Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yəhudilər növbəti dəfə fələstinlilərə hücum etdi

Yəhudilər fələstinlilərə hücum etdi
İordan çayının qərb sahilindəkı işğal olunmuş Fələstin torpaqlarında qanunsuz məskən salan yəhudilər fələstinlilərə hücum edib. Baş vermiş qarşıdurma nəticəsində 2 fələstinli yaralanıb.
Yenixeber.org“Anadolu” agentliyinə istinadən xəbər verir ki, İordan çayının qərbindəki Yerləşdirmə Vahidi üzrə İnformasiya nümayəndəsi Qassan Daqlasın bildirdiyinə görə, bir qrup yəhudi Nablus şəhərinin Burin kəndində fələstinlilərin evlərinə hücum edib. Yaranan toqquşmaya İsrail hərbçiləri müdaxilə edərək 2 fələstinliyə silahla atəş açıblar. Yaralı fələstinlilər xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri ağırdır.

Qeyd edək ki, ötən ilin martında İsrail hökuməti son 20 il ərzində ilk dəfə olaraq, İordan çayının qərb sahilindəki işğal olunmuş Fələstin ərazilərində yeni məskən salmaq barədə qərar qəbul edib. Həmin Məskən Fələstinin Nablus şəhərinin yaxınlığında tikilir. 1967-ci ilin 6 günlük müharibəsi nəticəsində İsrailin işğal etdiyi İordan çayının Qərb Sahilində və Şərqi Qüdsdə tikilən 140 qəsəbədə və 500 min yəhudi məskunlaşıb. Yeni yaşayış qəsəbələrinin salınmasilə buraya çox sayda yəhudinin köçürülməsi prosesi davam etdirilir.

Fələstinlilər beynəlxalq birliyi İsrailin bu planına qarşı çıxmağa səsləyib. Məsələ ilə bağlı BMT baş katibliyinin yaydığı bəyanatda bu cür tikintilərin qeyri-qanuni və sülhün əldə olunmasına mane olduğunu bildirilmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam