Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Məmurların cavabdehlik prinsipindən xəbəri yoxdur"-"İdarəetmə mexanizmində ciddi dəyişiklik edilməlidir"

 "Prezidentin Fərmanlarının həyata keçirilməsində “öz fəaliyyət” hallarına rast gəlinir və bu haqlı olaraq narazılıq yaradır"

Yenixeber.org: Son zamanlar davam edən məlum kadr və iqtisadi islahatlarla bağlı yenixeber.org-un suallarını Azərbaycan Təkamül partiyasının sədri Teyyub Qənioğlu cavablandırdı:

Teyyub bəy! Son zamanlar dövlət idarə etmə strukturlarda çalışan yaşlı məmurların cavan kadrlarla əvəz edilməsi zərurətindən çox danışılır, bu istiqamətdə müəyyən addımlar da atılıb və bəzi yaşlı məmurların istefasının da şahidi olduq. Sizcə, baş verənləri kadar islahatı kimi qəbul etmək olarmı?

Yaşlı kadrların daha cavan, enerjili, yenilikçi, islahatlara meyilli kadrlarla əvəz edilməsi təbii qəbul edilməlidir. Ancaq “gəncdir” deyə kimisə yüksək vəzifəyə gətimək bir çox hallarda özünü doğrultmur. Kiminsə qohumu, yaxını olduğuna görə yox, yüksək intelletual qabiliyyətə, dünyagörüşə, rəhbərliyə gətiriləcək sahədə müvafiq biliyə və təcrübəyə malik olan gənclər irəli çəkilməlidir. Cavan olmaq hələ islahatçı, yenilikçi olmaq, yaşlı olmaq isə - bu keyfiyyətlərə malik olmamaq anlamına gəlmir. Son zamanlar bir neçə nazirliyə yeni, gənc insanlar təyin edilib. Ancaq, müəyyən uğurlara baxmayaraq, onların fəaliyyətində hələ ciddi dönüşlərin şahidi olmamışıq. Ona görə də, baş verənləri kadr islahatı yox, kadr dəyişikliyi adlandırmaq daha döğru olardı. Məsələ ondadır ki, kadr dəyişikliyi etməklə ciddi uğurlar qazanmaq çox vaxt mümkün olmur. Ona görə də, kadr dəyişikliyi ilə yanaşı, idarəetmə mexanizmində də dəyişikliklər edilməlidir. Ən əsası, kadrlardan cavabdehlik tələb edilməlidir. Bu gün məmurların mütləq əksəriyyətinin cavabdehlik prinsipindən xəbəri yoxdur, varsa da, ona əməl etmirlər. Çünki etdikləri qeyri-qanuni hərəkətlərinə görə cavab sorulmayacaqlarına əmindirlər. Son zanamlar fəaliyyətlərində ciddi qanun pozuntularına yol verdiklərinə görə bir neçə nazirlər vəzifələrindən azad edilib. Ancaq onların hansı əməllərinə görə qanun qarşısında cavab verib? Fəaliyyətdə olan məmurlar məgər bunu görmür? Görürlər və ona görə də istədiklərini edirlər. Belə məmurların fəaliyyəti vətəndaşların dövlətdən narazılığına səbəb olur. Bunun qarşısının alınması üçün idarəetmə mexanizmində ciddi dəyişikliyin edilməsinə və məmur özbaşınalığına son qoyulmasına nail olmaq lazımdır.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanları ilə 2019-cu ildə iki dəfə minimum əmək pensiyalarının və minimum əmək haqqının məbləğində artımlar tətbiq edilib. Bunlarla yanaşı, müxtəlif kateqoriyalradan olan işçilərin də əmək haqları müxtəlif faizlərlə qaldırılıb. Sizcə bu artımları nə dərəcədə mütərəqqi hesab etmək olar?

Minimimum əmək pensiyalarının məbləğinin 200 manata, minimum əmək haqqının 250 manata qaldırılması, təbbi ki, təqdirəlayiqdir. Nəticədə minimum əmək pensiyalarının nominal məbləği ilin əvvəlindəki 110 manatla müqayisədə 81.8%, minimum əmək haqqının nominal məbləği isə ilin əvvəlindəki 120 manatla müqayisədə 2.1 dəfə artıb. Göründüyü kimi, faiz etibarı ilə artımlar kifayət qədər yüksəkdir. Ancaq istehlak mallarının və xidmətlərinin qiymətlərinin, kommunal xərclərin bu günkü vəziyyəti ilə müqayisə edilərsə, 200 və 250 manatın real alıcılıq qabiliyyyətinin çox aşağı olduğunu söyləmək olar. Bu məbləğlərlə normal yaşamaq və fəaliyyət göstərmək böyük fədakarlıq tələb edir. Ona görə hesab edirik ki, qeyd edilən istiqamətlərdə daha yüksək faizlə artımlara ehtuyac var və biz bunu gözləyirik.

Təəssüf ki, müəyyən uğurlara baxmayaraq, hələ də pensiya islahatları, pensiya təminatı ilə bağlı islahatların həyata keçirilməsində müəyyən qüsurlar qalmaqdadır. Məsələn, 2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliyə görə, həmin ilin iyul ayının 1-dən əmək pensiyasının baza hissəsi və yaxud əmək pensiyasının birinci pilləsi ləgv edilib.Yəni, qanunun tətbiq edildiyi tarixdən sonra əmək pensiyası hüququ əldə edən ölkə vətəndaşları üçün pensiya məbləğinin, əsasən dövlət büdcəsi olmaqla, digər mənbələrdən maliyyələşməsi həyata keçirilməyəcək. Pensiya məbləği vətəndaşın fərdi yığımları və künüllü yığım hissəsi hesabına formalaşacaq. Məqsəd pensiya təminatının fərdlər hesabına maliyyələşməsinə nail olmaq yolu ilə dövlət büdcəsinin xərc yükünü azaltmaq və müxtəlif iqtisadi fuksiyalara uyğunluğu təmin etməkdir. Ancaq baxın görək reallıqda nə alınır. Qeyd edilən Qanunun tələblərinə görə 2019-cu ilin oktyabr ayının 1-də sonra pensiya yaşı çatmış vətəndaşın pensiya alması üçün ya minimun 25 il əmək stajı, yaxud da, fərdi uçot sistemində 28800 manatlıq pensiya kapitalı olmalıdır!? Bu tələbləri ödəməyən vətəndaşlar əmək pensiyası ala bilməyəcəklər!? Bəs onlar hansı vəsait hesabına yaşamalıdırlar? Əvvəllər 120 manat, bu gün 250 manat alan işçi fərdi uçot sistemində 28800 manat kapital yığa bilərmi? Tutaq ki, yığa bilmədi, məsələn cəmi 15000 manat topladı. Bu 15000 manatın taleyi necə olacaq, o, həmin işçiyə qaytarılacaqmı, qaytarılmayacaqsa-nə üçün? Axı bu işçinin halal zəhməti ilə qazandığı puldur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklərin edilməsinə ciddi ehtiyac vardır.

Təəssüf ki, əmək haqlarının artırılması ilə bağlı Prezidentin Fərmanlarının həyata keçirilməsində “öz fəaliyyət” hallarına rast gəlinir və bu haqlı olaraq işçilər arasında narazılıq yaradır. Bir qayda olaraq əmək haqlarının qaldırılması ilə bağlı Fərmanlarda Prezident əmək haqlarının bəlli tarixlərdən orta hesabla müəyyən fəaizlər üzrə qaldırılması ilə bağlı göstərişlər verir. Əmək haqqının “orta hesabla” qaldırılması bəzi məmurlara geniş manipulyasiya imkanı verir- kimə hansı faizlə istəyir o faizlə də əmək haqqını qaldırırlar. Nəticədə bəzi müəssisə rəhbərləri Przidentin göstərişlərinə öz bildikləri kimi əməl edirlər, hətta onu pozmaqdan, ona “düzəliş etməkdən” belə çəkinmirlər. Məsələn, Prezident 2019-cu ilin sentyabr ayının 1-dən etibarən müəllimlərin əmək haqlarının orta hesabla 20.0% artırılması ilə bağlı Fərman verib. Təhsil Naziri Ceyhun Bayramov nazirlikdə keçidiyi müşavirədə bunu bir daha ali məktəb rektorlarının nəzərinə çatdırıb və müvafiq göstərişini verib. Buna uyğun olaraq ali məktəblərdə müəllimlərin əmək haqları sentyabir ayının 1-dən artırılsa da, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Prezidentin Fərmanına zidd olaraq, müxtəlif bəhanələrlə, oktyabr ayının 1-dən artırılıb!? Bu qəbildən olan məmurlar nəzərə almırlar ki (bəlkə də qəsdən edirlər), belə “fəaliyyət” vətəndalarların dövlətdən narazılığına rəvac verir.

Son illər ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədi ilə iqtisadi islahatların dərinləşdirilməsindən çox danışılır. Bəs reallıqda vəziyyət necədir?

Bilirsiniz ki, neft tükənən təbii sərvətdir. Ona görə də, ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, gələcəkdə aradan qaldırılması istiqamətində siyasətin yürüdülməsini döğru hesab edirik. Bu istiqamətdə çoxsaylı qərarlar, Prrezident Fərmanları, Yol Xəritələri qəbul edilib, regionların inkişafına dair bir sıra Dövlət Proqramları həyata keçirilib. Ancaq təəsüf ki, bu istiqamətdə real irəliləyişlər hələ də baş verməyib. Bunun bir sıra səbəbləri vardır. Ancaq, fikrimcə, bunun başlıca səbəbləri məmurların öhdəliklərinə düşən fəzifələri layiqincə yerinə yetirməmələri, cavabdehlik prinsipindən uzaq olmaları, etdikləri qüsurlara görə cəlandırılmayacaqlarına əmin olmaları, eləcə də, ölkəmizdə məmur sahibkarlığının tuğyan etməsi, inhisarçılığın həddini aşması və onun başında da məhz yüksək vəzifəli məmurların durması ilə birbaşa əlaqədardır. Görünən odur ki, iqtisadi islahatları həyata keçirməyə cavabdeh olan məmurlar bunun onların şəxsi biznesinə ciddi zərbə vura biləcinə əmin olduqlarından hər veclə ona mane olurlar. Prezidentin son çıxışlarından göründüyü kimi, artıq o da bunun fərqindədir.

Məlumdur ki, 2003-cü ildən etibarən hər il Dünya Bankının təşəbbüsü ilə “Doing Business” layihəsi çərçivəsində dünyanın 190 ölkəsində biznes fəaliyyətinin tənzimlənməsi şərtlərini dinamikada müqayisə etmək üçün hərtərəfli kəmiyyət məlumatları toplanılır, təhlil edilir və bir qayda olaraq, payızda müvafiq hesabat təqdim edilir. Bununla da "Doing Business" layihəsi ölkələri biznes fəaliyyətini daha səmərəli tənzimləməyə təşviq edir, islahatlar üçün ölçülə bilən təlimatlar verir. “Doing Business 2020” hesabatı 24 oktyabr 2019-cu ildə nəşr edilmişdir.Bu hesabatda “biznesə başlamaq” indikatoru üzrə Azərbaycan 2019-cu ildəki kimi 9-cu yerdə qalmış, “kredit almaq” indikatoru üzrə 2019-cu ildəki 22-ci yerdən 1-ci yerədək yüksəlmişdir. Bununla yanaşı, ölkəmiz “mülkiyyətin qeydiyyatı” indikatoru üzrə 44-cü yerdə, “elektrik şəbəkəyə qoşulma” indikatoru üzrə-80-cı yerdə, “beynəlxalq ticarət” indikatoru üzrə-83-cü yerdə, “sərmayələrin qorunması”indikatoru üzrə 105-ci yerdə və s. qərarlaşmışdır. Nəticədə, bu il ölkəmiz bütövlükdə biznesin asanlaşdırılması indeksi üzrə reytinqdə ötən ilkinə nisbətən 9 bal geriləmiş və 190 ölkə arasında 34-cü yerdə (ötən il 25 –ci yerdə idi) qərarlaşmışdır. Göründüyü kimi, həyata keçirilməsi nəzərdə tutulan islahatlar bütövlükdə gözlənilən nəticələri verməmişdir. Və yəqin ki, bunun əsas səbəbləri yuxarıda qeyd edilənlərlə bağlıdır. Hər şeydən görünür ki, ölkəmizdə iqtisadi islahatların aparılmasında ən çox maraqlı olan Prezident olsa da, onun mövcud komandası yetərincə istəkli görünmür.

Milli Şura noyabrın 2-də mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və bu quruma yenə də, Lökbatan qəsəbəsində yerləşən "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında mitinq keçirməyə icazə verilsə də, Milli Şura imtina edib və “28 may“ metrosunun önündə mitinq keçirəcəyini bəyan etmişdir. Təkamül Partiyasının buna münasibəti necədir?

Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanuna görə hər bir siyasi partiyanın, siyasi blokun qabaqcadan xəbərdarlıq etməklə mitinq keçirmək hüququ vardır. Bununla yanaşı, Qanunda mitinqlərin keçirilməsinin məhdudlaşdırılması və müəyyən hallarda qadağan edilməsi də öz əksini tapmışdır. Məsələn, bu Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndində metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərdə tutulub. Milli Şura "28 may" metrostansiyasının önündə icazəsiz mitinq keçirilməsini ona təklif edilmiş yerin şəhərdən çox uzaq olması ilə əsaslandırır. Məsələ ondadır ki, Lökbatan qəsəbəsində yerləşən "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçiriləcək mitinqdə iştirak etmək üçün bu məkana çoxsaylı insanların gedişi, bu istiqamətdə hərəkət edən marşurut avtobuslarının sayının məhdudluğu səbəbindən, imkan xaricindədir. Ona görə hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirilməsi üçün alternativ variantlar təklif edə bilərdi. Məsələn, Xətai rayonunda yerləşən AMAY ticarət mərkəzi ilə Ağ Şəhər bulvarı arasında boş və geniş meydança vardır. Fikrimizcə, bu məkan mitinq keçirilməsi üçün hər bir cəhətdən əlverişlidir. Ona görə də, Təkamül Partiyası olaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu quruma mitinq keçirmək üçün daha münasib yerin (məsələn, yuxarıda qeyd etdiyimiz məkanın) təklif edilməsini tövsiyə edərdik.

Ümumiyyətlə, Təkamül Partiyasının icazəsiz mitinqlərin keçirilməsinə münasibətinə gəldikdə -biz qanun, hüquq pozuntusuna, qarşıdurmaya, zorakılığa, ixtişaşlara səbəb ola biləcək istənilən tədbirlərin, hərəkətlərin əleyhinəyik. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, hakimiyyət orqanları da vətəndaşların mitinq keçirmək azadlığına hörmət etməli və buna müvafiq şərait yaratmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam