Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu il baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb-Azərbaycanda

Azərbaycanda bu ilin 3 ayı ərzində baş vermiş fövqəladə hadisələrin statistikası açıqlanıb.

Yenixeber.org:Məlumata görə, Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, 2019-cu ilin I rübü ərzində respublika ərazisində 2040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 552 hadisə və ya 37% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər ölüb, 76 nəfər xəsarət alıb. FHN xilasediciləri tərəfindən 35 nəfər xilas edilib, 611 nəfər təxliyə olunub.

Statistikaya görə, 2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilib. Yanğın hadisələri zamanı 29 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır. Xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilib, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. 

Həmçinin, bu ilin I rübü ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya  10% çoxdur. Partlayışlar zamanı 8  nəfər ölüb,  27 nəfər xəsarət alıb. (ONA.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam