Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÜNYADA ANTİSİONİST TENDENSİYALAR SÜRƏTLƏ ARTIR:bu “qovğa”da Qərb ölkələri müsəlman dövlətlərindən xeyli irəlidədir - Araşdırma

Andrey Melnikov

Nezavisimaya gazeta, 01.05.2019

 

“Hər şeyin həddi var!” Təl-Əviv Universitetinin Kantor Mərkəzinin 2018-ci ildə antisemitizm təzahürlərində tendensiya və dəyişikliklər haqqında məruzəsi belə başlıq alıb. Araşıdrma jurnalistlərə mayın 1-də tədris müəssisəsinin kampusunda təqdim olunub. Kantor Mərkəzi belə monitorinqi hər il təşkil edir.

Yenixeber.org: Məruzəçilər qeyd ediblər ki, çoxsəhifəlik işdə keçən ilin hadisələrinə baxılsa da, 2019-cu ilin birinci rübü yəhudilərə və başqa azlıqlara qarşı zorakılığın elə bir gurultusu ilə qeydə alınıb ki, təqdim mərasimində bundan, sadəcə, danışmamaq olmazdı. Hər şeydən qabaq, Kaliforniyada sinaqoqa silahlı hücum nəzərdə tutulur. Məruzədə deyilir: “Hər şeyin həddi var! Bu dörd söz 2018-ci il boyunca və 2019-cu ilin başlanğıcında intensivliyi və tezliyi çoxalan antisemitizm təzahürlərilə toqquşan həm özəl şəxslər kimi yəhudilərin, həm də qrup və icmaların yaşadıqları duyğunu ifadə  edir. Qabaqlar hamıya bəlli tabu özəlliyini tərgidib: “Yəhudiləri qaz kameralarına!” və “Sionistlərə ölüm!” çağırışları artıq yəhudilərin, yəhudi icmalarının və yəhudi dövlətinin  varlığının özünün ədavət doğurduğu haqda təsəvvürləri əks etdirməklə dəfələrlə səslənib”.

Təqdimatda antisemitimzə qarşı #MeToo-ya (sosial şəbəkələrdə bir anda yayılan populyar heşteq-tərc.) bənzər şəbəkə hərəkatı işə salmaq təklifi səslənib, çünki bəzi ölkələrin hökumətləri, bəzən isə ziyan çəkənlərin özləri hadisələr barədə çox vaxt susurlar.

Avropa Yəhudi Konqresinin prezidenti Vyaçeslav Kantor hesab edir: “Antisemitizm daha ultrasollar, ultrasağlar və radikal islamçıları birləşdirən siyasi üçbucaqla məhdudlaşmır. O, mülki cəmiyyətin çox vaxt qəbul etdiyi geniş yayılan hadisə olub”.

2018-ci ildə Birləşmiş Ştatlar yəhudilərə pisləşən münasibətin dinamikasında şübhəli birinciliyə layiqdir.Pensilvaniya ştatının Pittsburq sinaqoqundakı qırğın ötən il son bir neçə ildə ən çox sayda yəhudinin həlakına səbəb olub. Araşıdrma müəllifləri yəhudilərə nifrətin artmasının prezident Donald Trampın İsrailə münasibətdə proteksionist siyasətinə bağlılığı haqda qanunauyğun suala bildiriblər ki, birbaşa asılılıq müşahidə olunmur. Nə qədər qəribə olsa da, bəzi sağ radikal və irqçi qruplaşmalar ABŞ-ın yəhudi icmasını mühacirət törətməkdə ittiham edirlər. Belə ki, Trampın təcridçi siyasəti antisemit təbliğatı qurbanlarının aqibətini heç cür yüngülləşdirmir.

Ümumiyyətlə, zorakılıq hadisələri bir il qabaqkı durumla müqayisədə 13 faiz çoxalıb. Ən çox antisemit hadisələri Böyük Britaniyada olub – 1652. Bu, brekzit və Leyborist Partiyasının radikal liderlərinin hakimiyyətə gəlişi ilə bağlı Birləşmiş Krallığı silkələyən siyasi böhranla izah olunur. 2017-ci illə müqayisədə antisemit aksiyalarının ən çox artdığı ölkə Fransa olub. Burada insidentlərin sayı 74 faiz çoxalıb. Məruzə müəllifləri qeyd ediblər ki, antisemitizmin gurultusu yəhudiləri iqtisadi qarışıqlıqda təqsirli bilən və çağırışlarda Holokosta eyhamlardan istifadə etməkdən çəkinməyən “sarı jiletlər” hərəkatına bağlıdır. Məruzədə deyilir: “İkinci dünya savaşından, demək olar, 75 il sonra, 2019-cu ildə indiki, savaşsonrası üçüncü nəslin getdikcə daha çox təmsilçsi keçmişin günahlarını bilmək, yada salmaq və təmizlənmək vəzifəsindən özünü daha çox azad hiss edir. Onlar yəhudilərin ağır durumuna münasibətdə qabaqkı nəsillərə kölgə salan yükdən azaddırlar”. Bu, zorakılıq işlətməklə insidentin sayının 70% artdığı Almaniya üçün xüsusən səciyyəvidir.

Təəccüblüdür ki, Qərbi Avropa ksenofobiya təzahürlərində qarışıqlığa izahatda sui-qəsd nəzəriyyəsinə əsasən siyasətçilərin üz tutduğu, eyni zamanda zorakılıq aktlarının o qədər çox olmadığı Şərqi Avropanı keçib. Daha bir maraqlı tendensiya Holokostu inkar edənləri tənqidə tutanların  və yəhudilərin keçmişdə müsəlman ölkələrindəki rolunu yenidən dəyərləndirənlərin sayının çoxaldığı ərəb ölkələrində qeydə alınır. Bu, bəzi ərəb ölkələrinin bölgə koalisiya və münaqişələrinə qatılmasıyla bağlıdır.

Rusiyaya gəlincə, “sentyabrın 17-də Suriyada Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi vurulandan sonra antisemit bəyanatların intensivliyi və miqyası zirvəyə çatıb”.Hökumət və özəlliklə Rusiya Müdafiə Nazirliyi günahı İsrailin üzərinə qoyub, – araşdırma müəllifləri yazırlar. – Kütləvi informasiya vasitələrində “özünə həddindən çox şey rəva görən kiçik ölkə” mövzusunda diskussiyalar başlanıb və bəyanat meydana çıxıb ki, Rusiya İsraili sərt cəzlandırmalıdır. İsraili II dünya savaşı zamanı yəhudilərin qırılmasını qabaqlayan və İsrail Dövlətinin qurulmasını dəstəkləyən Rusiya və SSRİ-nin qədrini bilməyən kimi təsvir ediblər”. Kantor Mərkəzinin araşdırıcıları yekun vururlar: “KİV-lərdə antiisrail və antisemit ritoprikası Vladimir Putinin İsraili Suriya hava hücumundan müdafiə sisteminin təyyarəni vurmasına yaratdığı şəraitdə təqsirləndirmək gərək olduğu haqda bəyanatından sonra səngiyib”.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam