Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KƏND TƏSƏRRÜFATI İNHİSARÇILARA TƏSLİM EDİLDİ!? –İnam Kərimov məsləhəti Goozaldan alacaqsa…

İnhisarçı şirkətlərin rəhbərlərindən ibarət Aqrar Məşvərət Şurası yaradılması nədən xəbər verir?

yasi dag bas tutdu (14)

İqtisadiyyatımızın ən əhəmiyyətli sahələrindən və ən yaralı yerlərindən olan aqrar sektorun bağlanmış bəxtinin tezliklə açılacağına inanmaq, getdikcə çətinləşir. Kənd təsərrüfatı naziri postundan bir qeyri-mütəxəssis, yəni Heydər Əsədov kənarlaşdırılandan sonra yerinə yenə də bu sahənin bilicisi olmayan İnam Kərimovun gətirilməsi öncədən birmənalı qarşılanmadı. 

Yenixeber.org: Ancaq yenə də çoxları “ASAN” kimi uğurlu layihənin başında duran şəxsin iqtisadiyyatımızın axsayan sahəsində ciddi işlər görəcəyinə və real nəticələr ortaya qoyacağına ümid etdi. Əslində, bu gün də həmin ümidin öldüyünü söyləmək tezdir.

Ancaq bununla yanaşı, aprel ayında təyin olunan nazirin hazırda, yəni bir çox kənd təsərrüfatı məhsullarının yığım dövründə fermerlərin işinə böyük ölçüdə yarayan hər hansı addımının şahidi ola bilmirik. Əvəzində, nazirin Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Məşvərət Şurasının yaradılmasına dair qərarı bu sahənin tezliklə dirçəldiləcəyinə dair ümidlərə böyük bir zərbə vurmuş oldu. Belə ki, İnam Kərimov bir neçə gün öncə böyük şirkətlərin – “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group” və “Səba Qrup”un rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirib.

1535607735__elx9568-edit

Məlumata görə, sözügedən şirkətlərin təmsilçiləri aqrar sektorun inkişaf istiqamətlərini müzakirə ediblər və nəticədə Aqrar Məşvərət Şurasının yaradılmasını təklif ediblər. Yəni hər biri ayrı-ayrılıqda güclü inhisarçı mövqelərə sahib olan bu şirkətlər bir növ kənd təsərrüfatımız üçün canıyananlıq göstərərək, onların məşvərətinə, məsləhətinə böyük ehtiyac olduğu qənaətinə gəliblər.Nəticədə, nazirin razılığı ilə belə bir şura yaradılıb – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası. Onun sədri vəzifəsinə isə “demokratik seçkilər”dən sonra iştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Goozal gətirilib, katibliyin rəhbəri isə nazirliyin təmsilçisi təyin olunub.

Deməli, ideya belədir ki, bu şura aqrar sektorun ağ günə çıxmasına xidmət edəcək. Bəs görəsən heç soruşan varmı ki, kənd təsərrüfatının indiki sınıq-salxaq vəziyyətə düşməsində hər birinin arxasında bir iri ranqlı məmur və nüfuzlu şəxs duran bu inhisarçı şirkətlərin rolu nə qədərdir? Elə bunların bəziləri deyilmi monopolist mövqeyindən bərk-bərk yapışıb, istehsalçı ilə istehlakçı arasında “var-gəl edib”, özlərinə külli miqdarda qazanc təmin edən?

Təkcə “Azərsun Holding”in ölkənin ərzaq bazarında necə böyük bir monstra çevrildiyini qeyd etmək kifayətdir. Nə vaxtdan xaricdən ərzaq idxal edib, sonra öz adı ilə qablaşdırıb satmaqla məşğul olan, yəni əsas işi sadəcə ərzaq alveri etmək olan bir şirkətin başında duran şəxs kənd təsərrüfatı kimi strateji sahə üzrə başbilən funksiyası daşıyan olub?

1535637834-963

Yəni bu ölkədə öz işini bilən, heç bir şirkəti-filanı olmayan, müstəqil mütəxəssislər tapılmırmı ki, monopolist dəstəsindən ibarət aqrar şura yaradılır? Bu şirkətlər bugünə kimi ölkənin aqrar sektoruna nə veriblər ki, indidən sonra nə versinlər?

Əksinə, nazirlik tərəfindən inhisarçıların başa çəkilməsi onların bazardakı monopolist mövqelərini daha da gücləndirə bilər. Elə 1994-cü ildən fəaliyyətə başlayan həmin “Azərsun Holding” Azərbaycanda qida bazarının böyük hissəsinə nəzarət edir. Yağ, çay, qənd, şəkər tozu, ət konservləri və sair ərzaq malları istehsal edən və bir sıra malları da xaricdən gətirib burada qablaşdıraraq satan şirkətin təkcə qiymət siyasətinə nəzər yetirmək kifayətdir – qiymətlər qəpik-qəpik, zərrə-zərrə və ən əsası durmadan artırılır. Və bir də görürsən ki, eyni ərzağın qiyməti son bir neçə ayda əhəmiyətli dərəcədə artıb, lakin sən bunu hiss etməmisən. Bütün bu oyunları çıxarmağa imkan verən isə onun inhisarçı mövqeyidir.

Eyni sözləri digər inhisarçılara da aid etmək olar. Bizim isə demək istədiyimiz odur ki, hörmətli nazirin doğrudan da məşvərətçilərə ehtiyacı varsa, bu məsləhətçilər qətiyyən “Azərsun Holding” və digər inhisarçılar olmamalıdır. Heç kim oturduğu budağı kəsməz və bu inhisarçılar çox gözəl anlayırlar ki, kənd təsərrüfatının gerçək inkişafı rəqabət mühiti formalaşdıra və onların çıxarlarını təhlükə altına ala bilər. Ona görə də bu şirkətlərdən ibarət bir strukturun aqrar sektorun inkişafına, min bir dərdi olan fermerlərin problemlərinin həllinə xidmət edəcəyini düşünmək, sadəlövhlük olar.

Konkret bir  faktı misal göstərə bilərik. Vaxtilə 25-30 milyon insanı təmin edən Azərbaycan çayı, indi cəmi 500 min nəfərə belə çatmır. Sovet dövründən qalmış çay kolları böyük ölçüdə məhv edilib. Yeniləri əkilsə də, elə də böyük ərazini əhatə etmir. Çay kollarının bar verməsi üçün azı 5-6 il gözləmək lazım gəldiyindən, uzunmüddətli investisiyalar tələb edir. Fermerlərdə böyük vəsait yoxdur, hökumət isə uzunmüddətli kreditləri yalnız bəlli şəxslərə verir. Sahə “Azərsun Holdinq”in inhisarında olduğundan, başqa oliqarxlar da çayçılığın inkişafına pul buraxmaqdan çəkinirlər.

Sahəni inhisara almış “Azərsun Holdinq” isə uzun illərdir çayçılığı inkişaf etdirmək istiqamətində ciddi bir addın atmayıb. Əslində bu, şirkətə heç lazım da deyil – xaricdən ucuz və keyfiyyətsiz xammal gətirmək imkanı olduğu halda buna nə ehtiyac var?

1486371919

Məsələ ondadır ki, Azərbaycanın çay fabriklərini özəlləşdirən “Azərsun Holdinq” yerli istehsalı dirçəltmək əvəzinə xammalı xaricdən gətirməyə üstünlük verib. Çünki xaricdən idxal olunan xammal keyfiyyətdə yerli istehsala uduzsa da, çox ucuz başa gəlir, üstəlik də kimyalaşdırılır. İndi təbii ətirli Lənkəran çayı çox az istehsal olunduğundan, baha qiymətə satılır. Ölkə əhalisi üçün Lənkəran çayı əlçatmaz olub. İstehlak etdiyimiz çay isə kimyəvi elementlərlə zəngindir. Bir az soyuduqdan sonra çayın rənginin bulanıq hala düşməsi də bunun göstəricisidir. Bir az isti su əlavə edən kim rəng yenidən durulaşır. Yəni kimyəvi elementlərlə zəngindir.

скачанные файлы«Azərsun Holdinq» bu sahəni inhisarda saxladığından, ölkəyə xaricdən ucuz çayın daxil olmasına da imkan verməyib. Buna sübut olaraq “Rosçaykofe”nin baş direktoru Ramaz Çanturiyanın bir zamanlar o vaxt baş nazir olan Vladimir Putinə yazdığı məktubu göstərə bilərik. Məktubda bildirilir ki, Azərbaycanda faktiki olaraq çay idxalına qadağa var. Ramaz Çanturiya qeyd edib ki,  Rusiyanın çay şirkətləri dəfələrlə Azərbaycan bazarına daxil olmaq istəyiblər, amma formal maneələrlə üzləşiblər: «Buna Azərbaycan rəhbərliyinin yerli oyunçuların maraqlarını müdafiə etməsi kimi baxmaq olar. Əsas dividentləri inhisarçı “Azərsun” alır. Bəzi çay operatorlarının sözlərinə görə, yerli bazarda işləmək üçün yeganə imkan çay idxalı üçün qeyri-rəsmi kvota almaqdır. Belə tənzimləmə sistemi azad ticarət haqqında beynəlxalq qanunlara ziddir və Rusiya istehsalçılarının və ixracatçılarının maraqlarını məhdudlaşdırır».

Bu cür inhisarçı fəaliyət isə həm ölkədə çayçılığın inkişafının qarşısıını alır, həm əhalinin keyfiyyətli məhsulla təminatına mənfi təsir göstərir, həm də qiymətlərin aşağı düşməsinə imkan vermir. Belə hallar digər sahələr üçün də xarakterikdir.

Yəni, ölkədə kənd təsərrüfatının inkişafının qarşısında başlıca maneə inhisarçılardır. İnam Kərimov isə Aqrar Məşvərət Şurasını yuxarıda qeyd etdiyimiz tərkibdə yaratmaqla, həmin inhisarçıları aqrar sektorda rəsmi olaraq, söz sahibi edir. İnam Kərimov və ətrafında olanların əksəriyyəti aqrar sektor üzrə mütəxəssis deyil. Ona görə də yəqin ki,  kənd təsərrüfatının hansı sahəsini və necə inkkişaf etdirmək üçün Aqrar Məşvərət Şurasının məsləhətləri ilə hərəkət edəcəklər. Bunun hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətin deyil. Ölkənin kənd təsərrüfatı inhisarçıların ümidinə qaldısa, onun “fatihəsini” indidən oxumaq olar…

inam-kerimov

Bəs İ.Kərimov bunu bilmirmi? İnanmaq çətindir… Yəqin ki, bilir. Ancaq görünür, islahatçı şəxs kimi tanınan İ.Kərimov böyük ehtimalla dövlətin aqrar sahədəki iştirakını korrupsiyadan, rüşvətdən təmizləməyə müvəffəq olsa da, inhisarçıların və onların arxasındakı güclərin qarşısına çıxacaq mərtəbədə deyil…(azpolitika)

CƏLAL


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam