Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir” -Deputat

Əli Məsimli: “Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir”

 

Hökumət dəyişsə, ölkədə korrupsiya və rüşvət azalarmı?

 

 
Xeberinfo.com:   “Korrupsiya qarşı mübarizədə idarəetmənin təşkilatı strukturunun kadr islahatları ilə tamamlamaqla təkmilləşdirilməsi mühüm rol oynayır. Bununla belə, bütün ciddi problemlərin həllinin effektiv üsulu kimi, korrupsiyaya qarşı mübarizənin də magistral yolu cəmiyyət həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlardan keçir”.
 
Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, bəzi ekspertlər ölkədə hökumətin dəyişməsini mövcud neqativlərdən çıxış yolu kimi görür. Bu yanaşmanın tərəfdarlarının fikrincə, əgər hökumət dəyişərsə, Azərbaycanda mövcud olan korrupsiya və rüşvət də müəyyən müddətdən sonra aradan qaldırılar, yaxud aparılan mübarizədə effektli nəticələr əldə etmək olar.  
Yeri gəlmişkən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 16-da  keçirdiyi mətbuat konfransında korrupsiyaya qarşı mübarizə ilə bağlı bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, 2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub. İdarə rəisi qeyd edib ki,  bundan əlavə, Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. (APA) Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. 
Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Dövlət başçısı da daim korrupsiya və rüşvətə qarşı mübarizənin zəruriliyi barədə tapşırıqlar verir, həmçinin yaradılan qurum tərəfindən bir sıra işlər görülür. Ancaq bəzi müşahidəçilər sistemli dəyişikliklər aparılmadığı halda, arzuolunan nəticəni mümkün saymır. 
Ə.Məsimli isə hesab edir ki, korrupsiyaya qarşı mübarizə ümumdövlət və cəmiyyətin birgə işi olmalıdır:“Korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaqdan ötrü dövlət-hakimiyyət orqanları, cəmiyyət və biznesin effektiv kombinasıyasına nail olunmalı, dövləti içəridən yeyib çürüdən, islahatları, sosial problemlərin həllini ləngidən, əhalinin güzəranının yaxşılaşmasına ən ciddi maneə olan bu bəlaya qarşı mübarizədə birgə, əlaqələndirilmiş və sistemli tədbirlərin həyata keçirilməsi çox vacibdir”. Deputat həmin tədbirlərin içərisində aşağıdakı məqamların xüsusi yer tutduğunu vurğuladı: “İdarəetmənin təşkilati strukturunun müasir dövrün və yeni çağırışların tələblərinə uyğun surətdə və əsaslı kadr islahatları ilə tamamlanmış şəkildə təkmilləşdirilməsi, vitse-prezidentlər institutunun optimal variantda uğurlu formalaşdırılması; hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, öptimal olçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçilməsi; korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla inzibati üsulların optimal kombinasiyasına nail olunması; ölkədə qanundan yuxarıda durma probleminin həll edilməsi, hüququn aliliyinin təmin edilməsi; məhkəmə islahatının aparılması və dövlətçilik mövqeyindən müstəqil və səmərəli fəaliyyət göstərən məhkəmə sisteminin formalaşdırılması; inhisarçılığın aradan qaldırılması”. 
Ancaq Ə.Məsimli sadalanan bu amillərin də köklü dəyişikliklər üçün yetərli olmadığını vurğuladı. Onun sözlərinə görə, radikal və davamlı islahatların köməyi ilə inhisarlaşmış, korrupsiyalaşmış münasibətlərdən normal institutlaşmış, sivil bazar münasibətlərinin tələblərinə uyğun bazar münasibətlərinə keçilməsi də önəmli məsələdir: “Eyni zamanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi azadlıqlar, azad sahibkarlıq və azad rəqabətə, şəffaflıq, hesabatlılığa yol açan və orta təbəqənin genişlənməsinə meydan yaradan islahatların dərinləşdirilməsi, korrupsiya ilə mübarizə üzrə qəbul edilmiş xüsusi qanun və proqramın daha dolğun şəkildə həyat keçirilməsi, dövlət sektorundakı maaşların özəl sektordakı ilə müqayisə olunan səviyyəyə çatdırılması, dövlər strukturlarına çalışanlar arasında yaxşını pisdən, təmizi rüşvətxordan fərqləndirən meyarların tətbiq edilməsi işinin genişləndirilməsi də vacibdir . Eyni zamanda daha çox korrupsiyalaşmış məmurların müasir dövrün tələblərinə cavab verən yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir. Bundan əlavə, dövlət işlərində təmiz işləyənlərin təşviqləndirilməsi və önə çəkilməsi üsulunun ənənə səviyyəsinə qaldırılması, korrupsiyaya qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin və biznesin də rolunun artırılması, cəmiyyətin xeyli hissəsinin korrupsiyaya qarşı biganə münasibətinin aradan qaldırılmasına yönəlik tədbirlərin həyat keçirilməsi, onun sağlam və mütərəqqi notlar üzrə müqavimət qabiliyyətinin artırılması və korrupsiyaya qarşı ictimai ikrahın formalaşdırılması, vəzifəli şəxslərin gəlirlərinin hər il bəyannamədə göstərilməsi və onların dərc edilməsi sahəsində qəbul edilən qanunvericilik sənədlərinin reallaşdırma mexanizminin hazırlanması və tətbiq edilməsi kimi məsələlər həllini tapmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam