Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ankara üçün “1 ton kərpic dolusu”:KONQRESDƏ TÜRKİYƏ ƏLEYHİNƏ SANKSİYA LAYİHƏLƏRİ HAZIRLIĞI DAVAM EDİR

Brayant Harris

“Əl-Monitor”, 24.10.2019

 

Prezident Donald Tramp oktyabrın 23-də administrasiyassının vasitəçili ilə Suriya razılaşmasını uğurlu elan edib və dərhal Türkiyəyə qoyduğu sanksiyaları ləğv etməyə başlayıb. Kapitol Hilldəki ən yaxın müttəfiqlərindən bəziləri bu razılaşmanı tərifləsələr də, yenə də demokratlarla birlikdə daha kəskin sanksiyalarla Türkiyəni yumruqlamağa çalışırlar.

Yenixeber.org: Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş və Lindsi Qraham “əl-Monitor”a Türkiyə əleyhinə sanksiya qanunları irəli sürəcəklərini söyləyiblər.

Öz respublikaçı sanksiya qanunvericiliyinə sahib olan Liz Çeyni də Trampın açıqlamasından sonra Konqresin sanksiyalarla irəliləməli olduğunu bildirib. Senatın çoxluq lideri Steni Hoyer də Konqresin gələn həftə daha bir sanksiya təklifinə səs verəcəyini açıqlayıb.

Riş “əl-Monitor”a açıqlamasında deyib: “Hələ ki, qanun layihəsini qəbul etməyimizə mane olacaq heç bir şey baş verməyib. Vəziyyəti izləyirik, ancaq işlər sabitləşməyincə, qanun layihəsini irəli sürmək planlarımız yoxdur”.

Qraham keçən həftə qanunvericilik təşəbbüsündən imtina edən kimi, Riş öz sanksiya layihəsini irəli sürüb.

Senator Qraham Trampın Suriyaya dair açıqlamasını “həqiqi irəliləyiş” kimi qiymətləndirib, lakin daha sonra “əl-Monitor”a bildirib ki, Konqresin sanksiya təhdidləri “Türkiyənin diqqətini” çəkib və özünə “tərəfdar toplamağa” davam edəcək.

Rişin senator Bob Menendeslə birlikdə təqdim etdiyi qanun layihəsi senator Kris Van Hollenin dəstəyinə sahib olan Qraham layihəsindəki sanksiyalardan çoxunu ehtiva edir.

Hər iki qanun layihəsi Türkiyənin yüksək səviyyəli rəsmiləri və “Halkbank”a sanksiyanı nəzərdə tutur. O, Suriyanın şimal-şərqindən çıxana qədər Türkiyə Silahlı Qüvvələri ilə əlaqəli hər hansı bir ölkəyə sanksiya verərək ABŞ-ın Ankaraya silah satışını da qadağan edir.

Bundan əlavə, hər iki qanun layihəsi Trampdan prezident Rəcəb Tayyib Ərdoğanın aktivləri barədə Konqresə hesabat verməsini və Rusiyaya məxsus “S-400” sistemini satın aldığı üçün Tramp administrasiyasının “Sanksiyalarla Mübarizə Qanunu” çərçivəsində Türkiyəni sanksiya etməsini tələb edir.

Riş qanunvericiliyindən fərqli olaraq, Qrahamın qanun layihəsi də sanksiyaları Ərdoğanın özünə uzadır. Bu qanun, eyni zamanda, Türkiyə, Rusiya, İran və ya Bəşər Əsəd hökumətinə, Suriyanın neft ehtiyatlarına nəzarət imkanı olan hər kəsə sanksiya tətbiq etməyi nəzərdə tutur.

Qraham Trampı Suriyanın şimal-şərqində hələ təyin olunmamış sayda əsgəri “neftlə təmin” üçün saxlamağa inandırıb.

“Suriya Demokratik Qüvvələri”nin lideri general Məzlum Kobane Abdi Trampı kürdlər, Türkiyə və Rusiya arasındakı tənzimləmə işinə görə tərifləyib. Amma müəyyən etirazlarla.

Qraham, Van Hollen və daha 5 senator dövlət katibi Mayk Pompeoya məktub göndərərək Konqres və Tramp administrasiyasının rəsmiləri ilə görüşə bilməsi üçün generalın vizasını sürətləndirməsini istəyiblər.

Rişin qanun layihəsi Suriya nefti ilə əlaqəli olmasa da, bir sıra digər məqamlara işıq salır. Məsələn, Trampın Türkiyəyə kredit verməməsi üçün ABŞ-ın Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi beynəlxalq kredit təşkilatlarının istifadəsini – Xarici Əlaqələr Komitəsinin keçən il Ankaranı ABŞ vətəndaşlarını və konsulluq işçilərini həbsxanadan azad etmək üçün irəli sürdüyü təklif.

Riş qanun layihəsi Türkiyənin Suriya kürdlərinə hücumunun NATO Nizamnaməsinin I maddəsinin pozulması olduğunu iddia edir. Bu maddə Alyansın hər bir üzvündən beynəlxalq mübahisələrin “dinc yolla” həllini tələb edir. Buna görə də, Pompeo Türkiyənin NATO-dakı rolu barədə Konqresə hesabat təqdim etməlidir.

Nəhayət, Rişin qanun layihəsi suriyalı kürd qaçqınların ABŞ-a girişini prioritet sayacaq, Trampın Suriya və digər müsəlman əksəriyyətli ölkələri hədəf alan səyahət qadağasını pozur.

Administrasiya ABŞ-ın 2020-ci il üçün qaçqın kvotasını 18 min nəfər səviyyəsində təyin edərkən, qanun layihəsi suriyalı kürdləri hər hansı bir məhdudiyyətdən azad edir.

Senatın çoxluq lideri Mitç MakKonnell hələ də sanksiya qanunvericiliyini səsverməyə çıxarmaq istəmir, amma Rişin dəstəklənməsi səsvermə ehtimalını artıra bilər.

Ötən həftə MakKonnell “Washington Post”-da ABŞ-ın Suriyadan çəkilməsini “ciddi strateji səhv” olaraq qiymətləndirib.

Qraham, həmçinin hesab edir ki, Palatanın gələn həftə planlaşdırılan sanksiya səsverməsi Senata hərəkət etmək üçün daha çox təzyiq göstərə bilər. “Həmkarlarımla oturub bir sıra ikitərəfli sanksiyalar tapmaq və Türkiyəyə “etnik təmizləmə olsa, bizə kömək edən insanları öldürməyə başlasanız, bir ton kərpic kimi başınıza töküləcəyik” ismarışı vermək istəyirik”.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Eliot Engel və Mayk Makkol tərəfindən təqdim edilən layihəyə silah satışına qoyulan qadağa və Türkiyə Silahlı Qüvvələrinə tətbiq olunan sanksiyalar, həmçinin “Halkbank” və “S-400” məsələləri daxildir. Ərdoğanın aktivləri haqqında hesabat da tələb olunur, lakin Ərdoğanın özünü sanksiya etmir və Qrahamın Suriyadakı “neft amili”ni ehtiva etmir.

MakKol ikitərəfli qanun layihəsini “məqsədyönlü” və “ölçülü” yanaşma olaraq səciyyələndirib. Bununla belə, Trampın son Suriya qərarlarını dəstəkləyən respublikaçılar sanksiyaların çox geniş olduğuna və Türkiyənin davranışını dəyişdirə bilməyəcəyinə inanan mütərəqqi demokratlarla qarşı-qarşıya gələ bilərlər. Onlar Türkiyənin şimali-şərqi Suriyaya girməsini qınayan qətnamənin əleyhinə səs veriblər.

Məhz bu gün Xarici İşlər Komitəsinin üzvü İlhan Ömər təklif olunan sanksiyaları senator Kris Mörfin arqumentləri əsasında “sərt” olaraq xarakterizə edib. “ABŞ siyasətçiləri müvəffəqiyyət ehtimalı və ya humanitar nəticələr nəzərə alınmadan müttəfiq rejimlərə sanksiya tətbiq etməyə tələsirlər”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam