Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Ərdoğan:"İdlibdə ciddi əməliyyat davam edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Suriyanın İdlib vilayətində hərbi əməliyyatın başlandığını bildirib.

Yenixeber.org: "İndi İdlibin təhlükəsizliyini təmin etmək üçün yeni bir addımla Fərat Qalxanı əməliyyatı üzrə özümüzə açdığımız mövqenin daha da irəliləməsinə səy göstəririk", - Ərdoğan deyib.

"Məsələn, İdlibdə ciddi bir əməliyyat var və bu davam edəcək", - Ərdoğan, Türkiyə ordusunun hələ ki, İdlibə girmədiyini bildirib.
İdlib şəhəri Türkiyənin Hatay əyaləti ilə həmsərhəd bölgədə yerləşir.

Ötən həftə Türkiyə ordusu Suriya ilə sərhəd bölgəyə yerləşdirilib.

Bundan əvvəl Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) Həmzə batalyonu İdliblə bağlı əməliyyatın başlandığını bildirib.
"Hürriyet" qəzetinin verdiyi məlumata görə, Hələb şəhərinin şimalındakı ərazidən ayrılan ASO döyüşçüləri Türkiyə ərazisinə daxil olduqdan sonra İdlibə yaxın bölgədən yenidən sərhədin qarşı tərəfinə keçiblər.

İdlib Türkiyənin Hatay əyaləti ilə həmsərhəd bölgədə yerləşir.

Sosial mediada yayılan görüntülər, silah və döyüşçü daşıyan nəqliyyat vasitələrinin yola düşdüyünü əks etdirir. Bu məlumatları müstəqil mənbələrdən təsdiq etmək mümkün olmayıb.

Bəzi ərəbdilli xəbər saytları Həmzə batalyonu ilə birlikdə şəhərə nəzarət edən Heyət Təhrir əş-Şam qrupu arasında qarşıdurmanın yarandığını xəbər verir.

Türkiyə, Rusiya və İran İdlib bölgəsində dörd təhlükəsizlik zonasının yaradılması barədə razılaşmaya imza atıblar.

May ayında Astanada əldə olunan qərar bölgəyə hərbçilərin göndərilməsini nəzərdə tutur. Türkiyə prezidenti Ərdoğan türk əsgərlərin İdlib sərhədləri daxilində, Rus hərbçilərinin isə onun kənarında fəaliyyət göstərəcəyini bildirib.

Türkiyə həmsərhəd Suriya bölgələrində baş verən qeyri-sabitliyi təhlükəsizliyinə hədə hesab edir.

Ankara 2016-cı ilin avqust ayında Suriyanın şimalına qoşun yeridərək "Fərat Qalxanı" əməliyyatına başlayıb.

Mart ayında yekunlaşan əməliyyatın məqsədi "İslam Dövləti" adlandırılan qruplaşmanı Türkiyə sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin həmin bölgədə irəliləməsini dayandırmaq olub.

Əməliyyatın gedişatında Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar strateji əhəmiyyətə malik mövqeləri ələ keçirməyə nail olublar (BBC).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam