Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Obama və Klinton İŞİD-i yaratmaqda ittiham olunurlar

 

ABŞ prezidentliyinə namizəd, respublikaçı milyarder Donald Tramp daha bir sensasiyalı çıxışı ilə gündəmə gəlib. 

Xeberinfo.com:   Məlumata görə, Tramp bu dəfə Amerika prezidenti Barak Obamanı və Demokratlar partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klintonu İŞİD terror təşkilatını yaratmaqda ittiham edib. 

“Orda yalançılar çoxdur. Hillari Klinton İŞİD terror təşkilatını Barak Obama ilə birlikdə yaradıb”, - deyə Tramp Misisipi ştatının Biloksi şəhərində çıxışı zamanı bildirib. 

Donald Tramp həmçinin Səudiyyə Ərəbistanı şiə alim Nimr ən-Nimrin edam olunmasına etiraz edənlərin Tehranda bu ölkənin səfirliyinə hücüm etməsinə də münasibət bildirib. Trampın fikrincə, İran Səudiyyə Ərəbistanının neftini əldə etmək istəyir. 

Amerikanın sabiq dövlət katibi və hazırda Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Hillari Klintonla Donald Tramp arasında "söz müharibəsi" əvvəllər də olub. 

Xanım Klinton bir müddət əvvəl "Tramp İŞİD-ə ən çox qüvvə toplayan şəxsdir” demişdi.

“İŞİD döyüşçüləri sıralarına daha çox cihadçı qatmaq üçün müsəlmanları ən çox təhqir edən Trampla bağlı videolar yayır”, - deyə Hillari Klinton fikrini açıqlamışdı. 

Donald Trampın Barak Obama ilə də "düşmənçiliyi" xeyli müddətdir davam edir. Tramp bir neçə dəfə ABŞ prezidentini təhqir etməkdən belə çəkinməyib. Obamanı Ebola virusunun yayıldığı ərazilərdən gələnlərin ölkəyə buraxılmasına icazə verdiyinə görə özünün Twitter səhifəsində dəli adlandırmışdı.

“Mən fikirləşirəm ki, prezident psixi cəhətdən sağlam deyil. Niyə o buna qadağa qoymadı? Ağılsız!”, - deyə Tramp bildirmişdi.


Barak Obama - ABŞ prezidenti


Donald Tramp müsəlmanlara nifrəti ilə də gündəmə gəlib. Az müddət əvvəl o, müsəlmanları ölkəyə buraxmamağa çağırmışdı. Trampa görə, müsəlmanların müəyyən hissəsinin amerikanlara nifrət bəsləməsi yeni hücumlara səbəb ola bilər. “Hələ ki bunun səbəbi bəlli deyil, ABŞ vətəndaşları yalnız cihada inanan insanların qurbanlarına çevrilməməlidirlər” deyə onun bəyanatında yazılmışdı. Bu isə müsəlman dünyasında böyük rezonans doğurmuşdu. 

Dünya ictimaiyyəti, həmçinin amerikalılar tərəfindən fikirləri elə də ciddi qəbul olunmasa belə, Donald Tramp Barak Obamanın, eləcə də Hillari Klintonun əleyhinə ittihamlar irəli sürməklə seçiciləri öz tərəfinə yönəltməyi qarşıya məqsəd qoyub. 
Baxmayaraq ki, Barak Obama bu prezident seçkilərində iştirak etmir, amma Demokratlar partiyasından çoxlu sayda siyasətçi namizədlər içərisində Hilları Klinton digər rəqiblərini üstələyir. 


Hillari Klinton - "Demokratlar" partiyasından ABŞ prezidentliyinə namizəd


Elə müsəlmanlara nifrəti ilə də Donald Tramp guya Amerika xalqını terror təhlükəsindən qorumaq istəyini bildirməklə, öz prezidentlik xəyalını gerçəkləşdirmək niyyətindədir. Onun bu niyyətinin baş tutub tutmayacağını isə bu il 8 noyabr tarixində keçiriləcək prezident seçkilərinin nəticəsi göstərəcək. Amma bu tarixə qədər Trampdan yəqin hələ çox ekskluziv bəyanatlar eşidəcəyik. 


Donald Tramp - "Respublikaçılar" partiyasından ABŞ prezidentliyinə namizəd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam