Həsən Ruhani hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzə:sərt-xətt tərəfdarları prezidenti küncə sıxıb
Beynəlxalq nüvə razılaşmasının iflası və ABŞ-la gərginliklərin yenidən artması ilə bağlı kəskin tənqidlərə məruz qalan Ruhani hazırda sərt-xətt tərəfdarları və digər din xadimlərinin qəzəbi ilə qarşılaşır.
Yenixeber.org: İranda İslam İnqilabının 40 illiyi tamam olduğu bir vaxt mərasimlərin birində şiə din xadimi Həsən Ruhanini hədəf alaraq, ölkədəki iqtisadi duruma görə onun məsuliyyət daşıdığını bildirib.
İran prezidentlərinin populyarlıq reytinqi adətən dörd illik prezidentlik müddətinin ikinci dönəmində hakimiyyətdə olduqları zaman azalır. Lakin təhlilçilər Ruhaninin iqtisadi duruma görə daha həssas bir vəziyyətdə olduğunu bildirir. Ölkənin rəsmi valyutası olan rialın dəyərinin kəskin düşməsi adi iranlıların durumunun daha da ağırlaşmasına səbəb olub. İran prezidentinin tənqidçiləru bu durumda açıq şəkildə onun hakimiyyətdən getməsinə çağırır.
Lakin belə bir hadisə İran İslam Respublikasının 40 illik tarixində bir dəfə baş versə də, İranda ölkə boyu səslənən narazılıqlar bunun baş verə bilməsini mümkün edir.
2015-ci ildə iki il hakimiyyətdə olduqdan sonra nüvə razılaşmasını əldə edərək, iranlıların rəğbətini qazanmış Ruhani populyarlığını itirib. Razılığa əsasən, İranın nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdu.
Lakin iranlılar sanksiyaların aradan qaldırılmasının bəhrələrini görə bilmədilər. ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların nüvə razılışmasından çıxdığını may ayında elan etməsindən əvvəl də ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər İranda geniş etiraz nümayişlərinə yol açmışdı.
Sərt xətt tərəfdarları Ruhanin müttəfiqi olan parlamentin spikeri Əi Laricaninin Tehranın 40 kilometrliyində yerləşən Kərəc şəhərində çıxışının qarşısını alıb. Ruhaninin xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu yaxınlarda Münhendə keçirilmiş Təhlükəsizlik konfransında narazı görünürdü.
İranın sərt xətt tərəfdarı İnqilabi Qvardiyasının təqaüddə olan generalı Həsən Abbasi Kərəcdə çıxışı zamanı deyib ki, insanlar nüvə razılaşmasına görə onlar hakimiyyətdən gedəndən sonra “küçələrdə Ruhaninin, Laricaninin və Zərifin üzlərinə tüpürəcəklər”.
“Cənab Həsən Ruhani, cənab Zərif və cənab Laricani cəhənnəmə gedin”, Abbasi toplaşanların alqışları altında deyib.
Doqquz sərt xətt tərəfdarı qanunverici Ruhaninin prezident kimi səlahiyətlərindən məhrum edilməsi məqsədilə ölçü təklif ediblər. Təklifin rədd edilməsi üçün 290 yerlik parlamentin üçdə iki hissəsinin onu rədd etməsi lazımdır. Lakin buna presedent mövcuddur. 1981-ci ildə parliament liberal Əbülhəsən Bənisədri prezident diskvalifikasiya etmişdi, daha sonra isə Ali dini rəhbər Ayətullah Ruhulla Xomeyni onu prezidentlikdən kənarlaşmışdı.
(Amerikanın səsi)