Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Ordusunun Mərkəzi Əşya Bazası -FOTOLAR

 

Azərbaycan Ordusunun Mərkəzi Əşya Bazası - FOTOLAR
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Ordumuzun şəxsi heyətinin əşya təminatı keçmiş sovet dövründə olduğu kimi təşkil edilib. 1994-cü ildə qüvvədə olan normalara istinadən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin əşya təminatı haqqında Əsasnamə” Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli qərarı ilə Müdafiə nazirinin 1994-cü ildə imzaladığı müvafiq əmri ilə təsdiq olunub.
 Yenixeber.org: 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatların aparılmasına başlanılıb. Bütün təminat növləri ilə bağlı islahatlarla yanaşı ordunun şəxsi heyətinin əşya təminatında da köklü dəyişikliklər edilib. Əşya təminatının dünya standartlarına uyğunlaşdırılması məqsədilə 2016-cı ildə Müdafiə nazirinin təşəbbüsü ilə məsələyə yenidən baxılıb. Əşya təminatı normalarına əlavə dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2016-cı il 24 may tarixli qərarı əsasında Müdafiə nazirinin 2016-cı il 29 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə” qüvvəyə minib.

Hazırda Azərbaycan Ordusunun əşya təminatı Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazası vasitəsilə həyata keçirilir. Baza inzibati və texniki hissələrdən ibarətdir. İnzibati ərazidə xidməti otaqlar, haman-camaşırxana kombinatı, park, yanğınsöndürən komanda və şöbələr yerləşir. Texniki ərazidə əşya əmlakı saxlamaq üçün bina və konstruksiyalardan ibarət saxlanclar mövcuddur. Bazada nümunələr otağı yaradılıb və bütün növ qoşun geyim əmlakları ilə komplektləşdirilib.



Ötən müddət ərzində burada yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülüb, eyni zamanda ərazidə olan dəmir yolu təmir olunaraq istifadəyə verilib. Müəssisələr tərəfindən gətirilən əmlaklar ilk növbədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət cavab alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir.



Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təsirlərə davamlığını, rezin materialların aşınmağa davamlığını, nümunələrinhava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlığını, əmlak ütülənərkən rənginin həssaslığını, yağışa qarşı davamlığını, nümunənin rənginin təbii iqlim şəraitinə qarşı həssaslığını, dərinin və parça materialların su keçirməsinin sınağı, ayaqqabının statik şəraitdə və dərinin dinamik şəraitdə su keçirməsinin sınağı, nümunələrin yuyulması, külləmə, əritmə, isitmə və qurutma proseslərini təyin etmək və dəri materialların sərtliyini ölçmək üçün cihazlarla təchiz edilib.



Hazırda yay mövsümü olduğuna görə əşya xidmətinin əsas vəzifələrindən biri soyuq iqlimli yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarətdir. Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də ön xətt hərbi hissələrinin şəxsi heyətini isti və inventar (yarımkürk, keçə-çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək və s.) əmlaklarla təminatını təşkil etməkdir.



Ön xətt bölmələrinin hamam-camaşırxana xidməti tam səmərəli şəkildə hərbi hissənin səhra hamamı, səhra camaşırxanası və mülki müəssisələr tərəfindən həyata keçirilir. Daimi yaşayış məntəqəsindən kənarda olan şəxsi heyətin hamam-camaşırxana xidmətinin səmərəli təşkil olunması üçün lazımi şərait yaradılıb. Əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir.



Bu məqsədlə dəyişək alt paltarları və yataq dəstlərinin yuyulması üçün müasir tələblərə uyğun yuyucu vasitələr müvafiq qaydada alınır və hərbi hissələr tərəfindən istifadə edilir. Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq xidmət müddətində şəxsi heyət bir dəfə mərkəzləşdirilmiş qaydada sanitar-gigiyenik ləvazimat və təsərrüfat əmlakı ilə təmin edilir. Hərbi qulluqçular sanitar-gigiyena qaydalarına əməl edilməsi məqsədilə hər ay lazımi yuyunma vasitələri ilə aşağıda qeyd edildiyi kimi təmin olunur:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına 1 aylıq 150 qram gigiyenik sabun və 150 qram duru sabun verilir;

- hərbi hissədə ümumi istifadə yerlərinin sayına görə 1 ədəd sabun qabı verilir, ümumi istifadə yerlərində (əl-üz yuma otaqları, qərargah, yeməkxana və s.) verilən sabunun 1 aylıq orta sərfiyyatı isə hərbi hissədə müəyyənləşdirilən komissiya tərəfindən tərtib edilən akt əsasında təyin olunur;

- aşpazlara, çörəkbişirənlərə, əsgər yeməkxanalarının işçilərinə 50 qram gigiyenik sabun, 50 qram duru sabun və 100 qram təsərrüfat sabunu, hospitalların, tibb hissə və bölmələrinin, hərbi həkim komissiyalarının, patoloji-anatomiya, sanitar-epidemioloji laboratoriyaların tibb işçilərinə 50 qram gigiyenik sabun və 50 qram
duru sabun (mülki işçilərə də) verilir;

- mexaniklərə, mühərriklərin təmiri ilə məşğul olanlara, sürücülərə, traktorçulara, tank, raket və özüyeriyən artilleriya qurğularının heyətlərinə, anbar və emalatxana işçilərinə, dezinfektorlara, Hərbi Dəniz Qüvvələrinin gəmi heyəti və sahil birləşmələrinin mütəxəssislərinə, maşinistlərə, gəmi anbarlarında çalışanlara, torpedoçulara, motoristlərə, elektriklərə, minadüzənlərə, dalğıclara, qazanxanalarda çalışan hərbi qulluqçulara, fəhlə və qulluqçulara (mülki işçilərə də) 100 qram təsərrüfat sabunu verilir.



Bu gün bir əsgərin normaya uyğun təminatı heç də müasir orduların təminatından fərqlənmir və ordumuzun əşya təminatı dünyada qəbul edilmiş ordu standartlarından geri qalmır. Cari dövr ərzində şəxsi heyətin məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib:

- müasir standartlara cavab verən əsgər kazarmaları inşa edilib;

- hamam-camaşırxana avadanlığı tədarük olunub;

- yeni növ çadırlar Türkiyə və Çin Xalq Respublikasından tədarük olunub;



- normada olan iplik dəsmal bej rəngli xovlu əl-üz dəsmalı ilə əvəz olunub, bej rəngli xovlu ayaq və hamam dəsmalı, bej rəngli yorğan üzü normaya əlavə olunub. Pambıq döşək paralon döşəklə, pambıq balış sintefon balışla, yarımyun adyal akril adyalla, ağ rəngli döşək ağı və ağ rəngli balış üzü bej rənglə əvəz olunub.



Ötən illər ərzində qoşunlarda şəxsi heyətin əşya təminatının yaxşılaşdırılması, əşya əmlakının və yuyucu maddələrin vaxtlı-vaxtında alınması, əşya təminatı normalarının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Yeni inşa edilmiş hərbi şəhərciklər və müasir tələblərə tam cavab verən hamam-camaşırxanalar, məişət otaqları və əsgər kazarmaları şəxsi heyətin istifadəsinə verilib. Bu istiqamətlərdə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Azərbaycan Ordusunun birinci eşelonda yerləşən hərbi hissələrinin müasir tələblərə cavab verən infrastrukturla, o cümlədən hamam-camaşırxana təminatının yeni müasir avadanlıqlar ilə təchizatı başa çatmaq üzrədir. Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi hissələrə yeni çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mütəmadi olaraq mövsümə uyğun əşya təminatı normalarının tam şəkildə çatdırılması daimi nəzarətdə saxlanılır.







































Anar Kəlbiyev (azvision)
Foto: Elvin Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam