Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Demokratların əks-hücum planı:Trampa qarşı...

Konqresdə çoxluğu əldə edən demokratların Tramp Administrasiyasına qarşı əks-hücum planlaşdırdıqlarına şübhə yoxdur.

Yenixeber.org: Bu sözləri politoloq Tofiq Abbasov deyib. Politoloq ABŞ-da seçkidən sonra Tramp Administrasiyası ilə demokratlar arasında qarşıdurmanın qızğın olacağını bildirib:

“Belə ki, demokratlar həllini gözləyən bir sıra ciddi məsələləri, xüsusilə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini özlərinin öncül siyasətinin tərkib hissəsinə çevirəcək və Trampın impiçmentində israrlı olacaqlar. Düzdür, Trampın seçkilərdə Senat səviyyəsində üstünlüyü qoruyub saxlaması bir qədər ona yüngüllük gətirir. Ancaq aşağı palatanın bütövlükdə demokratların ixtiyarına keçməsi, Trampın seçkidən dərhal sonra demokratların parlament sistemindəki rəhbərini təbrik etməsi və onunla çox mülayim tonda danışması onu göstərir ki, ABŞ prezidenti rəqib qüvvələrlə həm hesablaşır, həm də bir qədər onlardan çəkinir”.

Politoloq qeyd edib ki, ABŞ-da hər şey demokratların fəaliyyətinin ana xəttindən və onların diqqət mərkəzində saxlayacaqları məsələlərin gündəliyindən asılı olacaq:

“Bu, Tramp Administrasiyası, ABŞ siyasətçiləri və siyasi establişment üçün çox böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf seçkilərin nəticələrini səbirsizliklə gözləyirdi. Tramp maksimal dərəcədə səs vermələrdən yararlanmağa və mövqelərini zəifləməməsinə çalışsa da, bu alınmadı”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam