Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nazirlik bəzi bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandırdı

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank düşüb. Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün “Rabitəbank” ilə də niyyət protokolu imzalayıb. Niyyət protokoluna Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imza atıb

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi bildirib ki, “Rabitəbank”-ın mövcud vəziyyəti, xidmət səviyyəsi və Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək, fermerlərə əlçatan edəcək. “Əminik ki, seçdiyimiz müvəkkil kredit təşkilatları fermerlərin maliyyəyə asan və maneəsiz çıxışını təmin etməkdə bizə yardım göstərəcək” – Mirzə Əliyev bildirib.
“Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini göstərilmiş etimada görə təşəkkürünü bildirib. “Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sahənin inkişafına töhfə verəcəyimizə şadıq” – cənab Gültekin deyib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla əməkdaşlığını yenidən nəzərdən keçirib. Bir sıra bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandıran Dövlət Xidmətinin tərəfdaşları sırasına yeni bank və BOKT-lar qatılıb. Bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb.
İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam