Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çar şəhərinin üçüncü adı –Xruşov onu Volqoqrad etmək üçün əziyyət çəkib, müqavimətlə üzləşib

 

1920-ci illərdən başlayaraq SSRİ-də şəhər, rayon və qəsəbələrə, iri sənaye müəssisələrinə, zavod və fabriklərə, ali təhsil və mədəniyyət ocaqlarına tanınmış dövlət xadimlərinin adlarının verilməsi ənənə halına çevrilib.

Yenixeber.org: Ölkədə Leninin adını daşıyan minlərlə yaşayış məntəqəsi və müəssisə olub. O cümlədən İosif Stalin adı da ölkə xəritəsində öz əksini tapıb. Donetsk Stalino, Düşənbə Stalinabad, Novokuznetsk Stalinska, Sxinvali Staliniri adını daşıyıb. 

1925-ci ildə isə Tsaritsının tarixi adı dəyişilərək şəhərə “xalqlar atası”nın şərəfinə Stalinqrad adı verilib. Stalin bu şəhərə onun adının verilməsindən “narazı” olsa da, yerli icraiyyə komitəsinin ümumi yığıncağında qəbul olunmuş qərarın təsdiqindən imtina etməyib. Qərarda yeni adın qoyulması vətəndaş müharibəsi zamanı Stalinin bu şəhərdəki müstəsna xidmətləri ilə əsaslandırılıb. Beləliklə də, 1925-ci ildən Tsaritsın Satalinqrad adlandırılıb.

SSRİ-də tarixi yer adlarının dəyişdirilməsi nə qədər sürətlə gedibsə, elə həmin sürətlə də yeni adların silinməsi prosesi baş verib. O cümlədən Stalinqradın adı da silinib, amma bu proses sürətlə getməyib, çətinliklə baş tutub.

Məlum olduğu kimi, Nikita Xruşov hakimiyyətə gəldikdən sonra Stalinin 30 illik rəhbərliyinin və siyasi fəaliyyətinin üstündən xətt çəkmək üçün bütün var gücündən istifadə edib. Xruşov həmçinin Stalinqradın adının dəyişməsi üçün də xeyli “əziyyət” çəkib.

Hələ məsələni rəsmi müstəviyə gətirməzdən öncə Xruşovun Siyasi Büro üzvləri ilə qeyri-rəsmi söhbəti olub.

Vyaçeslav Molotov Stalinqradın adının dəyişdirilməsinə qəti etirazını bildirib. Molotov sonralar yazdığı memuarlarında bu məsləyə də toxunub:

“Nikita Xruşovun Stalinə qarşı bu cür münasibəti qisas xarakterli idi. Əgər bu hadisələr Stalinin sağlığında baş versəydi, mən bunu siyasi mübarizə adlandırardım. Amma ölmüş bir adama qarşı bu dərəcədə aqressiv olmaq kənardan çox iyrənc görünürdü. Xruşov Stalinin adını hər yerdən silmək istəyirdi. Stalinqradın adının dəyişdirilməsi haqqında fikirlərini o, ilk dəfə 1956-cı ildə, mayın 1-də dilinə gətirdi. Biz hamımız qeyri-rəsmi şəraitdə ziyafətə toplaşmışdıq. O, həmişə olduğu kimi, yenə də az qala qışqıraraq danışırdı. Mən dərhal ona öz etirazımı bildirdim, o isə mənim fikirlərimi yarımşıq qoydu, gülərək dedi ki, xalqın tələbi, istəyi sizin fikirlərinizdən üstündür, xalq necə istəyəcəksə, biz də elə qərar çıxaracağıq...”

Həmin ərəfədə SSRİ Nazirlər Sovetinin sədri olan, keçmiş müdafiə naziri Nikolay Bulqanin isə məsələyə bu cür münasibət bildirib və hətta təklif də verib:

“Bəli, biz xalqın iradəsinə zidd gedə bilmərik. Stalinqrad döyüşləri zamanı qəhrəmanlıq göstərən sərkərdələrimizin birinin adını bu şəhərə vermək olar. Axı Stalinin həmin əməliyyatlarda heç biri rolu olmayıb...”

Bulqaninin bu fikirlərinə marşal Georgi Jukov sərt reaksiya verib:

“Hamınız yaxşı bilirsiniz ki, Stalinqrad döyüşləri müharibənin gedişini dəyişib, məhz bu döyüşlərdə Vermaxt ilk dəfə olaraq öz gələcək məğlubiyyətini hiss edib. Və Stalinqrad uğrunda gedən döyüşlərdəki qələbəmizdə Stalinin əvəzsiz xidmətləri olub, bu danılmaz faktdır. Yoldaş Bulqanin, bəlkə siz özünüzü həmin döyüşlərin qəhrəman sərkərdələrindən biri sayırsınız? Mən xahiş edirəm, belə həssas məsələlərdə fikirlərinizi ifadə edərkən məntiqə söykənin...”

Anastas Mikoyan ad dəyişilməsi məsələsinin əvvəlcə Mərkəzi Komitənin iclasında müzakirə edilməsini, daha sonra isə plenuma çıxarılmasını təklif edib. Yəni dolayısı ilə Xruşovu dəstəkləyib.

Nikita Xruşov 1956-cı ildə Mərkəzi Komitənin iclasında Stalinqradın adının dəyişdirilməsi ilə bağlı məsələni səsə qoyub. Səs vermək hüququ olanlardan 78 faizi Xruşovun əleyhinə gedib.

Xruşov bir neçə il bu məsələyə qayıtmayıb. 1961-ci ildə Stalinqradın adının dəyişdirilməsi yenidən gündəmə gəlib. Bu dəfə də Xruşovun arzusunun əleyhinə çıxanların sayı çox olub. Ştalinqradda ayrı-ayrı müəssisələrdə məsələ ilə bağlı 472 dəfə yığıncaq keçirilib. Bu toplantıların təxminən 80 faizində şəhərin adının dəyişdirilməsini məqbul saymayıblar. Hətta ali təhsil ocaqlarında etiraz əlaməti olaraq aksiyalar da planlaşdırılıb.

Bütün bunlara baxmayaraq, Xruşov çıxış yolu tapıb. O, şəhər sakinlərinin rəyini nəzərə almadan məsələni birbaşa Kremldə həll etməyə qərar verib.

1961-ci ildə partiyanın 22-ci qurultayında Stalinin nəşinin Mavzoleydən çıxarılması məsələsinin müsbət həllindən iki həftə sonra Xruşovun göstərişi ilə Rusiya Nazirlər Soveti heç bir əsaslandırması və izahı olmadan Stalinqrad vilayət və şəhərinin adının dəyişdirilməsi ilə bağlı qərar çıxarıb. Bununla da həm vilayət, həm də şəhərin adı dəyişdirilərək Volqoqrad adını alıb. O cümlədən şəhərdə Stalinin adını daşıyan müəssisə, mədəniyyət və təhsil ocaqlarının adları da dəyişdirilib. Şəhərdə Stalinə ucaldılmış uzunluğu 57 metr olan abidə isə gecə ikən götürülüb.

Beləliklə, Xruşov ölü Stalindən növbəti qisasını alıb.

Qeyd edək ki, 2000-ci illərdə Volqoqradın adının dəyişdirilərək yenidən Stalinqrad qoyulması məsələsi dəfələrlə gündəmə gəlib. Tarixçilərin qənaətinə görə, bu şəhər məhz Stalinqrad adı ilə dünyada tanınır, o cümlədən bötövlükdə II dünya müharibəsinin tarixinə Stalinqrad döyüşləri ən yadda qalan hadisə və tarixi bir fakt kimi yazılıb. Buna görə də bir çoxlarının fikrinə görə, şəhərə Stalinqrad adının qaytarılması məqsədəuyğun sayılır. Sosial şəbəkələrdəki rəylərə görə şəhərə Stalinqrad adının qaytarılmasını istəyənlərin sayı getdikcə artır.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam