Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Dünya savaşı başlayır"

 

Amerikalı ekspert S.Koen ABŞ-Rusiya müharibəsinə lap az qaldığını deyir

 

"Xeberinfo.com":  SSRİ-nin öyrənilməsi ilə məşğul olan amerikalı tarixçi Stiven Koen televiziyaya müsahibəsi zamanı ABŞ və Rusiya arasında mümkün müharibənin başlanması haqqında həyəcanlı bəyanat verib.
ANS PRESS-in məlumatına görə, politoloq deyib ki, ilk dəfə 1960-cı ildən başlayaraq Rusiya və Birləşmiş Ştatlar arasında real müharibə təhlükəsi olub. 
O, sonra yaranmış vəziyyətə görə ABŞ rəhbərliyini ittiham edib, "dünya tarixinin qaçılmaz döngəsi haqqında" və Şimali Atlantik İttifaqının sonunun başlanğıcı barədə danışıb.
Onun sözlərinə görə, sonrakı problem 1990-cı illərdə başladı, Klinton administrasiyası SSRİ-nin qalibi mövqeyini tutdu. Eyni mövqe post-sovet Rusiyası üçün də seçildi. ABŞ rəhbərliyində Rusiyaya uduzmuş tərəf kimi baxılırdı. Siyasət bu şüar altında həyata keçirildi: "Rusiya güzəşt edir, biz gələcək güzəştlər tələb edirik."
Rusiya sərhədləri də daxil olmaqla MDB-yə daxil olan ölkələri Amerikanın təsir zonası hesab etmək ABŞ rəhbərliyinin əsas siyasi planı idi. ABŞ-ın birlik dövlətlərin sərhədləri çərçivəsində öz maraqlarını müdafiə etmək hüququna sahib olmasını Rusiya qəbul etmirdi. Vaxtilə Rusiyanın tərkibinə daxil olmuş Gürcüstan və Ukrayna kimi ölkələr rəsmən Moskvadan alınıb ABŞ-ın təsir zonasına salınmalı idi. 
S.Koen prezident Vladimir Putin haqqında da danışıb: "Putin 99% avropalıdır. Çox güman ki, o, daha çox avropalılara, nəinki ruslara oxşayır. Rusiyanın Ukrayna ilə bağlı siyasətinə gəlincə, 2013-cü ilin noyabrınadək Putinin yeritdiyi siyasət hər mərhələdə təcavüzkar xarakteri daşımırdı. Bu anlayışları dəyişdirmək lazım deyildi."
Ekspert amerika siyasətindəki yanlışlardan, fövqəladə təhlükələrdən, ABŞ demokratiyasının müvəffəqiyyətsizliyindən, Putinə qarşı sanksiyalardan söz açıb, Avropadakı vəziyyəti xarakterizə edib: "Sanksiya məsələsində Avropa vahid mövqedə deyil. Avropalılar Rusiya ilə ticarət etmək istəyirlər. Onlar Ukraynanı Krımın itirilməsi ilə barışmağa çağırırlar. Onlar Ukraynanı NATO-un üzvü kimi görmək istəmirlər və anlayırlar ki, Ukraynanın Avropa İttifaqına qəbul olunması üçün lap çox vaxt keçməlidir."
Amerikalı tarixçi Ukraynanın indiki hökumətinin, həmçinin prezident Barak Obamanın siyasətinə də toxunub: "Mən heç vaxt düşünmürdüm ki, Amerika prezidenti Rusiya lideri haqqında belə şəxsi qeydləri açıq şəkildə edəcək. Ukrayna hökuməti demokratik deyil. Əgər Qərb indiki formada Kiyevə dəstək göstərməyə davam edəcəksə, biz Rusiya ilə müharibənin başlanğıcını görəcəyik."
S.Koen xəbərdarlıq edib ki, ABŞ və Rusiya arasında müharibənin başlanğıcı insan sivilizasiyasının mövcudluğunda nöqtə qoya bilər. ABŞ-ın müasir korlanmış rəhbərliyi yaranmış beynəlxalq vəziyyət üçün məsuliyyət daşıyır.
Xatırladaq ki, S.Koen dünyada tanınmış "sovetoloqdur", müasir Rusiya üzrə politoloq və mütəxəssisdir. Amerikada SSRİ və Rusiya barəsində strategiya hazırlanan zaman ekspert kimi onun fikri Ağ ev tərəfindən həmişə nəzərə alınıb. Onun əsas mövzusu 1917-ci il Oktyabr inqilabından sonra Sovet Rusiyasının inkişafı, həmçinin ABŞ-Rusiya münasibətləri olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam