TRAMP 2020 SEÇKİLƏRİNİ İNDİDƏN UDUZUB –Prezidentin mövqeləri hansı ştatlarda zəifləyib? - TƏHLİL
Saymon Rozenberq
“Əl-Cəzirə”
Noyabrın 6-da keçirilən aralıq seçkiləri demokratlar üçün çox yaxşı başa çatıb. Gələn il onlar ABŞ siyasətində daha çox gücə sahib olacaq, respublikaçılar isə daha az.
Yenixeber.org: Demokratların qələbəsi və respublikaçıların məğlubiyyəti Donald Trampı əndişələndirməlidir, çünki 2020-ci ildə yenidən seçilmə şansı çətinləşə bilər.
Bunun iki əsas səbəbi var:
Qələbənin hüdudu
Demokratlar çox yüksək seçki iştirakı faizi ilə səsvermədə respublikaçıları 7,1 bal üstələyiblər. 2016-cı ildə Hillari Klintonun seçim hüdudu cəmi 2 bal idi.
Beləliklə, bu, 2016-cı ilədək olan aşağı səviyyədən beş pillə yuxarı göstəricidir.
1994-cü ildə respublikaçılar 7.1 bal toplamışdılar; 2006-cı ildə demokratlar 8, 2010-cu ildə 7.2; 2014-cü ildə isə respublikaçılar 5,7 bal.
Bu, Nümayəndələr Palatasını demokratlara vermək, yeddi qubernator yerini qazanmaq və 330 qanunverici kürsüsünü tutmaq üçün kifayət idi. Hətta demokratların zəif olduğu Senatda belə onlar ümumi göstəriciyə görə 15 bal (demokratlar səslərin 57 faizini, respublikaçılar isə 42 faizi qazanıblar) toplayıblar.
Noyabrın 7-də keçirilən rəy sorğularında Trampın etimad reytinqi müsbət – 44, mənfi – 55 idi. Bu, o və partiyasının 2016-cı ildən bəri mövqelərini itirməsi rəyinə uyğun gəlir. Tramp 2016-cı ildən daha aşağı, 2 və ya 5 bal yığarsa, yenidən seçilməyəcək.
Respublikaçılar 2020 döyüşünü indidən uduzub
Demokratların Orta Qərb/Rustbelt bölgəsində və ABŞ-ın Cənub-Şərqi hissəsində, 2020-ci ilin prezident seçkilərində rəyi mühüm olacaq bölgələrdə güclü mövqelər qazanıb. Onlar Pensilvaniya, Miçiqan, Minnesota, Ohayo və Viskonsin ştatlarının Senat yarışlarını qazanıb; həm də Miçiqan və Minnesotada qubernator kürsülərini tutublar.
Demokratlar Ayova ştatının qubernatoru yarışında diz söksələr də, yerli Konqresdə yerlərin dördə üçünə nəzarət edirlər. Bu bölgədə Trampın prezidentliyinə etiraz respublikaçılar üçün təhlükəli bir inkişaf olaraq görülməlidir.
Digər tərəfdən, Cənub-Şərq Tramp üçün heç vaxt dostluq ərazisi olmayıb. 2016-cı ildə demokratlara qarşı ən böyük hərəkət üç ştatda – Kaliforniya, Texas və Arizonada idi. Lakin indi Kaliforniya və Texas Respublikaçılar Partiyası üçün təhlükəli zonadır.
Son iki il ərzində millətçi və antimiqrant ritorika və siyasətin çiçəklənməsi Cənub-Qərbi prezidentə müxalif bölgə halına gətirib.
İndiana, Missuri və Tennessi kimi ştatlar da Trampın prezidentliyinə sipər ola bilər.
Noyabrın 7-də keçirdiyi mətbuat konfransında Tramp 2018 aralıq seçkilərinin onun üçün yaxşı keçdiyini iddia etməyə çalışıb. Amma əslində, bu baş verməyib. Tramp iki il ərzində zəif prezident olacaq. Bu gün onun təkrar seçilməsi isə çətindən çətin görünür.
Tərcümə: Strateq.az