Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

O, TRAMPI ƏZƏ BİLƏR! –“Yuxulu Co” ABŞ və dünya düzənini dəyişməyə qadirdirmi?

bayden

Donald Tramp öz “əməllərilə” təkcə onun avantürist qərarlarından əziyyət çəkən ölkələri deyil, elə ABŞ-ın öz vətəndaşlarının da böyük qismini “boğaza yığıb”. Bunu son vaxtlar ölkədə keçirilən rəy sorğularının nəticələri də əks etdirir.

Yenixeber.org: ABŞ-ın hazırkı prezidentinin ölkə daxilində anti-reytinqinin getdikcə daha çox artması 2020-ci ildə keçiriləcək seçkidə Trampın əsas rəqibinin kim olacağı barədə sualı xeyli aktuallaşdırır. Sözsüz ki, bu dəfə demokratlar ötən seçkidə namizədləri Hillari Klintonun Trampa gözlənilməz məğlubiyyətinin əvəzini çıxmağa çalışacaqlar. Və bunun üçün kifayət qədər ciddi şansları da var.

Hələ 2018-ci ilin sonlarında demokratların prezident seçkisindəki namizədinin Co Bayden olacağı barədə məlumatlar dolaşmağa başlamışdı. Barak Obamanın dönəmində 8 il ABŞ-ın vitse-prezidenti postunu tutan və bütün dünyada kifayət qədər tanınan bu siyasətçinin Trampla rəqabətdə nə dərəcədə uğur qazanacağını indidən proqnozlaşdırmaq çətindir. Ancaq analitiklərin əksəriyyəti Baydenin şansının kifayət qədər yüksək olduğu qənaətindədirlər.

                        Trampın əsas rəqibi elə Trampdır…

tramp

Artıq son günlərdə ABŞ-da keçirilən rəy sorğularının nəticələri göstərir ki, böyük ehtimalla demokratların namizədi olacaq Co Baydenin reytinqi Trampın reytinqini üstələyir. Belə ki, rəyi soruşulan ABŞ vətəndaşlarının 43 faizi Co Baydenə, 37 faizi isə Trampa səs verməyə hazır olduqlarını bildiriblər. Respondentlərin 15 faizi hələ qərar vermədiyini, 5 faizi isə namizədlərin heç birinə səs vermək istəmədiyini deyib.

Tanınmış rusiyalı siyasi təhlilçi, professor Dmitri Yevstafyev namizədlərin şansları ilə bağlı deyib ki, Trampın hazırkı anti-reytinqi onun rəqibi üçün ən əsas şansdır: “Baydenin reytinqi ona görə yüksəkdir ki, o, Tramp deyil. Bu sorğuda Tramp və qeyri-Tramp yarışıb və nəticələr göstərir ki, ABŞ cəmiyyətində dərin parçalanma var”. Təhlilçi xatırladıb ki, Co Bayden siyasətçidən daha çox lobbiçidir: “O, siyasətdə zəifdir, ancaq eyni zamanda, Amerika oliqarxiyası ilə dərin əlaqələrə və iş təcrübəsinə malikdir”.

Əslində, digər təhlilçilər də eyni fikirdədirlər və Trampa qalib gəlmək üçün ondan fərqli olmağın, onun baxışlarını bölüşməməyin və normal proqrama malik olmağın kifayət etdiyini düşünürlər. Bir şərtlə ki, seçkiyə qədər ABŞ vətəndaşlarının Trampa münasibəti daha da pisləşsin.

D.Yevstafyev Trampla bağlı fikirlərinin davamında bildirib ki, partiya mənsubiyyətindən asılı olmayaraq, əksər seçicilərin onun əleyhinə səs verəcəyi ehtimalı olduqca yüksəkdir:“Baydenə xüsusilə də qloballaşma tərəfdarı olan varlı amerikalılar stavka edirlər. Ona özünü sadəcə, “anti-Tramp” olaraq göstərməsi lazımdır və bu zaman siyasi baxışlarından asılı olmayaraq, Trampın əleyhinə olanların hamısı ona səs verəcəklər”.

                             “Yuxulu Co və dəli Sanders…”

20190303124758

Eyni zamanda, təhlilçilər Co Baydeni əvvəlcə Demokratlar Partiyasının daxilində ciddi mübarizə gözlədiyini vurğulayırlar. Belə ki, partiyanın vahid namizədi olmaq uğrunda 20-yədək partiyalı siyasətçinin mübarizə aparacağı gözlənilir. Onların arasında kifayət qədər nüfuzlu konqresmenlər və senatorlar var. Lakin onlardan Baydenə rəqib olacaq əsas namizəd senator Bern Sanders sayılır.

Xatırladaq ki, Sanders bundan öncəki seçkidə partiya daxilində Hillari Klintonun əsas rəqibi idi. O zaman “Vikiliks”in yayımladığı və böyük səs-küyə malik sənədlərdə göstərilirdi ki, Demokrat Partiyasının rəhbər orqanları Klintonun Sanders üzərində qələbə çalması üçün əllərindən gələni ediblər. Bu qalmaqaldan sonra partiyanın Milli Komitəsinin rəhbəri Debbi Şults vəzifəsindən istefa vermişdi. Ancaq buna baxmayaraq, partiyanın vahid namizədi xanım Klinton olmuşdu.

Müşahidəçilər bu dəfə də partiya rəhbərliyinin Sandersin tərəfində olmadığını düşünürlər. Belə ki, Sanders daha çox solçu baxışları ilə məşhurdur. Bu isə rəhbərliyin fikrincə, həm partiya, həm də ölkə üçün böyük təhlükədir və vahid namizəd kimi Sandersin seçilməsi “intihara bərabərdir”. Deməli, yenə də dolayısıyla da olsa, Demokratlar Partiyasının rəhbərliyi partiya daxilində məhz Co Baydenin vahid namizəd seçilməsi üçün əlindən gələni edəcək.

İlkin müşahidələr göstərir ki, Baydenin partiyadaxili seçkilərdə Sandersi üstələməsi ehtimalı kifayət qədər yüksəkdir. Bunu sabiq vitse-prezidentin seçki kampaniyası aparmaq məqsədilə bir günə 6.3 milyon dollar toplaması da təsdiqləyir. Sandersin topladığı məbləğ isə 5.9 milyon dollar olub. Bundan başqa, demokratların arasında keçirilən sorğunun nəticəsinə görə, onların 75 faizi məhz Baydenin Trampa qalib gələ biləcəyini düşünürlər.

Bir məqama da diqqət yetirmək yerinə düşər ki, istər Bayden, istər Sanders, istərsə də Tramp özü kifayət qədər yaşlıdırlar. Trampın 73, Baydenin 77, Sandsersin isə 78 yaşı var. Bu baxımdan bəlkə də ABŞ-da hələ bu qədər yaşlı namizədlərin iştirakı ilə seçki keçirilməyib.

Qeyd edək ki, demokratlarla bərabər Tramp özü də rəqib partiyanın namizədlərinin şanslarına münasibət bildirərək, onları lağa qoyub. Həmişəki ampluasında çıxış edən hazırkı ABŞ prezidenti Baydeni “yuxulu”, Sandersi isə “dəli” adlandırıb. Əlbəttə ki, Trampın kiməsə dəli deməsi kifayət qədər maraqlı və ironik təsir bağışlayır. Və dünyanın bu ən böyük supergücünün siyasətində baş verənlərə nəzər saldıqda, dahi Hüseyn Cavidin “Topal Teymur” əsərində Əmir Teymurun sultan Bayazidə söylədikləri yada düşür: “Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı…”(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam