Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YƏHUDİLƏRƏ NİFRƏTİN TARİXİ-DİNİ KÖKLƏRİ:təktanrıçılıq, başqa xalqlara sayğısızlıq, elit peşələrə yiyələnmək... – Araşdırma

Sesar Servera

ABC (İspaniya), 27.01.2019

 

Yenixeber.org: Musəviliyin təktanrıçılıq xarakteri qədim dönəmlərin bir çox xalqlarında  onun ardıcıllarına ədavət oyadıb. Əslində, bu, çoxtanrılı dinlər dünyasının yad qarşısında vahiməsi idi. Tək Tanrıya inanan xristianlığın  meydana çıxması yəhudilər üçün dönüş anı oldu. Amma dəyişikliklər daha pis hala apardı. Bəzi xristianlar yəhudiləri əsil Xilaskarın ölümündə ittiham etdi və Orta əsrlərin bütün müsibətlərinə görə onları qapazaltına çevirdilər. XIX yüzillikdə millətçiliyin doğulmasilə nifrət son dərəcə qızışdı və XX yüzillikdə nasizmin yaranmasilə zirvəyə çatdı.

Yunan tarixçisi Diodor Siciliyalı e.ə. I yüzillikdə özünün “Tarix kitabxanası”nda yazırdı: “Yəhudilər bəşəriyyətə nifrət qanunlarına inanc bəsləyirlər”.

İsraillilərin (“İsrail övladları”nın) Böyük İskəndərin dönəmində başlanan ellinləşmə prosesinə təcavüzkar reaksiyası onlara ultramillətçi ad-sanı gətirdi. Suriyanın Selevkilər sülaləsindən, Böyük İskəndərin generallarından birinin törəməsi IV Antiox e.ə. 168-ci ildə Qüdsə hücum etdi və əhalini Zevsə sitayişə vadar etdi. Bu, qəddar Makkavey üsyanına səbəb oldu. O andan bəri bütün yunan koloniyalarında yəhudilərə münasibətdə nifrət yalnız möhkəmləndi.

Romalıların İudeyaya gəlişi yəhudilərin Aralıq dənizi bölgəsindəki obrazını yaxşılaşdırmadı. Romalılar yəhudi təktanrıçılığında siyasi itaətsizlik görür və hesab edirdilər ki, onların adətləri, məsələn, sünnət, ya da donuz ətindən istifadəyə yasaq vəhşilikdir. Qarşılıqlı anlaşılmazlıq və yəhudilər tərəfindən Roma ənənələrinə sayğısızlıq Roma ağalığının bütün dönəmləri boyu çoxlu hərbi toqquşmalara gətirdi.

Xristianlığın meydana çıxması durumu yalnız daha da pisləşdirdi, çünki kilsənin ilk ataları musəviliyi əsil Xilaskarı qətlə yetirmiş “təriqət” adlandırırdılar.

Nəticə kimi Orta əsrlər Avropa yəhudilərinin tarixində qorxunc dönəm idi. Hökumətlər yəhudi əhaliyə hücumlardan bütün sosial problemlərdən qurtuluş kimi yararlandırdı. Tutyaların murdarlanması və mərasim qətllərinin törədilmsində ittihamlar yəhudi məhəllələrinə basqınlara bəraət rolunu oynayırdı. Yəhudilər belə sıxışdırılmalar, özəlliklə də şəhərlərin çoxunda əsgər, kəndli, ya da vəkil olmağa, yaxud xristianlarla nigaha girməyə qadağalar üzündən, tutaq ki, kreditor, ya da vergi yığan olmağa məcbur idilər ki, bu da onlara qarşı xurafatı yalnız çoxaldırdı. Qeyd etmək gərəkdir ki, xristian əxlaqı sələmçiliyi pisləyirdi və borclu xristianlar dini əqidə bəraətiylə çox vaxt  öz kreditorlarını öldürürdülər.

 

İrqi nifrət dini nifrətə keçir

 

Yəhudilərə münasibətdə ədavət XV yüzillikdən başlayaraq güclü artdı. Yəhudilərin İspaniya və Portuqaliyadan sürgün edilməsi Martin Lüterin dini inqilabından sonra yəhudilərin iki od arasında qaldıqları Şimali Avropaya mühacirət prosesini başlatdı. Lüter yəhudiləri öz yanına çəkməyə uğursuz cəhddən sonra onları sürgün etməyi və Şimali Avropadakı bütün sinaqoqlara od vurmağı təklif etdi. Bundan başqa, islahatçı ilk çağdaş antisemit mətni yazdı – “Yəhudilər və onların yalanları haqqında”. Alman filosofu Karl Yaspersin fikrincə, bir çox baxımdan nasist proqramı ruhlandıran mətndə deyilirdi: “Hər şeydən qabaq, onların sinaqoq və məktəblərini yandırmaq, yanmayanları isə torpağa quylamaq və palçıqla örtmək gərəkdir ki, onların külündən, daşından qalanları heç vaxt heç kim görə bilməsin”.Millətçiliyin başlanmasıyla sıx bağlı olan antisemitizmin özəl intellektual hərəkat kimi doğulması XIX yüzilliyə düşür. Yəhudilər, nəhayət, Qərbi Avropada hüquq bərabərliyinə nail olanda (Rusiyada və bir çox başqa ölkələrdə təqib hələ uzun müddət duyulurdu) nifrət siyasi cizgilər qazandı. Bu, indi dini səbəblərdən deyil, yəhudilərin iqtisadi və siyasi uğurlarından qaynaqlanırdı.

XIX yüzilliyin sonunda alman ilahiyyatçısı Adolf Ştekker yazırdı: “Musəvilik milli orqanizmimizdə yabançı qan damlasıdır, dağıdıcı gücdür”.

Belə düşüncə bütün Avropaya, xüsusən bütün iqtisadi problemlərdə  yəhudiləri danlayan İspaniya və Böyük Britaniyada yayıldı. Əhali, doğrudan da, hesab edirdi ki, yəhudilər müəllim, həkim, ya da vəkil kimi bütün peşələri inhisara alıblar. Yəhudilərin böyük bölümü şəhərlərdə yaşayırdı, marginal yaşayışın yüz illəri ərzində onlar üçün əlyetən yeganə sosial silah təhsil olmuşdu.

Adolf Hitler Teodor Hertslin sionist hərəkatının meydana çıxması və kommunist Rusiyasında yəhudilərin təqibiylə eyni zamanda antisemitizmi özünün siyasi proqramına baş bənd götürmüşdü. Nasist rejimi yəhudiləri Almaniyanın I dünya savaşında enilməsində ittiham etdi və 1938-ci ildə sındırılan vitrinlər Gecəsində zirvəyə çatan dəhşətli kampaniyaya başladı.

O zaman 267 sinaqoq yandırıldı, 7500 yəhudi mağazası talandı, yəhudi mənşəli 20 min alman tutuldu və “ziyanın əvəzi” kimi icmaya böyük cərimə qoyuldu.

Bu, “qəti qərar” deyilənin başlanğıcı, Avropada yəhudi əhalinin hamısını məhv etmək cəhdi idi. Bunun hazırlanması və gerçəkləşdirilməsinin arxasında Henrix Himmler durmuşdu. Onun qeydləri əsasında dəyərləndirmək olar ki, insanlıq tarixində ən böyük soqırımının gedişində altı milyona yaxın yəhudi həlak olub. Zirvəsinə çatan antisemitizm.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam