digər fiziki uzaqlaşdırma tədbirlərinin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulasa da, virusun olduqca təhlükəli olaraq qaldığını" bir daha xatırladıb.

"İlkin dəlillər dünya əhalisinin əksəriyyətinin həssas qaldığını göstərir. Bu da o deməkdir ki, epidemiya asanlıqla yenidən baş qaldıra bilər. İndi qarşılaşdığımız ən böyük təhlükələrdən biri də inamsızlıqdır," - o əlavə edib.

Brifinqdə onunla birgə çıxış edən ÜST-ün icraçı direktoru Mike Ryan geniş idman tədbirlərinin davam etdirilməsi üçün ictimaiyyət və hökumətlər arasında "yeni sosial müqavilə" bağlanmalı olduğunu deyib.

O, həmçinin insanların "sıfır risk kimi bir vəziyyətin olmadığını" qəbul etmək məcburiyyətində qalacaqlarını da vurğulayıb.

Bundan əvvəl İngiltərə hökumətinin baş həkim müşaviri professor Chris Whitty İngiltərənin bundan sonra ən azı ilin qalan hissəsi üçün bəzi pozucu sosial tədbirlərlə yaşamalı olacağını xəbərdar edib.

Professor Chris Whitty həyatın qəfildən normala dönəcəyini gözləməyin "tamamilə qeyri-real" olduğunu deyib.

                                      ÜST hansı tənqidlə üzləşib?

Ötən həftə ABŞ Prezidenti Donald Trump ölkəsinin ÜST-ü maliyyələşdirməsini dayandıracağını, ötən ilin sonunda Çində meydana çıxdıqdan sonra qurumu koronavirusun yayılmasını ört-basdır etməkdə ittiham edib.

ÜST-ün baş vermiş hadisəyə reaksiya verməsinin nəzarət altına alınması ilk dəfə deyil.

Mart ayında ÜST-nın yüksək rütbəli məmuru Tayvanın koronavirusla bağlı məsələyə reaksiyasını müzakirəyə çıxarmaqdan imtina etdikdən sonra bu qurum Çinin qeyri-qanuni təsiri altında olmaqda günahlandırıldı

Bəzi səhiyyə mütəxəssisləri ÜST-ün üz maskaları ilə bağlı göstərişlərinin insanların çaşqınlığına səbəb olduğunu da bildirirlər.

Çərşənbə axşamı günü ABŞ dövlət katibi Mayk Pompeo Çin və ÜST-ün ünvanına olan tənqidləri təkrarlayıb.

O, "biz Çin Kommunist Partiyasının yeni koronavirusun baş verməsi barədə ÜST-ə vaxtında məlumat vermədiyinə inanırıq" deyib.

Mayk Pompeo əlavə edib ki, "ÜST-ün tənzimləmə qolu bu pandemiya zamanı açıq şəkildə uğursuz olub".

"Şəffaflıq və onu düzgün əldə etmək, insanların həyatını xilas etmək üçün vacibdir,"- cənab Pompeo vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam